Şənbə , 3 İyun 2023

Almanlar: terrorçular bizi qorxuda bilməzlər

Berlində törədilmiş terror aktından sonra bütün Almaniyada milad bazarlarına gələn insanların əhvalı dəyişib: kədər və inamsızlıq hissləri qəzəb və protest duyğuları ilə əvəzlənir.

Terror aktından sonrakı ilk gündə Bonn polisi ölkənin paytaxtındakı milad bazarında fəaliyyətini gücləndirib. Hadisə yerində hüquq-mühafizə orqanlarının çoxsaylı əməkdaşları, çadırların yanında parklanmış polis avtomobilləri diqqəti cəlb edir.

Rəyi soruşulanların bir qismi vurğulayır ki, indi onlar milad bazarlarına əvvəlki ilə müqayisədə daha tez-tez gedəcəklər: insanlar terrorçuların öz oyun şərtlərini diktə etməsinə əsla imkan vermək istəmirlər.

Almaniyanın digər şəhərlərində də oxşar əhvali-ruhiyyə hökm sürür.

 

AZƏRTAC

Check Also

İranın Rusiyaya ixracı 57% artdı

2022-2023-cü maliyyə ilində İran Rusiyaya 743,88 milyon dollar dəyərində 1,41 milyon ton mal ixrac edib …

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir