İsrail ordusu HƏMAS-ın 17 hərbi infrastrukturuna və 4 əməliyyat idarəetmə mərkəzinə zərbələr endirib. Bu barədə “Report” İsrail Müdafiə Ordusunun (ÇAXAL) mətbuat xidmətinə istinadən xəbər verir. Məlumatda bildirilib ki, İsrailin Hərbi Hava Qüvvələri Qəzza zolağında yerləşən hədəfləri vurub: “Son bir neçə saat ərzində onlarla döyüş təyyarəsi Qəzza zolağında HƏMAS terror təşkilatına məxsus 17 hərbi hədəfə və 4 əməliyyat idarəetmə mərkəzinə zərbələr endirib”. Xatırladaq …
Read More »NATO və İran HƏMAS-la İsrail arasında silahlı toqquşmaya münasibət bildirib
NATO və İran rəsmiləri HƏMAS-la İsrail arasında baş verən silahlı toqquşmaya münasibət bildiriblər. Boyukmillet.com xəbər verir ki, bu barədə İsrail KİV-i məlumat yayıb. Alyans Baş katibinin müavini Mirça Coane deyib: “Bu gün mən israilli dostlarımızla birlikdə insan itkisinə görə məyusam. Dəhşətli hücumlar qarşısında İsraillə tam həmrəyəm”. O, bir neçə həftə əvvəl İsraildə olduğunu və NATO ilə bu ölkə arasında əməkdaşlığın …
Read More »Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinə direktor müavinləri təyin olunub
Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdiri Mehriban Vəliyeva, nazirliyin Aparat rəhbərinin müavini Nərminə Hüseynova, Ümumi və məktəbəqədər təhsilin təşkili və idarə olunması şöbəsinin müdir müavini Orxan Abbasov Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinə direktor müavinləri təyin olunublar. Boyukmillet.com xəbər verir ki, Mehriban Vəliyevaya həmçinin Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdiri vəzifəsi həvalə olunub. Qeyd edək ki, elm və təhsil naziri …
Read More »QHT sədri “gözünü yumub, ağzını açdı”: “QHT Agentlyinin savadsız, səriştəsiz əməkdaşları…” – Nə baş verib?
“Dünən bütün günüm QHT Agentlyinin savadsız, səriştəsiz əməkdaşlarının tərtib etdikləri qrant müqaviləsində buraxdıqları kobud səhvə görə həm fiziki, həm psixoloji gərginlik içində keçib. Soruşa bilərsiniz ki, bu nə səhvdir ki, bütün günüm ona sərf olunub?”. Boyukmillet.com xəbər verir ki, bu sözləri “Həsrət Yolu” Əsir və Girovlara Kömək İctimai Birliyinin sədri Esmira Orucova sosial media hesabında yazıb. O daha sonra qeyd edib …
Read More »Corab satdığı deyilən qazi bu qədər təqaüd alırmış – RƏSMİ AÇIQLAMA
Sosial şəbəkələrdə qazi Vüqar Hüseynovun əsa ilə metro çıxışında corab satmasını əks etdirən görüntülər yayılıb. Videoda iddia edilir ki, qaziyə əlilliklə bağlı imtina gəlib və o, bu satışı ehtiyac ucbatından həyata keçirir. Görüntülərdə bildirilib ki, qazi ayağını qatlamaqda çətinlik çəkir. Boyukmillet.com xəbər verir ki, məsələyə Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi reaksiya verib. Qurumun İctimaiyyətlə əlaqələr və daxili kommunikasiya şöbəsinin …
Read More »Balasanyan Natiqə dəhşətli işgəncələr verərək qətlə yetirib
Vitali Balasanyan Natiq Qasımova erməni əsgərlərin qarşısında müharibə qanunlarına zidd olaraq dəfələrlə ağır və dəhşətli işgəncələr verərək onu qətlə yetirib. Boyukmillet.com xəbər verir ki, bu barədə Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasından verilən açıqlamada qeyd olunub. Etibarlı mənbələrdən əldə edilmiş məlumata əsasən, bu qorxmaz Azərbaycan əsgərinin qəhrəmanlığı və şücaəti düşmən hərbçiləri arasında vahimə və psixoloji gərginlik yaratdığı …
Read More »Natiq Qasımovla bağlı rəsmi məlumat yayıldı
Məlum olduğu kimi Ermənistan tərəfi humanitar hüquq normalarının ziddinə olaraq I Qarabağ müharibəsində itkin düşmüş bütün Azərbaycan vətəndaşlarının, o cümlədən Natiq Qasımovun dəfn yeri barədə məlumatları gizlətmiş və bu gün də bu qeyri-insani əməlini davam etdirir. Boyukmillet.com xəbər verir ki, o 1971-ci ildə Azərbaycan Respublikası, Gədəbəy rayonu, Kiçik Qaramurad kəndində anadan olub. Ermənistan silahlı birləşmələrinin Azərbaycan Respublikasının suveren ərazilərinə hücumu ilə …
Read More »Altı ölkənin nazirləri Şuşada görüşəcək
Oktyabrın 13-14-də Şuşada TÜRKSOY-un Mədəniyyət Nazirləri Daimi Şurasının 40-cı iclası keçiriləcək. Bu barədə məlumatı “Report”un Ankara bürosuna açıqlamasında TÜRKSOY baş katibinin müavini Sait Yusuf bildirib. S.Yusufun sözlərinə görə, toplantıda 6 qurucu ölkənin – Türkiyə, Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Türkmənistan, Özbəkistanın mədəniyyət nazirləri iştirak edəcəklər. Ənənəvi olaraq iclasda TÜRKSOY-un fəaliyyəti müzakirə ediləcək, 2024-cü il üçün planlar açıqlanacaq, qərarlar qəbul olunacaq. TÜRKSOY rəsmisi bağlanış …
Read More »İspaniya tamamilə yerli istehsal olan ilk raketini buraxıb
İspaniyanın “PLD Space” şirkəti “Miura 1” suborbital daşıyıcı aparatını ölkənin cənub-qərbindən orbitə çıxarıb. Boyukmillet.com xəbər verir ki, bu barədə “Reuters” məlumat yayıb. Qeyd olunur ki, bu, Avropada ilk özəl raket buraxılışıdır. “PLD Space” artıq “Miura 1”-i sınaqdan keçirməyə çalışmışdı, lakin mayın 31-də külək səbəbindən ləğv edilib. “El Mundo” qəzetinin yazdığına görə, bu, İspaniyada tam şəkildə işlənib hazırlanmış və inşa edilmiş …
Read More »Ekvadorda həbsxanada baş verən qarşıdurmada 6 məhbus ölüb
Ekvadorun Quayas əyalətindəki həbsxanada baş verən qarşıdurmada azı altı məhbus həlak olub. Boyukmillet.com xəbər verir ki, bu barədə məhbuslarla bağlı xidmət “X” sosial şəbəkəsində məlumat yayıb. “Quayasdakı 1 saylı kişilər üçün təcridxanada insident baş verib, 6 nəfər həlak olub”, – məlumatda bildirilir. Yaralıların sayı barədə məlumat verilmir. Penitensiar müəssisənin rəhbərliyi hadisənin səbəbini araşdırır.
Read More »
Boyukmillet.com Biz yanmasaq vətən yanar