Çərşənbə axşamı , 7 Aprel 2026

autor

İran mediası ölən ermənilərin sayını açıqladı

Azərbaycan Respublikasının həyata keçirdiyi antiterror tədbirləri nəticəsində 10 erməni ölüb. Boyukmillet.com xəbər verir ki, bu barədə “Tasnim” xəbər agentliyi məlumat yayıb. Agentlik ölənlər barədə dərc etdiyi məlumatla bağlı hər hansı mənbə göstərməyib. Qeyd edək ki, bu gün Ordumuz Azərbaycan Respublikasının konstitusiya quruluşunun bərpa edilməsi məqsədilə Qarabağ iqtisadi zonasında lokal xarakterli antiterror tədbirlərinə başlayıb.

Read More »

Ermənilərin yaydığı bu xəbər yalandır! – MN

Bəzi erməni sosial media resurslarında guya Azərbaycan Ordusunun bölmələrinin mülki obyektləri atəşə tutması barədə yayılan məlumatlar tamamilə yalandır, dezinformasiya xarakteri daşıyır. Boyukmillet.com xəbər verir ki, bu barədə Azərbaycan Müdafiə Nazirliyindən bildirilib. “Bir daha bildiririk ki, bölmələrimiz tərəfindən mülki əhali və mülki infrastruktur obyektləri hədəfə alınmır, yüksək dəqiqlikli silahların tətbiqi ilə yalnız legitim hərbi hədəflər sıradan çıxarılır”, – nazirlikdən qeyd olunub.

Read More »

Yaşar Güler: “Türkiyə hər zaman olduğu kimi, bu gün də Azərbaycanın yanındadır”

“Türkiyə hər zaman olduğu kimi, bu gün də Azərbaycanın yanındadır”. Boyukmillet.com xəbər verir ki, bunu Türkiyənin milli müdafiə naziri Yaşar Güler deyib. Qeyd edək ki, sentyabrın 19-da Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənov ilə Türkiyə Respublikasının milli müdafiə naziri Yaşar Güler arasında telefon danışığı olub.

Read More »

Zakir Həsənov antiterror tədbirləri barədə türkiyəli həmkarını məlumatlandırıb

Sentyabrın 19-da Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənov ilə Türkiyə Respublikasının milli müdafiə naziri Yaşar Güler arasında telefon danışığı olub. Boyukmillet.com xəbər verir ki, bu barədə Azərbaycan Müdafiə Nazirliyi məlumat yayıb. General-polkovnik Z.Həsənov Azərbaycanın Qarabağ bölgəsində keçirilən lokal xarakterli antiterror tədbirləri barədə həmkarını məlumatlandırıb. Y.Güler Türkiyənin hər zaman olduğu kimi, bu gün də Azərbaycanın yanında olduğunu bildirib.

Read More »

Rusiya XİN: “Bakı ilə İrəvan arasında münasibətlərin normallaşdırılması üçün görüşlə bağlı təkliflər hələ almamışıq”

“Rusiya Azərbaycanla Ermənistan arasında münasibətlərin normallaşdırılması üçün dördtərəfli görüşün keçirilməsi ilə bağlı Türkiyədən hələ də rəsmi müraciət almayıb”. Boyukmillet.com xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin (XİN) rəsmi nümayəndəsi Mariya Zaxarova brifinq zamanı deyib. “Bəli, mətbuatda bununla bağlı materiallara rast gəldik, lakin Türkiyə tərəfdən hələlik rəsmi müraciət almamışıq”, – o bildirib. O qeyd edib ki, Rusiya ənənəvi olaraq beynəlxalq …

Read More »

İcma: “Ermənistan öz ordusunun qalıqlarını Azərbaycan ərazisindən çıxarmalı, xunta rejimi ləğv olunmalıdır”

Ermənistan hökuməti beynəlxalq hüquqa və öhdəliklərinə əməl etməli, öz ordusunun qalıqlarını Azərbaycanın suveren ərazisindən çıxarmalı, qanunsuz erməni silahlı dəstələri tərksilah edilməli və xunta rejimi ləğv edilməlidir. Boyukmillet.com xəbər verir ki, bu barədə Qərbi Azərbaycan İcmasının bəyanatında bildirilib. Qeyd olunub ki, Rusiyanın sülhməramlı qüvvələrinin müvəqqəti yerləşdiyi Azərbaycan ərazilərində qanunsuz şəkildə qalmaqda olan Ermənistan silahlı qüvvələri 19 sentyabr 2023-cü il tarixində erkən …

Read More »

Tevanyan: Azərbaycan ancaq hərbi hədəfləri vurur

Məndə olan məlumata görə, yaralılarımız (erməni tərəfindən red.) var. Boyukmillet.com xəbər verir ki, bunu “Ana Ermənistan” hərəkatının koordinatoru Andranik Tevanyan deyib. “Onlar (Azərbaycan Ordusu – red.) yalnız “müdafiə ordusunun” mövqelərini bombalayırlar”, – o bildirib. Qeyd edək ki, Azərbaycan Respublikasının konstitusiya quruluşunun bərpa edilməsi məqsədilə bölgədə lokal xarakterli antiterror tədbirlərinə başlanılıb. Üçtərəfli bəyanatın müddəalarının təmin olunması, Qarabağ iqtisadi rayonunda törədilən genişmiqyaslı …

Read More »

Azərbaycanın səbri daşdı: terrorçular məhv edilir – General

Yenə səhəri ermənilərin terror xəbəri ilə açdıq. Ermənilər ən yaxşı bacardıqları alçaqlığı yenə etdilər. Mina terroru nəticəsində şəhid olan polis qardaşlarımıza Allahdan rəhmət, yaralılarımıza şəfa diləyirəm. Boyukmillet.com xəbər verir ki, bu sözləri Axar.az-a Ermənistanın mina terrorunun nəticələri haqqında danışan Türkiyənin ölkəmizdəki keçmiş hərbi attaşesi, general Yücel Karauz deyib. “Ağdamda baş verən son təxribat nəticəsində iki hərbçimizin yaralanması və mina terrorunun davam etməsi, …

Read More »

Azərbaycan Ordusunun mövqeləri intensiv atəşə tutulur

Azərbaycan Ordusunun mövqeləri intensiv atəşə tutulur. Boyukmillet.com xəbər verir ki, Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan ərazisindəki Ermənistan silahlı qüvvələrinin birləşmələri Azərbaycan Ordusunun Ağdam rayonu istiqamətində yerləşən mövqelərini müxtəlif çaplı silahlardan intensiv atəşə tutur.

Read More »