Çərşənbə axşamı , 7 Aprel 2026

autor

Prezident İlham Əliyev Tacikistana səfərə gedib

Azərbaycan Prezidenti İlham Əliyev Tacikistan Prezidenti Emoməli Rəhmonun dəvəti ilə Mərkəzi Asiya Dövlət Başçılarının 5-ci Məşvərət görüşündə fəxri qonaq qismində iştirak etmək üçün sentyabrın 14-də Tacikistana səfərə gedib. Boyukmillet.com xəbər verir ki, Düşənbə Beynəlxalq Aeroportunda dövlət başçısının şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü. Azərbaycan Prezidenti İlham Əliyevi Tacikistanın Baş naziri Koxir Rasulzada və digər rəsmi şəxslər qarşılayıblar.

Read More »

İran XİN ABŞ-Ermənistan birgə hərbi təlimlərini tənqid edib

İranın xarici işlər naziri Hüseyin Əmir Abdullahian ABŞ-Ermənistan birgə hərbi təlimlərini tənqid edib. Boyukmillet.com xəbər verir ki, bu barədə İran XİN-in məlumatında qeyd edilib. Bildirilib ki, Hüseyin Əmir Abdullahian ilə erməni həmkarı Ararat Mirzoyan arasında telefon danışığı olub. Danışıq çərçivəsində Əmir Abdullahian Ermənistan və ABŞ-nin keçirdiyi hərbi təlimə diqqət çəkərək bölgədə hər hansı xarici qüvvələrin mövcudluğunun oradakı vəziyyəti daha da çətinləşdirəcəyini …

Read More »

Azərbaycan İsDB ilə Qarabağın bərpası imkanlarını müzakirə edib

İqtisadiyyat Nazirliyi və İslam İnkişaf Bankı (İsDB) Qrupuna daxil olan Ticarətin Maliyyələşdirilməsi üzrə Beynəlxalq İslam Korporasiyası (ITFC) işğaldan azad edilmiş ərazilərimizdə dayanıqlı infrastruktur şəbəkəsinin qurulması ilə bağlı layihələrin dəstəklənməsini müzakirə edib. Boyukmillet.com xəbər verir ki, iqtisadiyyat nazirinin müavini Səməd Bəşirli ITFC-in baş icraçı direktoru, Özəl Sektorun İnkişafı üzrə İslam Korporasiyasının (ICD) rəhbəri Hani Salem Sonbol ilə görüşüb. Görüşdə Azərbaycanın İsDB, …

Read More »

Ədliyyə naziri Fikrət Məmmədov Naxçıvana gedib

Azərbaycanın ədliyyə naziri Fikrət Məmmədov və nümayəndə heyəti sentyabrın 14-də Naxçıvana gəliblər. Boyukmillet.com xəbər verir ki, qonaqlar əvvəlcə Ümummilli Lider Heydər Əliyevin Naxçıvan şəhərinin baş meydanında ucalan abidəsini ziyarət edib, önünə gül dəstələri qoyub, onun xatirəsini ehtiramla yad ediblər. Sonra Heydər Əliyev Muzeyində olan ziyarətçilər Heydər Əliyevin həyatını və çoxşaxəli dövlətçilik fəaliyyətini əks etdirən eksponatlarla tanış olublar. Səfər çərçivəsində Ədliyyə …

Read More »

FHN radioloji-gigiyenik pasportlara dair müəssisə və təşkilatlara müraciət edib

Fövqəladə Hallar Nazirliyinin (FHN) Nüvə və Radioloji Fəaliyyətin Tənzimlənməsi üzrə Dövlət Agentliyi ölkə ərazisində nüvə və radioloji fəaliyyət sahəsində təhlükəsizliyin təmin edilməsi istiqamətində üzərinə düşən vəzifələrin icrasını davam etdirir. Boyukmillet.com xəbər verir ki, müvafiq qanunvericiliyə əsasən, müəssisə və təşkilatların radiasiya təhlükəsizliyinə hazırlığının vəziyyəti hər il tərtib olunan radioloji-gigiyenik pasportlarda əks olunur və həmin pasportlara müvafiq məlumatların daxil edilməsi üçün yalnız …

Read More »

Türkiyəli nazir: “Zəngəzur dəhlizi ilə bağlı yeni fürsətlər yaranıb”

“Zəngəzur dəhlizi ilə bağlı yeni fürsətlər yaranıb”. Boyukmillet.com xəbər verir ki, bunu Türkiyənin nəqliyyat və kommunikasiya naziri Abdulkadir Uraloğlu İstanbulda keçirilən Türk Dövlətləri Təşkilatının (TDT) logistika forumunda çıxışı zamanı deyib. O bildirib ki, bu, Cənubi Qafqazdakı normallaşma prosesi ilə bağlıdır: “Azərbaycanla daim təmasdayıq. Zəngəzur dəhlizinin açılması Türk Dövlətləri Təşkilatına mühüm töhfə verəcək”.

Read More »

Sahibə Qafarova Bolqarıstanın Prezidenti ilə görüşüb

Milli Məclisin sədri Sahibə Qafarova Bolqarıstanın Prezidenti Rumen Radevlə görüşüb. Azərbaycan parlament rəhbərini səmimiyyətlə salamlayan dövlət başçısı qeyd edib ki, Azərbaycan və Bolqarıstan sadəcə strateji tərəfdaş ölkələr deyil, həm də çox yaxın ölkələrdir. Ölkələrimiz arasında yüksək səviyyəli siyasi dialoq müntəzəm xarakter daşıyır. Onun sözlərinə görə, Azərbaycan və Bolqarıstan beynəlxalq müstəvidə baş verən bir çox proseslərə də eyni baxışlara malikdir, ölkələrimizin …

Read More »

İşğaldan azad olunmuş ərazilərə köçürülənlərin sayı açıqlanıb

Böyük Qayıdış proqramı çərçivəsində bu günədək 2000-dən çox məcburi köçkün işğaldan azad olunmuş ərazilərə köçürülüb. Boyukmillet.com xəbər verir ki, bunu Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Rövşən Rzayev Kanada nümayəndə heyəti ilə görüşdə deyib. Qonaqlara Ermənistanın işğalçılıq və deportasiya siyasəti nəticəsində ölkəmizin üzləşdiyi qaçqınlıq və məcburi köçkünlük problemi, onun həlli istiqamətində həyata keçirilən tədbirlər, dövlət komitəsinin fəaliyyət istiqamətləri, …

Read More »

Bolqarıstan Prezidenti: “Azərbaycanla strateji tərəfdaşlıq münasibətlərimiz yalnız enerji sahəsini əhatə etmir”

“Azərbaycanla strateji tərəfdaşlıq münasibətlərimiz yalnız enerji sahəsini əhatə etmir”. Boyukmillet.com xəbər verir ki, bunu Bolqarıstan Prezidenti Rumen Radev Milli Məclisin sədri Sahibə Qafarova ilə görüşdə deyib. O, Azərbaycanla Bolqarıstan arasında enerji sahəsində də uğurlu nəticələrin müşahidə edildiyini qeyd edərək, bildirib ki, Azərbaycan qazı artıq Bolqarıstana gəlib çatıb: “Strateji tərəfdaşlıq münasibətlərimiz yalnız enerji sahəsini əhatə etmir. Ölkələrimiz arasında digər sahələrdə də …

Read More »

İrandan Azərbaycana 6 kq-dan çox narkotik keçirilməsinin qarşısı alınıb

Sentyabrın 12-də saat 13:00-da “Horadiz” sərhəd dəstəsinin İmişli rayonunun Qaragüvəndikli kəndi yaxınlığında yerləşən sərhəd zastavasının xidməti ərazisində Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti (DSX) və Dövlət Gömrük Komitəsi əməkdaşlarının birgə keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində ümumi çəkisi 6 kiloqram 210 qram narkotik vasitə marixuananın qaçaqmalçılıq yolu ilə İran İslam Respublikasından Azərbaycan Respublikasına keçirilməsinin qarşısı alınıb. Boyukmillet.com xəbər verir ki, qeyd olunan faktlar …

Read More »