“Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və Rusiyanın dövlət başçısı Vladimir Putin arasında Soçidə keçirilən görüşdə Qarabağla bağlı kompromis əldə olunub”. Boyukmillet.com xəbər verir ki, bunu “Report”a açıqlamasında politoloq Qabil Hüseynli deyib. Onun sözlərinə görə, söhbət Qarabağın dağlıq hissəsində yaşayan erməni sakinlərin Azərbaycana reinteqrasiyası məsələsindən gedir. İkinci məsələ isə həmin əraziyə ərzaq yüklərin daşınmasıdır: “Fikrimcə, Rusiya Azərbaycanın səylərini dəstəkləyir. Təsadüfi deyil …
Read More »Ermənistanda gələn ay ehtiyatda olan hərbçilərin toplanışı keçiriləcək
Oktyabrın 1-dən dekabrın 8-dək Ermənistanda ehtiyatda olan hərbçilər təlim toplanışına çağrılacaqlar. Boyukmillet.com xəbər verir ki, bu barədə qərar hökumətin iclasında təsdiq edilib. Məlumata görə, bu, ehtiyatda olan hərbçilərin hazırlıq səviyyəsinin yüksəldilməsi üçün edilib.
Read More »ƏN TEZ xidmətinin tətbiqi dairəsi genişləndirilir
Prezident İlham Əliyevin tapşırıqlarına uyğun olaraq vətəndaşların dövlət xidmətlərinə əlçatanlığının asanlaşdırılması, bu məqsədlə rəqəmsal innovasiyaların tətbiqi Ədliyyə Nazirliyi tərəfindən daim diqqətdə saxlanılaraq əhaliyə müxtəlif elektron və mobil ədliyyə xidmətləri göstərilir. Eyni zamanda 3 saylı Bakı DOST mərkəzində və Heydər Əliyev Beynəlxalq Aeroportunda nazirliyin istifadəyə verilmiş növbəti innovativ – “ƏN TEZ” (Ədliyyə Nazirliyinə Təcili Elektron Zəng) xidməti vətəndaşlara, o cümlədən səyahət …
Read More »Kəmaləddin Heydərov: “TDT çərçivəsində baş tutan görüş faydalı əməkdaşlığa yeni təkan verəcək”
“Türk Dövlətləri Təşkilatı (TDT) çərçivəsində baş tutan bu tədbir təşkilata üzv və müşahidəçi ölkələrin fövqəladə halların idarə edilməsi üzrə müvafiq dövlət qurumları arasında faydalı əməkdaşlığa yeni təkan verəcək”. Boyukmillet.com xəbər verir ki, bunu Türk Dövlətləri Təşkilatının üzv və müşahidəçi dövlətlərinin təbii fəlakət və fövqəladə halların idarə edilməsi üzrə nazirlərinin Bakıda keçirilən ikinci görüşündə Azərbaycanın fövqəladə hallar naziri Kəmaləddin Heydərov deyib. Onun …
Read More »Nazir: “Mehriban Əliyevanın təşəbbüsü olan DOST konsepsiyası sosial islahatların mühüm nailiyyətlərindəndir”
“Birinci vitse-prezident Mehriban xanım Əliyevanın təşəbbüsü olan DOST konsepsiyası son illər aparılan sosial islahatların mühüm nailiyyətlərindəndir”. Boyukmillet.com xəbər verir ki, bunu əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev “DOST 2023: çevik, innovativ və davamlı xidmətlərin göstərilməsi üçün vahid platforma” adlı beynəlxalq konfransda çıxışı zamanı deyib. Nazir bildirib ki, ötən əsrin 90-cı illərində müstəqil Azərbaycan dövlətini quraraq uzunmüddətli inkişaf yoluna səfərbər …
Read More »Kəlbəcərdə Şəhərsalma məsələləri üzrə İşçi Qrupunun iclası keçirilir
Kəlbəcərdə Əlaqələndirmə Qərargahının İdarələrarası Mərkəzinin nəzdində fəaliyyət göstərən Şəhərsalma Məsələləri üzrə İşçi Qrupun iclası işinə başlayıb. Boyukmillet.com xəbər verir ki, iclasda Azərbaycan Prezidentinin Laçın rayonunda xüsusi nümayəndəsi Məsim Məmmədov, Dövlət Şəhərsalma və Arxitektura Komitəsi sədrinin birinci müavini Namiq Hümmətov, “Bakı Abadlıq” MMC-nin baş direktoru Bünyad Qasımov, 2 saylı Bərpa, Tikinti və İdarəetmə Xidmətinin əməkdaşları və digər vəzifəli şəxslər iştirak edirlər. Qeyd …
Read More »XƏBƏRDARLIQ: Bu gün yenə bəzi rayonlarda qaz kəsiləcək
Bu gün Bakının Xətai və Göyçay rayonlarında qaz təchizatında fasilə yaranacaq. Boyukmillet.com xəbər verir ki, bu barədə Lent.az-a Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyindən məlumat verilib. Bildirilib ki, bu gün saat 10:00-dan “Keşlə” Qaz Paylayıcı Stansiyada (QPS) 4 ədəd istismara yararsız siyirtmənin yenisilə əvəz olunması və “Qaz İxrac” İdarəsi tərəfindən saat 09:00-dan “Göyçay-1” QPS-də 2 ədəd istismara yararsız …
Read More »Avropa Sosial Şəbəkəsinin sədri: “Səhiyyə və sosial xidmətlər birləşdirilməlidir”
“Sosial xidmətin həlli yollarının tapılması barədə ciddi işlər görülməlidir. Dünyanın digər yerlərində də səhiyyə və sosial xidmətlər birləşdirilməlidir”. Boyukmillet.com xəbər verir ki, bunu Avropa Sosial Şəbəkəsininun sədri Kristian Fillet “DOST 2023: çevik, innovativ və davamlı xidmətlərin göstərilməsi üçünvahid platforma” adlı beynəlxalq konfransda çıxışı zamanı deyib. Onun sözlərinə görə, bu gün sosial və səhiyyə sahəsində təhsil almış işçilərin çatışmazlığı əsas problemlərdəndir: …
Read More »Avropalı ravvinlər Ermənistanı Holokostdan təbliğat kimi istifadəni dayandırmağa çağırıblar
Avropalı ravvinlər Ermənistan hökumətinin Azərbaycanın Qarabağda yaşayan ermənilərə münasibətini yəhudilərin üzləşdiyi Holokostla müqayisə etməsi ilə bağlı bu ölkənin baş naziri Nikol Paşinyan və prezident Vaaqn Xaçaturyana məktub ünvanlayıb. Boyukmillet.com xəbər verir ki, məktubu Fransa, Böyük Britaniya və Almaniya daxil olmaqla, Avropa ölkələrindən olan 50 ravvin imzalayıb. Onlar hər hansı siyasi məqsədlərə nail olmaq naminə erməni təbliğatının Holokost mövzusundan istifadəsinə dərhal son …
Read More »DTX: “Sosial şəbəkələrdə Azərbaycan Silahlı Qüvvələri ilə bağlı videomateriallar yaymaq ciddi hüquqi məsuliyyət yaradır”
Sosial şəbəkələrdə Azərbaycan Respublikasının Silahlı Qüvvələri ilə bağlı videomateriallar yaymaq ciddi hüquqi məsuliyyət yaradır. Boyukmillet.com xəbər verir ki, bu barədə Dövlət Təhlükəsizliyi Xidmətinin Mətbuat xidmətinin yaydığı açıqlamada bildirilib. Qeyd edilib ki, son günlər “Telegram” kanallarının Ermənistan xüsusi xidmət orqanları ilə əlaqəli olan seqmentində Azərbaycan Ordusunun hərbi birləşmələri, onların dislokasiyası, yerdəyişmələri, döyüş və səfərbərlik hazırlığı, silahları, hərbi texnikası ilə bağlı videokadrların …
Read More »
Boyukmillet.com Biz yanmasaq vətən yanar