Rusiya sülhməramlı qüvvələri Laçında Həkəri çayının üzərindəki körpüdə ucaldılan Azərbaycan bayrağının asıldığı dirəyi aşırıblar. Boyukmillet.com xəbər verir ki, bu barədə sosial şəbəkələrdə videogörüntülər yayılıb. Məsələ ilə bağlı hələlik rəsmi açıqlama yoxdur. Qeyd edək ki, 15 iyunda Ermənistan hərbi birləşmələri Azərbaycan bayrağının ucaldılması zamanı təxribata əl atmış, əsgərlərimizi atəşə tutmuş, nəticədə DSX-nin bir hərbçisi yaralanmışdı. Daha sonra Azərbaycan bayrağı rus sülhməramlıların müşayiəti …
Read More »İlham Əliyevlə Beqay arasında təkbətək görüş başladı
İyulun 7-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Albaniya Respublikasının Prezidenti Bayram Beqay ilə təkbətək görüşü başlayıb. Boyukmillet.com xəbər verir ki, bu barədə Azərbaycan Prezidentinin Mətbuat Xidməti məlumat yayıb.
Read More »Yol polisi “Kamaz” sürücülərini 1200 manat cərimələdi
Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsi yükdaşıma fəaliyyəti ilə məşğul olan fiziki və hüquqi şəxslərə xəbərdarlıq edib. Boyukmillet.com xəbər verir ki, “Baş Dövlət Yol Polisi İdarəsi tərəfindən nəqliyyat vasitələri ilə normadan artıq yük daşınması hallarının qanunvericiliyə zidd olması ilə bağlı dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq, müşahidələr göstərir ki, bəzi sürücülər tərəfindən bu cür qayda pozuntularına yol verilməsi hallarına hələ də …
Read More »Azərbaycan QHT-lərindən Paşinyana açıq məktub
Azərbaycanın 24 vətəndaş cəmiyyəti təşkilatı Ermənistanın Baş naziri Nikol Paşinyana açıq məktub yazıb. Boyukmillet.com məktubun mətnini təqdim edir: “Cənab Baş nazir! Biz, aşağıda imzası olan Azərbaycan Respublikasında fəaliyyət göstərən vətəndaş cəmiyyəti təşkilatları beynəlxalq ekoloji norma və standartları kobud şəkildə pozmaqla, Ermənistan Respublikasının dağ-mədən sənayesində aparılan işlərin ətraf mühitə regional və qlobal təsirlərinin yol açdığı ciddi ekoloji böhranla bağlı dərin narahatlığı ifadə …
Read More »Neft bahalaşmaqda davam edir
Dünya birjalarında neft qiymətləri bahalaşmaqda davam edir. Boyukmillet.com xəbər verir ki, hazırda “Brent” markalı neftin bir barreli 76,83 dollara, yüngül neftin bir barreli isə 72,11 dollara satılır.
Read More »Szinpin orduya əmr verdi: Müharibəyə hazırlaşın!
Çin lideri Si Szinpin real döyüşlərdə qalib gəlmək şanslarını artırmaq üçün hərbçiləri müharibə və döyüş planlamasını dərinləşdirməyə çağırıb. Boyukmillet.com xəbər verir ki, bu barədə “Röyters” məlumat yayıb. Çin rəsmisi bildirib ki, dünya yeni təlatüm və dəyişiklik dövrünə qədəm qoyub, Çinin təhlükəsizlik vəziyyəti daha qeyri-sabit və qeyri-müəyyəndir: “Biz çox düşünməli və hərbi məsələləri siyasi baxımdan həll etməli, cəsarətlə mübarizə aparmalı və milli …
Read More »Bakını “cəzalandırmaq” üçün İrəvandan istifadə… – Arkov
Kollektiv Qərb və onun tərkib hissəsi Fransa (Şarl de Qollun hakimiyyəti istisna olmaqla) müstəmləkəçilik siyasətindən əl çəkmir. Onların müstəmləkəçiliyi yalnız qlobal vəziyyətin təsiri altında və qlobalizm ideyalarının karton bəzəkləri ilə dəyişir. Boyukmillet.com xəbər verir ki, bu sözləri Axar.az-a açıqlamasında rusiyalı politoloq Vitali Arkov deyib. “Paşinyan diqqətini İraqın keçmiş lideri Səddam Hüseynin və xüsusilə Liviyanın eks-rəhbəri Müəmmər Qəzzafinin taleyinə yönəltməlidir. Fransa prezidentləri onları da …
Read More »İranda ərzaq qıtlığı: növbə üstündə qətl baş verdi
İranda son bir neçə ayda ərzaq və çörək qıtlığı ağır həddə çatıb. Əvvəllər talonla ailə başına 5 çörək verilirdisə, indi 2-ə endiriblər. Boyukmillet.com xəbər verir ki, bu sözləri Axar.az-a güneyli milli fəal Sürgün Günəş İranda yaşanan çörək qıtlığı ilə bağlı danışarkən deyib. Onun sözlərinə görə, problemin həll olunacağı ilə bağlı vədlər də yalan çıxıb: “Qərbi Azərbaycan və Kürdüstan mahalında çörək qıtlığı …
Read More »Türkiyədə sərnişin avtobusu və yük maşını toqquşub, 18 nəfər yaralanıb
Türkiyədə sərnişin avtobusu və yük maşını toqquşub. Boyukmillet.com xəbər verir ki, hadisə Anadolu magistralında qeyd alınıb. Hadisə nəticəsində 18 nəfər yaralanıb, onlardan birinin vəziyyəti ağırdır. Hadisə yerinə təcili yardım, xilasetmə və polis əməkdaşları cəlb edilib. Yaralıların 15-i müxtəlif xəstəxanalara aparılıb. Hadisə ilə əlaqədar yolda tıxac yaranıb. Qəzanın başvermə səbəbi açıqlanmır.
Read More »ABŞ-da avtobusların toqquşması nəticəsində 81 nəfər xəsarət alıb
ABŞ-ın Nyu-York şəhərində iki avtobus toqquşub. Boyukmillet.com xəbər verir ki, qəza nəticəsində azı 81 nəfər xəsarət alıb. Qeyd edilir ki, Manhetten istiqamətində ikimərtəbəli turist avtobusu işıqforun qırmızı işığında keçərək şəhər avtobusuna çırpılıb. Nyu Yorkun Yanğından Mühafizə İdarəsinin məlumatına görə, hadisə nəticəsində azı 81 nəfər xəsarət alıb. Onlardan 18 nəfəri xəstəxanaya yerləşdirilib, 63 nəfərə isə yerində tibbi yardım göstərilib. Zərərçəkənlərin heç …
Read More »
Boyukmillet.com Biz yanmasaq vətən yanar