Niderlandın Moskvadakı səfirliyi vətəndaşlarını silahlı qiyamdan sonra Rusiya ərazisini tərk etməyə və bu ölkəyə səfər etməməyə çağırıb. Boyukmillet.com xəbər verir ki, bu barədə diplomatik nümayəndəliyin məlumatında deyilir. Qeyd edilir ki, hazırda Niderland vətəndaşları Rusiyanı hava və ya quru yolu ilə tərk edə bilər: “Lakin bununla bağlı vəziyyət tezliklə dəyişə bilər. Nəticədə Niderland hökuməti Rusiyanı tərk etməyinizə kömək edə bilməyəcək”.
Read More »Samir Adıgözəlli: Deputatlar niyə proseslərə zamanında münasibət bildirmir?
“Gədəbəydə baş verənlərə birinci rayonun deputatı münasibət bildirməli idi” Azərbaycanın istənilən rayonunda, şəhərində hansısa bir insident, xoşagəlməz hadisə baş verirsə, bütün ölkə ayağa qalxsa da həmin rayonun, ərazinin deputatının səsi çıxmır. Deputat baş verənlərə ya iş-işdən keçəndən sonra reaksiya verir, ya da ümumiyyətlə susur. Çox nadir hallarda çətin məqamlarda deputatları seçiciləri ilə baş-başa görürük. Götürək elə Gədəbəyin deputatı Sevinc Hüseynovanı. Hadisə …
Read More »Baş nazirin yanında Söyüdlüdəki vəziyyətin araşdırılması üçün yaradılan Komissiyanın ilkin hesabatı dinlənilib
İyunun 25-də Azərbaycan Respublikasının Baş naziri Əli Əsədovun yanında Gədəbəy rayonunun Söyüdlü kəndində vəziyyətin araşdırılması üçün Nazirlər Kabinetinin 2023-cü il 21 iyun tarixli Sərəncamı ilə yaradılmış Komissiyanın ilkin hesabat iclası keçirilib. Bu barədə Nazirlər Kabinetindən məlumat verilib. Komissiyanın sədri, ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev Söyüdlü kəndində tullantıxana sahəsində aparılmış monitorinqlərin və mövcud vəziyyətin qiymətləndirilməsi işlərinin ilkin nəticələri barədə …
Read More »Əli Əsədov Söyüdlü kənd sakinlərinin müraciətlərinin ən ciddi şəkildə araşdırılması ilə bağlı tapşırıqlar verib
Baş nazir Əli Əsədov Gədəbəy rayonunun Söyüdlü kənd sakinlərinin ağlamlığının və ətraf mühitin qorunması ilə bağlı vətəndaşların müraciətlərinin ən ciddi şəkildə araşdırılması və mövcud vəziyyətin qiymətləndirilməsi işlərinin davam etdirilməsi üçün müvafiq tapşırıqlar verib. Boyukmillet.com-un xəbərinə görə, bu barədə Baş nazir Əli Əsədov Gədəbəy rayonunun Söyüdlü kəndində vəziyyətin araşdırılması üçün yaradılan Komissiyanın ilkin hesabat iclasında bildirib. İclasda, aparılmış monitorinqlərin ilkin nəticələri, …
Read More »NATO və Rusiya MN rəsmiləri nüvə başlıqları ilə bağlı müzakirə aparıblar
NATO ilə Rusiya Müdafiə Nazirliyi nümayəndələri arasında təmaslar olub. Boyukmillet.com xəbər verir ki, bu barədə İtaliyanın “La Republica” qəzeti yazıb. Bildirilib ki, NATO istifadəyə hazır olan 1400-dən çox nüvə başlığı ilə bağlı Rusiya rəsmiləri ilə müzakirə aparıb. Danışıqlarda iştirak edən rəsmilərin adları açıqlanmayıb.
Read More »Müdafiə Nazirliyinin 5 hərbi qulluqçusuna “general-mayor” rütbəsi verilib – SİYAHI
Müdafiə Nazirliyinin hərbi qulluqçularına “general-mayor” ali hərbi rütbəsi verilib. Boyukmillet.com xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev Sərəncam imzalayıb. Belə ki, Sərəncamla Azərbaycan Respublikası Müdafiə Nazirliyinin aşağıdakı hərbi qulluqçularına “general-mayor” ali hərbi rütbəsi verilib: polkovnik Elmir Zülfüqar oğlu İbrahimova polkovnik Arif Həsən oğlu Həsənova polkovnik İslam Şixzadə oğlu Əmirağayevə polkovnik Bilal İsmayıl oğlu Çompuzova polkovnik İlqar Saab oğlu Qafarova.
Read More »Müdafiə Nazirliyinin hərbi qulluqçuları təltif edilib – SİYAHI
Azərbaycan Respublikası Müdafiə Nazirliyinin hərbi qulluqçuları təltif edilib. Boyukmillet.com-un xəbərinə görə, Prezident İlham Əliyev bununla bağlı Sərəncam imzalayıb. Sərəncamla Azərbaycan Respublikasının müstəqilliyinin, ərazi bütövlüyünün qorunub saxlanılmasında xüsusi xidmətlərinə, öz xidməti vəzifələrini və hərbi hissə qarşısında qoyulmuş tapşırıqları yerinə yetirərkən fərqləndiklərinə görə Azərbaycan Respublikası Müdafiə Nazirliyinin aşağıdakı hərbi qulluqçuları təltif ediliblər: “Azərbaycan Bayrağı” ordeni ilə Hüseynov Münasib Asif oğlu – baş …
Read More »DYP Qurban bayramı ilə bağlı hərəkət iştirakçılarına müraciət edib
Daxili İşlər Nazirliyinin (DİN) Baş Dövlət Yol Polisi İdarəsi (BDYPİ) Qurban bayramı ilə bağlı hərəkət iştirakçılarına müraciət edib. Bu barədə İdarədən məlumat verilib. BDYPİ qarşıdan gələn Qurban bayramı münasibəti ilə hərəkət iştirakçılarını təbrik edib, bayram günlərinin xoş əhvali-ruhiyyə ilə keçirilməsi üçün onları küçə və yollarda təhlükəsizlik qaydalarına ciddi riayət etməyə çağırıb. “Bayramla əlaqədar qeyri-iş günləri şəhər sakinlərinin rayonlara və bölgələrdəki …
Read More »Rusiya ordusu Kiyevə raket zərbələri endirib, 5 nəfər ölüb
Rusiya ordusu iyunun 25-də günorta saatlarında Ukraynanın Kiyev vilayətinə raket zərbələri endirib. Boyukmillet.com xəbər verir ki, bunu paytaxt Kiyev şəhərinin meri Vitali Kliçko teleqramda yazıb. O bildirib ki, raketlərlə mülki binalar hədəf alınıb. Nəticədə 5 nəfər həlak olub.
Read More »Rəsmi Bakı: “Ermənistan təhrikçi addımları davam etdirməkdə maraqlıdır”
“Görünür ki, Ermənistan tərəfi buraxılış məntəqəsi təsis edilən gündən yüzlərlə erməni sakinlərin azərbaycanlı sərhədçilərlə qarşılıqlı anlayış və əməkdaşlıq ruhunda hər iki istiqamətdə keçidini həzm etməyərək, bu kimi təhrikçi addımları təkidlə davam etdirməkdə maraqlıdır”. Boyukmillet.com xəbər verir ki, bu fikirlər Azərbaycan Xarici İşlər Nazirliyinin Ermənistan Xarici İşlər Nazirliyinin 24 iyun tarixli bəyanatına dair şərhində əksini tapıb. Qeyd olunub ki, eyni qaydada, …
Read More »
Boyukmillet.com Biz yanmasaq vətən yanar