Rusiyanın Belqorod vilayətinə pilotsuz uçuş aparatları (PUA) ilə hücum olub. Boyukmillet.com TASS-a istinadən xəbər verir ki, bunu vilayətin qubernatoru Vyaçeslav Qladkov deyib. O bildirib ki, PUA-lar vurulub. Hücumla bağlı əlavə məlumat yayılmayıb.
Read More »Abşeronda arvadını və körpəsini öldürərək intihara cəhd edən şəxslə bağlı qərar çıxarılıb
Abşeron rayonunda həyat yoldaşı və 8 aylıq körpəsini öldürdükdən sonra intihara cəhd etməkdə şübhəli bilinən Fərid Hüseynlinin barəsində istintaq orqanı tərəfindən polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilib. Bu barədə hüquq-mühafizə orqanlarından məlumat verilib. Qeyd edilib ki, hazırda F.Hüseynlinin Akademik M.Ə.Mirqasımov adına Respublika Klinik Xəstəxanasında müalicəsi davam etdirilir. Qeyd edək ki, hadisə iyunun 20-si saat 19 radələrində Abşeron rayonunun Qobu …
Read More »İrandan Azərbaycana narkotik keçirilməsinin qarşısı alınıb
İyunun 24-də saat 23:10-da Dövlət Sərhəd Xidmətinin (DSX) Sərhəd Qoşunlarının “Horadiz” sərhəd dəstəsinin Füzuli rayonunun Böyük Bəhmənli kəndi yaxınlığında yerləşən sərhəd zastavasının xidməti ərazisində narkotik vasitənin qaçaqmalçılıq yolu ilə İran İslam Respublikasından Azərbaycan Respublikasına keçirilməsinin qarşısı alınıb və ümumi çəkisi 8 kiloqram 200 qram narkotik vasitə aşkar olunaraq götürülüb. Bu barədə DSX-nin Mətbuat Mərkəzindən Məlumat verilib. Keçirilmiş əməliyyat tədbiri nəticəsində dövlət …
Read More »XİN: “Özlərini Qarabağın erməni sakinlərinin nümayəndələri kimi təqdim edən şəxslər yardım təkliflərindən hər vəchlə imtina edirlər”
“Azərbaycanın zərurət olduğu təqdirdə sakinlərə yardım etmək təkliflərindən özlərini erməni sakinlərin nümayəndələri kimi təqdim edən şəxslər tərəfindən hər vəchlə imtina olunması, erməni tərəfinin bu məsələdən öz dar siyasi məqsədləri üçün istifadə etdiyini göstərir”. Boyukmillet.com xəbər verir ki, bu fikirlər Azərbaycan Xarici İşlər Nazirliyinin Ermənistan Xarici İşlər Nazirliyinin 24 iyun tarixli bəyanatına dair şərhində əksini tapıb. “Ərazilərimizi 30 ilə yaxın müddətdə …
Read More »HDQ komandanı: “Azərbaycan yeni gəmi silahları və sahil artilleriya qurğuları alacaq”
Azərbaycan yeni gəmi silahları, sualtı hərəkət vasitələri, sahil artilleriya qurğuları, radar və sonarlar almaq imkanlarını araşdırır. Boyukmillet.com xəbər verir ki, bunu Azərbaycan Hərbi Dəniz Qüvvələrinin komandanı vitse-admiral Sübhan Bəkirov deyib. Onun sözlərinə görə, bu il iyunun 4-dən 11-dək İtaliyanın Spetsiya şəhərində keçirilən sərgidə bu ölkənin əsas müdafiə sənayesi şirkətlərindən olan Leonardo, Finkantieri, Reinmetal, DRASS və çoxlu sayda digər şirkətlərin hərbi …
Read More »Sabahdan Azərbaycanda bir həftəlik bayram tətili başlayır
Sabahdan, iyunun 26-dan Azərbaycanda bir həftəlik bayram tətili başlayır. Boyukmillet.com xəbər verir ki, Qurban bayramı və Silahlı Qüvvələr Günü ilə əlaqədar olaraq tətil günləri 26 iyun- 2 iyul tarixlərini əhatə edir. Belə ki, Baş nazir Əli Əsədovun imzaladığı qərara əsasən, iş və istirahət günlərinin ardıcıllığını təmin etmək məqsədilə 2023-cü ilin 27 və 30 iyun iş günləri ilə müvafiq olaraq 24 və …
Read More »Azərbaycanın Dəniz Xüsusi Təyinatlılarının strukturu dəyişdirilib, Türkiyə modelinə uyğunlaşdırılıb
Azərbaycan Hərbi Dəniz Qüvvələrinin Dəniz Xüsusi Təyinatlılarının strukturunda dəyişiklik edilib və Türkiyə modelinə uyğunlaşdırılıb. Boyukmillet.com xəbər verir ki, bunu Hərbi Dəniz Qüvvələrinin komandanı vitse-admiral Sübhan Bəkirov bildirib. Onun sözlərinə görə, Ali Baş Komandan İlham Əliyevin ordu quruculuğunda Türkiyə modelinin nümunə götürülməsi istiqamətində tapşırığı üzrə Hərbi Dəniz Qüvvələrində də bir çox işlər görülüb: “Vətən müharibəsində Hərbi Dəniz Qüvvələrinin Xüsusi Təyinatlılarının göstərdiyi …
Read More »İlham Əliyev Sloveniyanın Prezidentini təbrik edib
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Sloveniya Respublikasının Prezidenti Nataşa Pirts Musara təbrik məktubu ünvanlayıb. Boyukmillet.com xəbər verir ki, təbrikdə deyilir: “Hörmətli xanım Prezident, Sloveniya Respublikasının milli bayramı – Dövlətçilik Günü münasibətilə Sizə və bütün xalqınıza öz adımdan və Azərbaycan xalqı adından ən səmimi təbriklərimi yetirirəm. İnanıram ki, xalqlarımızın mənafelərinə uyğun olaraq Azərbaycan-Sloveniya əlaqələrinin inkişafı, həm ikitərəfli, həm də çoxtərəfli müstəvidə qarşılıqlı …
Read More »Qərbi Azərbaycan Ensiklopediyası hazırlanacaq…
Ötən günlərdə AMEA Rəyasət Heyətinin iclasında Qərbi Azərbaycan üzrə aparılan tədqiqatlarla bağlı bir sıra qərarlar qəbul olunub. AMEA prezidenti akademik İsa Həbibbəyli deyib ki, hazırda dövlət siyasətinin mühüm istiqamətlərindən birini etnik mənsubiyyətinə görə Ermənistan ərazisindən kütləvi şəkildə deportasiya olunmuş azərbaycanlıların ictimai-mədəni birliyinə nail olmaqla onların hüquqlarının beynəlxalq müstəvidə bərpası təşkil edir. İ.Həbibbəyli qeyd edib ki, həyata keçirilən dövlət siyasətinə uyğun …
Read More »Azərbaycan qazının Avropaya tədarük həcmləri açıqlanıb
Trans-Adriatik Qaz Boru Kəməri (TAP) vasitəsilə 2020-ci ilin dekabrın 31-dən indiyənədək ümumilikdə 24,75 milyard kubmetr təbii qaz nəql edilib. Bunu “Report”a müsahibəsində TAP-ın icraçı direktoru Luka Şippati (Luca Schieppati) deyib. “Bunun təxminən 1,1 milyard kubmetri Bolqarıstana, 2,7 milyard kubmetrdən çox həcmi Yunanıstana, 20,7 milyard kubmetrdən çoxu isə İtaliyaya göndərilib”, – deyə TAP-ın icraçı direktoru bildirib. Qeyd edək ki, Azərbaycan qazının Avropaya tədarükü Cənub Qaz Dəhlizinin tərkib hissəsi olan Trans-Adriatik …
Read More »
Boyukmillet.com Biz yanmasaq vətən yanar