Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov gələn həftə ABŞ-ın paytaxtı Vaşinqtonda Ermənistanın xarici işlər naziri Ararat Mirzoyanla görüşəcəyini təsdiqləyib. Boyukmillet.com xəbər verir ki, o, bu barədə “Röyters”ə müsahibəsində danışıb. Nazir qeyd edib ki, rəsmi Bakı və İrəvan arasında sülh danışıqlarında müəyyən irəliləyiş var. C.Bayramov bildirib ki, Azərbaycan Ermənistanla razılıq əldə olunmasında maraqlıdır.
Read More »İranın kəşfiyyat və təhlükəsizlik qurumlarının rəhbərləri etiraz aksiyalarına qarşı birgə plan hazırlayıb
İranın kəşfiyyat və təhlükəsizlik qurumlarının yüksək vəzifəli şəxsləri etiraz aksiyalarına qarşı birgə strategiya hazırlamaq üçün Məşhəd şəhərində toplantı keçiriblər. Boyukmillet.com xəbər verir ki, bu barədə “Fars” xəbər agentliyi məlumat yayıb. Bildirilib ki, İranın ali rəhbəri toplantı iştirakçılarına müraciət ünvanlayıb. Məlumata görə, yığıncaqda İran Kəşfiyyat və İnformasiya Nazirliyinin, İnqilab Keşikçiləri Qvardiyasının Kəşfiyyat idarəsinin yüksək vəzifəli rəsmiləri, habelə bir sıra təhlükəsizlik və hüquq-mühafizə …
Read More »Azərbaycan Prezidenti: “İkinci Qarabağ müharibəsində Xüsusi Təyinatlı Qüvvələr xüsusi peşəkarlıq və qəhrəmanlıq göstərib”
“İkinci Qarabağ müharibəsində Xüsusi Təyinatlı Qüvvələr xüsusi peşəkarlıq və qəhrəmanlıq göstərmişdir. Bir çox hərbi əməliyyatların keçirilməsində onların xüsusi rolu var idi”. Boyukmillet.com xəbər verir ki, bu fikirləri Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev iyunun 23-də Müdafiə Nazirliyinin komando hərbi hissələrinin birinə Döyüş bayrağının təqdim olunması mərasimində çıxışı zamanı deyib. Dövlət başçısı bildirib: “Bütün bunları və müasir döyüş əməliyyatlarını …
Read More »Azərbaycanın XİN başçısı: “Bu ilin sonunadək Ermənistanla sülh müqaviləsi imzalana bilər”
“Bu ilin sonunadək Azərbaycanla Ermənistan arasında sülh sazişinin əldə olunması mümkündür”. Boyukmillet.com xəbər verir ki, bunu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov “Röyters”ə müsahibəsində deyib. O bildirib ki, Bakı və İrəvan arasında sülh sazişinin imzalanması ilin sonundan tez də mümkündür. Nazirin sözlərinə görə, Ermənistan bunun üçün bəzi əməli addımlar atmalıdır: “Ermənistanın nəinki bəyanat vermək, hətta bəzi əməli addımlar atmaq iradəsinə sahibdirsə, …
Read More »İlham Əliyev MN-in komando hərbi hissələrinin birində yaradılan şəraitlə tanış olub, hərbi hissəyə Döyüş bayrağını təqdim edib
İyunun 23-də Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev Müdafiə Nazirliyinin (MN) komando hərbi hissələrinin birində yaradılan şəraitlə tanış olub, hərbi hissəyə Döyüş bayrağını təqdim edib. Boyukmillet.com xəbər verir ki, bu barədə Azərbaycan Prezidentinin Mətbuat xidməti məlumat yayıb.
Read More »Gədəbəyin deputatları: “Söyüdlü kəndindəki hadisənin arxasında dayananların niyyətləri gözlərində qaldı”
“Gədəbəy rayonunun Söyüdlü kəndində yaşlı qadına qarşı polisin kobud rəftarı qəbuledilməzdir. Əminəm ki, bu hərəkətə hüquqi qiymət veriləcək”. Boyukmillet.com-un xəbərinə görə, bunu Milli Məclisin Gədəbəydən seçilmiş deputatı Sevinc Hüseynova parlamentin növbədənkənar sessiyasının iyunun 23-də keçirilən plenar iclasında çıxışı zamanı deyib. O bildirib ki, hazırda rayonda hadisələrlə bağlı müvafiq araşdırmalar aparılır, ilkin məlumatlar olsa da, nəticə gözlənilməlidir: “Söyüdlü kəndində əhalinin əsas …
Read More »Ombudsmanın nümayəndələri Gədəbəydə saxlanılan şəxslərə baş çəkib, onların müraciətləri dinlənilib
Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyevanın Milli Preventiv Mexanizm fəaliyyəti çərçivəsində növbəti başçəkmə Milli Preventiv Qrupun üzvləri tərəfindən Gədəbəy Rayon Polis Şöbəsinin Müvəqqəti Saxlama Yerinə (MSY) keçirilib. Bu barədə Ombudsman Aparatından məlumat verilib. BMT-nin İşgəncə və digər qəddar, qeyri-insani və ya ləyaqəti alçaldan rəftar və ya cəza əleyhinə Konvensiyasının Fakültativ Protokolu və “Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili …
Read More »Milli Məclisin iclası başlayıb, gündəlikdə 33 məsələ var
Milli Məclisin növbədənkənar sessiyasının növbəti plenar iclası başlayıb. Boyukmillet.com xəbər verir ki, Sahibə Qafarovanın sədrliyi ilə keçirilən toplantının gündəliyinə 33 məsələnin müzakirə daxil edilib. Həmin məsələlər aşağıdakılardır: 1. Əmək Məcəlləsində dəyişiklik edilməsi haqqında qanun layihəsi (üçüncü oxunuş) 2. İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında qanun layihəsi (üçüncü oxunuş) 3. “Azərbaycan Respublikasının Mərkəzi Bankı haqqında” qanunda dəyişiklik edilməsi barədə qanun layihəsi …
Read More »DYP Qurban bayramı günlərində gücləndirilmiş iş rejimində xidmət aparacaq
Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsinin qeyri-iş günlərində xidmətin təşkili ilə bağlı əhaliyə müraciət edib. İdarədən daxil olan müraciətdə deyilir: “Qurban bayramı ilə əlaqədar qeyri-iş günlərində polis, o cümlədən Dövlət Yol Polisi gücləndirilmiş iş rejimində xidmət aparacaq. Qeyri-iş günlərində nəqliyyat vasitələri sahiblərinin və sürücülərin asudə vaxtlarının daha çox olması nəzərə alınaraq, nəqliyyat vasitələrinin texniki baxışdan keçirilməsi üçün paytaxtın …
Read More »Ukrayna ordusu Rusiyanın daha 13 raket, 44 artilleriya sistemi və 9 PUA-nı məhv edib
Ukrayna ordusu ötən sutka ərzində Rusiyanın 13 qanadlı raketini, 44 artilleriya sistemini, 9 pilotsuz uçuş aparatını (PUA) və 15 zirehli döyüş maşınını məhv edib. Boyukmillet.com xəbər verir ki, məlumatı Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı yayıb. Rusiya Ukraynanın Xmelnitski vilayətindəki hərbi aerodroma raket zərbələri endirib. Raketlərin çoxu havada vurulub. Hücum zamanı 13 “X101/X-505” qanadlı raket və bir PUA zərərsizləşdirilib.
Read More »
Boyukmillet.com Biz yanmasaq vətən yanar