Çərşənbə axşamı , 7 Aprel 2026

autor

Neftçalada yabanı halda bitmiş 12 ton çətənə kolu məhv edilib

Neftçala Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən “Xaş-xaş 2023” şərti adlı kompleks profilaktik tədbirlər planına uyğun olaraq keçirilən əməliyyat-axtarış tədbirlər nəticəsində yabanı halda bitmiş narkotik tərkibli bitkilər aşkar edilib. Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şirvan regional qrupundan  verilən məlumata görə, keçirilən tədbirlər zamanı rayonun Kürkənd kəndi ərazisində yabanı halda bitən və ümumi çəkisi 12 ton olan 6000 ədəd çətənə bitkisi kökündən …

Read More »

III Avropa Oyunları: Azərbaycan idmançıları bu gün 5 növdə çıxış edəcəklər

Polşada təşkil olunan III Avropa Oyunları davam edir. Boyukmillet.com xəbər verir ki, yarışın dördüncü günündə Azərbaycan idmançıları 5 növdə mübarizə aparacaqlar. Karate və taekvondoda 4, boksda 2, kamandan oxatmada 1 idmançı çıxış edəcək, atıcılıqda Azərbaycan yığması komanda yarışında qüvvəsini sınayacaq. Kamandan oxatma 10:45. Qadınlar: Yaylagül Ramazanova (fərdi) Karate 11:00. Qadınlar: İrina Zaretska (68 kq), Fəridə Əliyeva (+68 kq) Kişilər: Fərid …

Read More »

ABŞ-da Ulu Öndərin Amerikaya səfərləri barədə fotoalbom təqdim olunub

ABŞ-ın Vaşinqton şəhərində yerləşən nüfuzlu “Whittemore House” mədəniyyət mərkəzində Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin anadan olmasının 100 illiyi ilə əlaqədar Ulu Öndərin bu ölkəyə səfərlərinin əks olunduğu fotolardan ibarət “ABŞ Xatirələri Fotolarda” sərgisi, eyni zamanda foto albomun təqdimatı və rəsmi qəbul keçirilib. Boyukmillet.com xəbər verir ki, Azərbaycanın ABŞ-dakı Səfirliyinin təşkilatçılığı ilə keçirilən silsilə tədbirlər çərçivəsində baş tutan gecədə Dövlət …

Read More »

FIA-nın Baş Assambleyasının növbəti iclası Bakıda keçiriləcək

Beynəlxalq Avtomobil Federasiyasının (FIA) Baş Assambleyasının növbəti iclası 2023-cü il dekabrın 8-də Bakıda keçiriləcək. Boyukmillet.com  xəbər verir ki, bu barədə Beynəlxalq Avtomobil Federasiyasının saytı məlumat yayıb. Qeyd edilir ki, FIA-nın Baş Assambleyasının növbədənkənar iclası Kordova (İspaniyada) “Dəyişikliyin sürətləndirilməsi: Üzvlərə əsaslanan, Biliyə əsaslanan transformasiya” şüarı ilə keçirilib. FIA-nın üzvü olan klublar səsvermə prosesində iştirak edərək bir neçə təklifi, xüsusilə federasiyanın 2022-ci …

Read More »

XİN Ceyhun Bayramovun Britaniya parlamentində görüşlərinə dair məlumat yayıb

Xarici işlər naziri Ceyhun Bayramov Birləşmiş Krallığa işgüzar səfəri çərçivəsində Birləşmiş Krallıq Parlamentinin Lordlar və İcmalar Palatalarının bir sıra üzvləri, o cümlədən Xarici Əlaqələr Komitəsinin sədri Alisia Kerns, Parlamentin üzvü və Avropa, Şimali Amerika və Böyük Britaniyanın xarici əraziləri üzrə kölgə naziri Stefen Douti, eləcə də Azərbaycan üzrə Bütün Partiyalar üzrə Parlament Qrupunun üzvləri ilə görüşləri keçirilib. Xarici İşlər Nazirliyindən verilən …

Read More »

BMT: PKK və onun qolları Suriyada 1 200-dən çox uşağı silahlandırıb

Birləşmiş Millətlər Təşkilatı (BMT) PKK terror təşkilatı və onun Suriyadakı qolu PYD, YPG-nin 2022-ci ildə Suriyada 1 200-dən çox uşağı silahlandırdığını açıqlayıb. Boyukmillet.com-un xəbərinə görə, bu barədə BMT-nin hesabatında deyilir. Təşkilatın 2022-ci ilin yanvar-dekabr dövrü üçün hazırladığı “İllik silahlı qarşıdurmalarda uşaqlar” hesabatında PKK terror təşkilatı və onun Suriyadakı qolu YPG-nin ötən il 1 200-dən çox uşaqdan döyüşçü kimi istifadə etdiyi …

Read More »

ÜST FHN-in bu fəaliyyətini yüksək qiymətləndirdi

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) FHN-in tibb heyətinin Türkiyədə zəlzələ zonasındakı fəaliyyətini yüksək qiymətləndirib. Boyukmillet.com xəbər verir ki, FHN Tibb Xidmətinin Tibb Mərkəzinin rəis müavini baş leytenant Davud Soltanov və həkim nevropatoloqu tibb xidməti mayoru Lamiyə Köçərli iyunun 15-16-da Türkiyənin İstanbul şəhərində Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) və Türkiyə Səhiyyə Nazirliyinin birgə təşkilatçılığı ilə keçirilən fevralın 6-da qardaş ölkədə baş vermiş ağır …

Read More »

Bayramla əlaqədar bu ayın müavinət, təqaüd və sosial yardımları vaxtından əvvəl ödənilib

Dövlət Sosial Müdafiə Fondu tərəfindən Qurban bayramı ilə əlaqədar qrafikdən əvvəl iyun ayının müavinət, təqaüd və ünvanlı dövlət sosial yardımları bu gün tam ödənilib. Boyukmillet.com xəbər verir ki, bundan əvvəl, iyunun 9-da Bakı, Sumqayıt şəhərləri, Abşeron rayonu, iyunun 14-də isə bölgələr üzrə, habelə güzəştli şərtlərlə pensiya alan şəxslərin iyun ayının pensiya ödənişləri həyata keçirilib. Beləliklə, bu ay üzrə bütün pensiya, …

Read More »

Baş prokuror Laçın və Qubadlıda hərbi hissələrdə olub

İyunun 22-də Baş prokuror Kamran Əliyev Laçın və Qubadlıda Müdafiə Nazirliyi, Dövlət Sərhəd Xidməti və Daxili Qoşunlara məxsus hərbi hissələrdə olub. Boyukmillet.com xəbər verir ki, Baş prokuror əsgər və zabitlərlə görüş keçirib. K.Əliyev Prezident, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi ilə 44 günlük Vətən müharibəsində əldə edilmiş hərbi-siyasi Zəfərin əhəmiyyətindən bəhs edib. Sonra bir qrup hərbiçiyə Silahlı …

Read More »