Azərbaycan və Özbəkistan arasında siyasi məsləhətləşmələr keçirilib. Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyindən bildirilib. Bildirilib ki, iyunun 14-də Azərbaycan və Özbəkistan Xarici İşlər nazirlikləri arasında siyasi məsləhətləşmələr keçirilib. Nümayəndə heyətlərinə Azərbaycan tərəfindən xarici işlər nazirinin müavini Xələf Xələfov, Özbəkistan tərəfindən isə xarici işlər nazirinin müavini Bobur Usmanov rəhbərlik edib. Görüşdə Azərbaycan və Özbəkistan arasında münasibətlərin yüksələn xətt üzrə inkişafı və strateji …
Read More »Azərbaycan deputatları Ermənistan nümayəndə heyətinin təxribat xarakterli çıxışlarını ifşa ediblər
Azərbaycan parlamentinin deputatları Mərakeşdə “Ümumi gələcəyimiz naminə əməkdaşlıq edək” mövzusunda keçirilən Dinlərarası dialoq üzrə Parlament konfransında Ermənistan nümayəndə heyətinin təxribat xarakterli çıxışlarını arqumentli formada ifşa ediblər. Boyukmillet.com xəbər verir ki, Azərbaycan Milli Məclisinin sədrinin müavini Adil Əliyevin başçılığı ilə nümayəndə heyəti iyunun 13-15-də Parlamentlərarası İttifaq və Mərakeş Krallığı Parlamenti tərəfindən təşkil edilən Mərakeş şəhərində “Ümumi gələcəyimiz naminə əməkdaşlıq edək” mövzusunda …
Read More »Suraxanıda narkotik satan və üzərində qanunsuz silah saxlayan şəxslər saxlanılıb – VİDEO
Suraxanı Rayon Polis İdarəsinin Narkotiklərlə Mübarizə Bölməsi, eləcə də ərazi polis orqanlarının əməkdaşları tərəfindən son günlərdə Hövsan, Yeni Günəşli, Qaraçuxur, Bülbülə, Əmircan qəsəbələri və digər ərazilərdə keçirilən əməliyyatlar zamanı narkotiklərin satışı ilə məşğul olan 9 nəfər – Vüsal Məhərrəmov, Əfqan Qədimov, Nazim Əsgərov, Polad Cəfərov, Elşən İsrafilov, Şahin Mustafayev, Zahid Məmmədov, Sergey Pimenov və Elman Nəzərov saxlanılıblar. Bu barədə Daxili …
Read More »Ərdoğan Azərbaycanı təbrik edib
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan 15 iyun – Milli Qurtuluş Günü münasibətilə Azərbaycanı təbrik edib. Boyukmillet.com.xəbər verir ki, bu barədə Türkiyə dövlət başçısı tviter səhifəsində paylaşım edib. “Qardaşımız, can dostumuz, qədim yol dostumuz Azərbaycanın 15 iyun – Milli Qurtuluş Gününü ən səmimi arzularımızla təbrik edirəm. Azərbaycanlı bütün qardaşlarıma Türkiyənin salamlarını çatdırıram”, – Ərdoğan bildirib. Kardeşimiz, can dostumuz, kadim yol arkadaşımız …
Read More »Ermənistan silahlı qüvvələrinin 2 snayperi zərərsizləşdirilib
Ermənistan silahlı qüvvələrinin 2 snayperi zərərsizləşdirilib. Boyukmillet.com xəbər verir ki, bu barədə “Caliber” məlumat yayıb. Bildirilib ki, bu gün səhər saatlarında Dövlət Sərhəd Xidmətinin şəxsi heyətinə atəş açaraq hərbi qulluqçumuzu yaralamış Ermənistan ordusunun iki snayperi Azərbaycan Silahlı Qüvvələrinin keçirdikləri cavab tədbirləri nəticəsində məhv ediliblər.
Read More »Milli Qurtuluş günü ədliyyə orqanlarında geniş qeyd olunub
Müstəqillik tariximizdə ölkəmizin və xalqımızın bu günü və gələcəyi üçün müstəsna əhəmiyyət daşıyan və bu il 30-cu ildönümü qeyd olunan ümummilli lider Heydər Əliyevin ölkə rəhbərliyinə qayıdışının – Milli Qurtuluş Gününün tarixi önəmi illər ötdükcə daha aydın dərk olunur. 1993-cü il iyunun 15-də xalqın çağırışı ilə hakimiyyətə qayıdan Heydər Əliyev misilsiz fədakarlıqla milli dövlətçiliyimizi məhv olmaqdan qurtarmış və müstəqilliyimizin dönməzliyini, …
Read More »Prezident İlham Əliyev və Baş nazir Məhəmməd Şahbaz Şərif mətbuata bəyanatlarla çıxış ediblər
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Pakistan İslam Respublikasının Baş naziri Məhəmməd Şahbaz Şərif iyunun 15-də mətbuata bəyanatlarla çıxış ediblər. Boyukmillet.com xəbər verir ki, bu barədə Azərbaycan Prezidentinin Mətbuat Xidməti məlumat yayıb.
Read More »Ombudsman Ermənistanın növbəti təxribatı ilə bağlı beynəlxalq təşkilatlara çağırış edib
Azərbaycanın İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyeva Ermənistanın növbəti silahlı təxribatı ilə bağlı beynəlxalq təşkilatlara çağırış edib. Boyukmillet.com xəbər verir ki, müraciətdə deyilir: “Ermənistanın beynəlxalq humanitar hüquq normalarına zidd, regionda sülhə təhdid xarakterli Azərbaycana qarşı hərbi təxribatları hələ də davam etməkdədir. 2023-cü il iyunun 15-də saat 08:45-də Ermənistan ərazisindən Laçın dövlət sərhəd-buraxılış məntəqəsinin atəşə tutulması və nəticədə burada xidmət …
Read More »Ermənistanın təxribatı nəticəsində yaralanan hərbçinin son durumu açıqlanıb
Bu gün səhər saatlarında Ermənistanın təxribatı nəticəsində yaralanan Dövlət Sərhəd Xidmətinin (DSX) hərbi qulluqçusu, gizir Elşən Rüstəmovun son durumu açıqlanıb. Boyukmillet.com-un xəbərinə görə, Elşən Rüstəmov hərbi hospitala yerləşdirilib və vəziyyəti hazırda stabildir. Qeyd edək ki, Ermənistan silahlı qüvvələri iyunun 15-i saat 8 radələrində Azərbaycanın Laçın rayonundakı sərhəd-buraxılış məntəqəsinə müxtəlif çaplı odlu silahlardan atəş açıb. Nəticədə məntəqədə xidmət göstərən DSX-nin hərbi …
Read More »Baş Prokurorluq: “Ermənistanın Laçındakı təxribatı ilə bağlı cinayət işi başlanılıb”
Ermənistanın Laçındakı təxribatı ilə bağlı cinayət işi başlanılıb. Bu barədə Baş Prokurorluğun Mətbuat xidmətindən məlumat verilib. Bildirilib ki, iyunun 15-i saat 8 radələrində Ermənistan Respublikası hərbi qulluqçularının Ermənistan Respublikası ərazisində yerləşən mövqelərindən Azərbaycan Respublikası Laçın rayonunun ərazisində yerləşən Laçın Sərhəd Nəzarət Məntəqəsində xidmət göstərən Dövlət Sərhəd Xidmətinin hərbi qulluqçularına qarşı müxtəlif çaplı odlu silahlardan açdıqları atəşlər nəticəsində DSX-nin hərbi qulluqçusu, …
Read More »
Boyukmillet.com Biz yanmasaq vətən yanar