Çərşənbə , 8 Aprel 2026

autor

Musa Quliyev: “Heydər Əliyev xalqını ən ağır dövrlərdə fəlakətlərdən qurtardı”

“Heydər Əliyev xalqını ən ağır dövrlərdə fəlakətlərdən qurtararaq xilaskarlıq missiyasını ləyaqətlə yerinə yetirdi”. Boyukmillet.com xəbər verir ki, bunu Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev iyunun 14-də parlamentin növbədənkənar sessiyası çərçivəsində keçirilən Ulu Öndər Heydər Əliyevin 100 illiyinə həsr olunan xüsusi iclasında çıxışı zamanı deyib. Onun sözlərinə görə, Ulu Öndərin Azərbaycan tarixində və taleyində yeri və rolu tarixçilər, …

Read More »

Əli Əhmədov: “Azərbaycan BMT-nin qlobal layihəsi istiqamətində ciddi addım atan ölkələrdən biri olub”

Azərbaycan hökuməti olaraq Dayanıqlı İnkişaf Məqsədlərilə (DİM) əlaqədar BMT-nin transformasiyasını yüksək qiymətləndirir və bunun bəşəriyyətin bu günün və gələcəyi üçün əhəmiyyətini etiraf edir. Boyukmillet.com xəbər verir ki, bunu Baş nazirin müavini Əli Əhmədov bu gün Bakıda keçirilən “2030-cu ilə doğru: Azərbaycanda sosial-iqtisadi inklüzivlik” mövzusunda ikinci DİM Dialoqu zamanı deyib. O bildirib ki, 2015-ci ildən bu yana həyata keçirilən bu konsepsiyada Azərbaycan …

Read More »

Laçın Ailə Sağlamlıq Mərkəzi istifadəyə verilib

Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) tabeliyində modul tipli Laçın Ailə Sağlamlıq Mərkəzi əhalinin istifadəsinə verilib. TƏBİB-dən  bildirilib ki, ümumi sahəsi 299.50 m2 olan mərkəz 1-i 5 çarpayılı stasionar olmaqla, ümumilikdə 15 otaqdan ibarətdir. Mərkəzdə həkim otağı, tibb bacısı otağı, prosedur-sarğı otağı, peyvənd və körpə/uşaq izləmə otağı, körpə baxımı və ana südü ilə qidalanma otağı, hamiləliyə nəzarət və reproduktiv sağlamlıq …

Read More »

Niderlandda Azərbaycanla bağlı xəbər saytı fəaliyyətə başlayıb

Niderlandda bu ölkənin oxucularını Azərbaycanda baş verən hadisələr və xəbərlər haqqında məlumatlandıracaq holland dilində “karabach24.nl” xəbər saytı fəaliyyətə başlayıb. Bu barədə Azərbaycanın Haaqadakı səfirliyindən məlumat verilib. Elektron qəzet Niderland vətəndaşı olan soydaşlarımız tərəfindən yaradılıb. Burada gündəlik olaraq Azərbaycanın siyasi, iqtisadi və mədəni həyatında baş verən ən mühüm hadisələr haqqında oxuculara məlumat veriləcək. “Analitika” və “Müsahibələr” kimi xüsusi rubrikalarda azərbaycanlı və xarici …

Read More »

Azərbaycan, Türkiyə və Gürcüstan hərbçilərinin birgə komanda-qərargah təliminin planlama konfransı keçirilib

Azərbaycan, Türkiyə və Gürcüstan hərbi qulluqçularının və aidiyyəti dövlət qurumlarının nümayəndələrinin iştirak edəcəyi “Eternity-2023” kompüter dəstəkli komanda-qərargah təliminin planlama konfransı keçirilib. Bu barədə  Müdafiə Nazirliyindən məlumat verilib. Milli Müdafiə Universitetinin Hərbi İdarəetmə İnstitutunun Hərb Oyunları Mərkəzində keçirilən konfransda təlim zamanı strateji əhəmiyyətli, regional iqtisadi layihələrin mühafizəsinin təşkili üzrə icra olunacaq tapşırıqlar müzakirə edilib. Qeyd edək ki, beynəlxalq təlimin keçirilməsində əsas …

Read More »

Naxçıvan istiqamətində mövqelərimiz yenidən intensiv atəşə tutulub

Naxçıvan istiqamətində mövqelərimiz yenidən intensiv atəşə tutulub. Bu barədə Azərbaycan Müdafiə Nazirliyinin Mətbuat xidmətindən bildirilib. Belə ki, iyunun 14-ü saat 10:00-dan etibarən Ermənistan silahlı qüvvələrinin bölmələri Vedi rayonunun Arazdəyən yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərindən Azərbaycan Ordusunun Naxçıvan Muxtar Respublikasının Sədərək rayonunun Heydərabad yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərini yenidən müxtəlif çaplı silahlardan intensiv atəşə tutub. “Ordumuzun bölmələri tərəfindən cavab tədbirləri görülür. Əməliyyat …

Read More »

Rusiya Odessaya raket atıb, 3 nəfər ölüb, 13 nəfər yaralanıb

Rusiya Silahlı Qüvvələri Ukraynanın Odessa şəhərinə raket hücumları endirib. Boyukmillet.com UNIAN-a istinadən xəbər verir ki, bu barədə “Cənub” əməliyyat komandanlığı məlumat verib. Bildirilib ki, şəhərə “Kalibr” raketləri atılıb. Hücum nəticəsində ümumilikdə 3 nəfər ölüb, 13 şəxs xəsarət alıb. Bundan başqa, şəhərin mərkəzində biznes mərkəzi, təhsil müəssisəsi, yaşayış kompleksi, iaşə obyektləri və mağazalar zədələnib.

Read More »

Türkiyəli ekspert: “Ərdoğanın yenidən prezident kimi ilk səfərini Azərbaycana etməsi dünyaya verilən güclü ismarışdır”

“Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın yenidən prezident seçildikdən sonra səfər etdiyi iki ölkədən birinin Azərbaycan olması bütün dünyaya verdiyi güclü ismarışdır”. Bunu “Report”un Ankara bürosuna açıqlamasında Türkiyə Strateji Düşüncə İnstitutunun (SDİ) rəhbəri, ehtiyatda olan general-mayor, dosent Güray Alpar bildirib. Türkiyə və Azərbaycanın beynəlxalq aləmdə birgə hərəkət etdiklərini vurğulayan SDİ rəhbəri deyib ki, Ərdoğanı müşayiət edən heyətin tərkibi də bir çox …

Read More »

Bu il Qarabağa və Şərqi Zəngəzura qayıdacaq ailələrin sayı açıqlanıb

Bu ilin sonunadək ümumilikdə 2 minə yaxın məcburi köçkün ailəsinin, yəni 10 minə yaxın keçmiş məcburi köçkünün Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında öz doğma el-obalarına qayıdışı və daimi məskunlaşdırılması nəzərdə tutulub. Boyukmillet.com xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi sədrinin müavini Fuad Hüseynov deyib. Onun sözlərinə görə, Laçın şəhərinə 700-dək ailənin, Laçın …

Read More »

Laçına növbəti köç başlayıb

Laçın rayonundan olan keçmiş məcburi köçkünlərin növbəti qrupunun öz dədə-baba yurduna köçürülməsinə başlanılıb. Boyukmillet.com xəbər verir ki, rayona 22 ailə, ümumilikdə 72 nəfər yola salınıb. Laçınlı İradə Hüseynova 30 ildir ki, məcburi köçkün həyatı yaşadığını diqqətə çatdırıb. Onun sözlərinə görə, köçkünlük həyatını böyük kədər hissi ilə xatırlayır: “Laçına qayıtmağıma görə həm sevinirəm, həm də kədərlənirəm. Biz neçə ildir bu günü gözləyirdik. …

Read More »