Bu gün Türkiyənin İstanbul şəhərində Türkiyə, Almaniya, Böyük Britaniya, İtaliya, İspaniya, Fransa, Avropa İttifaqı və BMT-nin yüksək vəzifəli şəxslərinin regional məsələlər üzrə müşavirəsi olacaq. Boyukmillet.com xarici KİV-ə istinadla xəbər verir ki, Türkiyəni bu tədbirdə xarici işlər nazirinin müavini Burak Çapar təmsil edəcək. Məlumata görə, toplantıda regional və qlobal problemlərə dair məsələlərin müzakirəsi gözlənilir. Digər iştirakçıların adları və vəzifələri açıqlanmayıb.
Read More »DYP “Əziz Şuşa” velosiped turnirinin III mərhələsi ilə bağlı sürücülərə müraciət edib
Baş Dövlət Yol Polisi İdarəsi “Əziz Şuşa” beynəlxalq velosiped turnirinin üçüncü mərhələsi ilə əlaqədar sürücülərə müraciət edib. İdarədən daxil olan müraciətdə deyilir: “Əziz Şuşa” beynəlxalq velosiped turnirinin növbəti mərhələsinə bu gün Qəbələ rayonundan start veriləcək. Azərbaycan Velosiped Federasiyasının təşkilatçılığı ilə keçirilən yarışın üçüncü mərhələsində velosipedçilər Qəbələ-Ağdaş-Xaldan-Mingəçevir marşrut xətti üzrə və Bakı-Qazax avtomobil yolu ilə hərəkət edərək yarışın növbəti mərhələsini Gəncə …
Read More »Ağcabədidə çətənə bitkisinin kultivasiyası ilə məşğul olan şəxs saxlanılıb
Ağcabədidə çətənə bitkisinin kultivasiyası ilə məşğul olan şəxs saxlanılıb. Bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Bərdə regional qrupundan məlumat verilib. Bildirilib ki, Ağcabədi Rayon Polis Şöbəsinin (RPŞ) əməkdaşlarına daxil olmuş əməliyyat məlumatı əsasında keçirilən tədbir nəticəsində rayon sakini Səxavət Əliyevin narkotik tərkibli bitkilərin kultivasıyası ilə məşğul olduğu müəyyən edilib. Onun rayonun Poladlı kəndində yaşadığı ünvana baxış keçirilən zaman həyətyanı …
Read More »Ukrayna hərbi kəşfiyyatının sözçüsü ordunun Krıma daxil olacağı vaxtla bağlı açıqlama verib
Ukrayna ordusu Krıma daxil olanda hələ isti mövsüm olacaq. Boyukmillet.com xəbər verir ki, bu barədə Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsinin (BKİ) sözçüsü Andriy Yusov “Ukrainska pravda”ya müsahibəsində proqnoz verib. Jurnalist həmsöhbətindən Baş Kəşfiyyat İdarəsinin rəisi Kirill Budanovun “Ukrayna Silahlı Qüvvələrinin Krıma 2023-cü ilin yazının sonuna kimi daxil olacağı” barədə təkrarlanan sözlərinə münasibət bildirməsini istəyib. “Biz ssenarilərdən danışırıq və aydındır ki, ssenarilər fərqli …
Read More »Hacıqabulda narkotik vasitələrin dövriyyəsi ilə məşğul olan altı nəfər saxlanılıb
Hacıqabul Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan altı nəfər saxlanılıb. Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şirvan regional qrupundan verilən məlumata görə, şöbə əməkdaşlarının keçirdikləri tədbirlərlə narkotiklərin qanunsuz dövriyyəsi ilə məşğul olmaqda şübhəli bilinən rayonun Nəvahi qəsəbə sakinləri Rafiq Məmmədov və Məmmədəli Gözəlov saxlanılıblar. Həmin şəxslərin üzərinə keçirilən baxış zamanı R.Məmmədovdan …
Read More »Salyanda narkotik vasitələrin satışı ilə məşğul olan iki nəfər saxlanılıb
Salyanda narkotik vasitələrin satışı ilə məşğul olan iki nəfər saxlanılıb. DİN-in Mətbuat Xidmətinin Şirvan regional qrupundan verilən məlumata görə, Salyan Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat tədbirləri nəticəsində rayon ərazisində narkotik vasitələrin və psixotrop maddələrin satışı ilə məşğul olmaqda şübhəli bilinən rayon sakinləri Habil Məcidov və Əfqan İlyasov saxlanılıblar. Həmin şəxslərin üzərinə keçirilən baxış zamanı narkotik maddə olan heroin aşkarlanıb. …
Read More »Ceyhun Bayramov iranlı həmkarı ilə bəzi mövcud problemləri müzakirə edib
Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov ilə İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahian arasında telefon danışığı baş tutub. Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyindən məlumat verilib. Telefon danışığı zamanı Azərbaycanla İran arasında münasibətlərin cari vəziyyəti, bəzi mövcud problemlər və onların həlli məsələləri müzakirə edilib. Qeyd edilən istiqamətlərdə iki ölkənin aidiyyəti qurumları arasında danışıqların və qarşılıqlı təmasların davam etdirilməsinə dair …
Read More »Ulu Öndər Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş mədəni-kütləvi tədbir keçirilib
Bu gün Azərbaycan Respublikası Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi Bakıda Beynəlxalq Muğam Mərkəzində Ulu Öndər Heydər Əliyevin 100 illik yubileyi münasibətilə “Böyük Qayıdış: çadır düşərgələrindən başlayan yol” adlı mədəni-kütləvi tədbir keçirib. Boyukmillet.com xəbər verir ki, tədbir iştirakçıları əvvəlcə Ulu Öndərin 1993-2003-cü illərdə qaçqınlar və məcburi köçkünlərlə görüşlərini, didərginlik məhrumiyyətləri ilə üzləşmiş insanlara qayğısını, onların müvəqqəti məskunlaşdıqları yerlərə xarici …
Read More »Azərbaycanda taksi fəaliyyəti, sərnişindaşıma və yükdaşıma ilə bağlı yeni qaydalar müəyyən ediləcək – EKSKLÜZİV
Azərbaycanda taksi fəaliyyəti, sərnişindaşıma və yükdaşıma ilə bağlı yeni qaydalar müəyyənləşəcək. Boyukmillet.com xəbər verir ki, bununla bağlı Milli Məclisə “Avtomobil nəqliyyatı haqqında”, “Yol hərəkəti haqqında”, “Dövlət rüsumu haqqında” qanunlara və Vergi Məcəlləsinə dəyişikliklər layihəsi daxil olub. Dəyişiklik layihələri parlamentin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iyunun 12-də keçiriləcək iclasında müzakirə olunacaq. Qanunlara və Məcəlləyə dəyişikliklərlə taksi fəaliyyəti, sərnişindaşıma və yükdaşıma …
Read More »Ayxan Hacızadə: “Azərbaycan və Ermənistan XİN rəhbərlərinin görüşünün dəqiq tarixinin müəyyənləşdirilməsi istiqamətində iş aparılır”
“Azərbaycan və Ermənistan xarici işlər nazirləri Ceyhun Bayramov və Ararat Mirzoyanın növbəti görüşünün dəqiq tarixinin müəyyənləşdirilməsi istiqamətində iş aparılır”. Bunu “Report”a açıqlamasında Azərbaycan Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsinin rəisi Ayxan Hacızadə Azərbaycan və Ermənistan XİN rəhbərlərinin görüşünün təxirə salınmasını şərh edərkən deyib. “Ümid edirik ki, bu görüş yaxın vaxtlarda baş tutacaq”, – o əlavə edib. A.Hacızadə qeyd edib ki, bir qayda olaraq, …
Read More »
Boyukmillet.com Biz yanmasaq vətən yanar