Çərşənbə , 8 Aprel 2026

autor

Dövlət Komitəsinin nümayəndələri “N” hərbi hissəsində olub

Müdafiə naziri general-polkovnik Zakir Həsənovun tapşırığına əsasən, Azərbaycan Ordusunda milli-mənəvi dəyərlərimizin təbliği, hərbi qulluqçulara vətənpərvərlik hissinin aşılanması məqsədilə həyata keçirilən tədbirlər davam edir. Bu barədə Müdafiə Nazirliyindən məlumat verilib. Şəxsi Heyət Baş İdarəsinin İdeoloji İş və Mənəvi-Psixoloji Təminat İdarəsinin, eləcə də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin nümayəndələri “N” hərbi hissəsində olub, hərbi qulluqçularla görüşüblər. Tədbirlər çərçivəsində hərbi xidmətə yeni çağırılan …

Read More »

MDB ölkələrinin Sərhəd Qoşunları Komandanları Şurasının Bakıda keçirilən iclasının yekunları üzrə 19 sənəd imzalanıb

Müstəqil Dövlətlər Birliyinin (MDB) Sərhəd Qoşunları Komandanları Şurasının Bakıda keçirilən 86-cı iclasının yekunları üzrə 19 sənəd imzalanıb. Boyukmillet.com xəbər verir ki, bu barədə Sərhəd Qoşunları Komandanları Şurası sədrinin müavini – Koordinasiya Xidmətinin sədri general-polkovnik Aleksandr Manilov jurnalistlərə açıqlamasında bildirib. “Bugünkü iclasın yekunlarına əsasən, MDB Sərhəd Xidmətləri Şurasının gələcək fəaliyyətini və işini tənzimləyən 19 sənəd imzalanıb”, – o deyib. A.Manilov qeyd …

Read More »

Elçin Quliyev: “Son illər sərhəd təhlükəsizliyi ilə bağlı təhdidlərin müəyyən transformasiyasını müşahidə edirik”

“Son illər biz sərhəd təhlükəsizliyi ilə bağlı təhdidlərin müəyyən transformasiyasını, transsərhəd cinayətinin yeni növ və formalarının meydana çıxmasını, coğrafiyasının genişlənməsini müşahidə edirik”. Boyukmillet.com xəbər verir ki, bunu Azərbaycan Dövlət Sərhəd Xidmətinin rəisi general-polkovnik Elçin Quliyev Bakıda keçirilən Müstəqil Dövlətlər Birliyinin (MDB) Sərhəd Qoşunlarının Komandanları Şurasının (SQKŞ) 86-cı iclasında deyib. Onun sözlərinə görə, bu, öz növbəsində, sərhəd təhlükəsizliyinin təmin edilməsi üçün …

Read More »

İran səhiyyəsinin ümidinə qalan vətəndaşlarımızın başına gətirilən DƏHŞƏT

Fars-Molla rejiminin Azərbaycanın Güneyindəki yer adlarını dəyişdirdiyi, farslaşdırdığı, eybəcərləşdirdiyi bilinən faktdır; bugünlərdə eşitdim təzə bir “gül vurub”lar: Xəzər üçün “Dəryayi-Mazandaran” adının qəbul edilmədiyini görüb, “Xəzər dənizi”ni də türkcə olduğu üçün özləri qəbul etmədiyi üçün, rəsmi literaturda “Dəryayi-Kaspian” adlandırıblar. Deyirəm, sizi dəniz dovşanı yesin görüm. İndi öz ağıllarınca, gediş ediblər amma “Kas”, “Qaz”, “Xəz” köklərinin eyni anlamlı olduğunu qanmayıblar qaliba. “An” …

Read More »

BQXK nümayəndələri Azərbaycanda saxlanılan iki Ermənistan vətəndaşına baş çəkiblər

İyunun 7-də Beynəlxalq Qızıl Xaç Komitəsi (BQXK) nümayəndələri bu yaxınlarda (mayın 26-da) Azərbaycanda saxlanılan iki Ermənistan vətəndaşına baş çəkiblər. Bu barədə komitənin Bakı nümayəndəliyinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri İlahə Hüseynova “Report”un sorğusuna cavab olaraq bildirib. “Onlarla təkbətək görüş keçirilib və ailələri ilə Qızıl Xaç Məktubu vasitəsilə əlaqə yaratmaq imkanı verilib. Mandatına uyğun olaraq, BQXK başçəkmələr zamanı saxlanılan şəxslərlə rəftarı və saxlanma …

Read More »

Bakıda MDB-nin Sərhəd Qoşunlarının Komandanları Şurasının iclası keçirilir

Bakıda Müstəqil Dövlətlər Birliyinin (MDB) Sərhəd Qoşunlarının Komandanları Şurasının (SQKŞ) 86-cı iclası keçirilir. Boyukmillet.com xəbər verir ki, tədbirdə Azərbaycanla yanaşı, Rusiya, Belarus, Qazaxıstan, Qırğız Respublikası, Özbəkistan, Tacikistan, Türkmənistan və Ermənistanın sərhəd xidmətləri, MDB-nin İcraiyyə Komitəsi, MDB-nin Antiterror Mərkəzi və Birliyin digər institutlarının nümayəndələri iştirak edirlər. Tədbirdə MDB iştirakçısı olan dövlətlərin xarici sərhədlərində vəziyyət və onun inkişaf tendensiyaları, MDB üzv dövlətlərinin …

Read More »

Azərbaycan QHT-ləri Ermənistanın Arazdəyəndə yeni ekoloji fəlakətə yol açacaq layihəsi əleyhinə bəyanat yayıblar

Azərbaycanda fəaliyyət göstərən qeyri-hökumət təşkilatları (QHT) Ermənistanın Arazdəyəndə yeni ekoloji fəlakətə yol açacaq layihəsi əleyhinə bəyanat yayıblar. Boyukmillet.com xəbər verir ki, bəyanatda deyilir: “Ermənistan mətbuatında yayılan məlumatlara əsasən, Ermənistan Azərbaycanın Naxçıvan Muxtar Respublikası ilə həmsərhəd bölgəsində – Arazdəyəndə iri metallurgiya zavodunu inşa etməyə hazırlaşır. Tikintiyə 70 milyon dollar ABŞ sərmayəsi yatırılacaq, zavodun hündürlüyü 30 m, sahəsi 16 500 kvadratmetr olacaq. …

Read More »

Hakan Fidanla Antoni Blinken Azərbaycan-Ermənistan normallaşma prosesini müzakirə edib

Türkiyənin xarici işlər naziri Hakan Fidanla ABŞ-ın dövlət katibi Antoni Blinken arasında telefonla danışığı olub. Boyukmillet.com xəbər verir ki, bu barədə “TRTHaber” məlumat yayıb. Bildirilib ki, Antoni Blinken onu yeni vəzifəyə təyin edilməsi ilə əlaqədar təbrik edib. Məlumata görə, tərəflər İsveçin NATO-ya üzvlüyü, Türkiyə-Ermənistan və Azərbaycan-Ermənistan arasında normallaşma prosesləri, F-16-ların alınması, modernləşdirilməsi və Ukraynanın taxıl sazişinə dair məsələləri müzakirə ediblər. …

Read More »

Rusiya Ermənistanı tərk etdi – Rott

Rusiya rejimi, rus hökuməti Ermənistanı tərk etdi. Boyukmillet.com xəbər verir ki, bunu Almaniya Bundestaqının Beynəlxalq əlaqələr komissiyasının sədri Mixael Rott İrəvandakı çıxışında deyib. Rusların AB-nin Ermənistandakı missiyasının Rusiyanı bu ölkədən çıxarmaq olduğu ilə bağlı açıqlamalarına cavab verən Rott bildirib ki, Rusiya xarici işlər naziri özünün sonsuz imperialist xarici siyasətini davam etdirir və Kremlin təbliğatını yayır. Onun sözlərinə görə, AB missiyası …

Read More »

“Azdrama”ya qarşı dələduzluq edilib, zərərçəkənlər var

Akademik Milli Dram Teatrına (“Azdrama”) qarşı dələduzluq edilib, zərərçəkənlər var. Boyukmillet.com xəbər verir ki, bu barədə teatrın yaydığı müraciətdə qeyd edilib. Bildirilib ki, beynəlxalq kibercinayətkar qrup saxta yolla yaratdığı https://theatre-azdram.com/azb/events domenli sayt vasitəsi ilə onlayn şəkildə insanlara tamaşa biletləri təklif edir: “Saytın domenində olan “azdram” sözü insanlarda çaşqınlıq yaradır ki, guya tamaşalar qeyd olunan tarixdə Akademik Milli Dram Teatrında oynanılacaq. 50 …

Read More »