İyun ayının 6-da saat 23:20-də Dövlət Sərhəd Xidmətinin (DSX) Sərhəd Qoşunlarının “Naxçıvan” əlahiddə sərhəd diviziyasının Ordubad rayonunun Kotam kəndi yaxınlığında yerləşən sərhəd zastavasının xidməti ərazisində sərhəd naryadının sayıqlığı nəticəsində narkotik vasitələrin qaçaqmalçılıq yolu ilə İrandan Azərbaycana keçirilməsinin qarşısı alınıb. Bu barədə DSX-nin Mətbuat Mərkəzindən məlumat verilib. Bildirilib ki, ümumi çəkisi 31 kiloqram narkotik vasitə aşkar olunaraq götürülüb. Fakt üzrə əməliyyat-istintaq …
Read More »İsmail Serageldin: “Azərbaycan işğaldan azad edilmiş ərazilərin bərpasına böyük sərmayə yatırır”
“Azərbaycan hökuməti işğaldan azad edilmiş ərazilərin bərpasına böyük sərmayə yatırır”. Boyukmillet.com xəbər verir ki, bunu Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin həmsədri İsmail Serageldin Şuşada “Yenidənqurma, sülh və inteqrasiya: Enerji, iqtisadiyyat, ətraf mühit və bərabərlik” mövzusunda keçirilən beynəlxalq tədbirdə deyib. Üçüncü dəfədir Qarabağa səfər etdiyini xatırladan həmsədr bu ərazilərin operativ şəkildə bərpa edildiyini görməkdən şad olduğunu söyləyib. O, Qarabağın gələcəyinin və burada …
Read More »FHN qeyri-sabit hava şəraiti ilə əlaqədar əhaliyə növbəti dəfə müraciət edib
Fövqəladə Hallar Nazirliyi (FHN) davam edən qeyri-sabit hava şəraiti ilə əlaqədar əhaliyə növbəti dəfə müraciət edib. FHN-in Mətbuat Xidmətindən daxil olan müraciətdə deyilir: “Son günlər ölkə ərazisində müşahidə edilən qeyri-sabit, yağıntılı və küləkli hava şəraitinin yaxın günlər ərzində davam edəcəyini nəzərə alaraq, Fövqəladə Hallar Nazirliyi əhaliyə bir daha müraciət edərək müvafiq təhlükəsizlik qaydalarına ciddi riayət edilməsinə çağırır. Belə ki, yağıntılarla …
Read More »III Avropa Oyunları dünyanın 50 ölkəsində yayımlanacaq
Polşada keçiriləcək III Avropa Oyunları dünyanın 50 ölkəsində canlı yayımlanacaq. Boyukmillet.com xəbər verir ki, bu barədə yarışın rəsmi saytı məlumat yayıb. Siyahıda Avropa ilə yanaşı, Cənubi və Mərkəzi Amerika ölkələri də yer alıb. Danışıqlar davam etdiyi üçün sayın artacağı da gözlənilir. Qeyd edək ki, Avropa Oyunları bu il iyunun 21-dən iyulun 2-dək təşkil olunacaq. Yarışda 48 ölkədən 7000-dək idmançı iştirak edəcək.
Read More »Leysan yağıb, çaylardan sel keçib – FAKTİKİ HAVA
Ölkə ərazisində qeyri-sabit hava şəraiti davam edib, ayrı-ayrı yerlərdə şimşək çaxıb, arabir leysan xarakterli yağış yağıb. Bu barədə Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Bildirilib ki, Balakən-Şəki zonasının bəzi yerlərində intensiv və güclü olub. Yağan leysan yağışlar nəticəsində İsmayıllı rayonu ərazisindən keçən Göyçay çayından, Oğuz rayonundan keçən Əyriçaydan, Zaqatala rayonu ərazisindən keçən Muxax çayı və Talaçaydan, Qax rayonundan keçən Kürmükçaydan, Qəbələ rayonundan …
Read More »Şuşada beynəlxalq tədbir başlayıb
Şuşada “Yenidənqurma, sülh və inteqrasiya: Enerji, iqtisadiyyat, ətraf mühit və bərabərlik” mövzusunda beynəlxalq tədbir işə başlayıb. Boyukmillet.com xəbər verir ki, tədbirdə 30-a yaxın sabiq dövlət və hökumət başçısı iştirak edir. Mərasimin açılışında Nizami Gəncəvi Beynəlxalq Mərkəzi tərəfindən Azərbaycanın işğaldan azad edilmiş torpaqlarının bərpası prosesindən bəhs edən videoçarx təqdim olunub.
Read More »Moldovanın Baş naziri Türkiyə ilə əməkdaşlığı genişləndirməyə çağırıb
Moldovanın Baş naziri Dorin Reçan rəsmi Kişinyov və Ankara arasında dərin əməkdaşlığa çağırıb. Boyukmillet.com xəbər verir ki, bu barədə Moldova Baş nazirinin mətbuat xidməti məlumat yayıb. Reçanın sözlərinə görə, Moldova və Türkiyə strateji tərəfdaşlığı inkişaf etdirir və hər iki ölkə ikitərəfli münasibətləri, xüsusilə qarşılıqlı ticarət, iqtisadi və investisiya potensialını dərinləşdirmək niyyətlərini çatdırıblar. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın andiçmə mərasiminə səlahiyyətləri …
Read More »Bu gün “Əziz Şuşa” beynəlxalq velosiped yarışı start götürəcək
Azərbaycan Velosiped Federasiyasının (AVF) Gənclər və İdman Nazirliyi ilə birgə təşkil etdiyi Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100 illik yubileyinə həsr olunmuş “Əziz Şuşa” beynəlxalq velosiped yarışı bu gün başlayacaq. Boyukmillet.com-un məlumatına görə, Beynəlxalq Velosipedçilər İttifaqının (UCI) 2023-cü il üçün müəyyənləşdirdiyi təqvim planına daxil edilən 2.2 kateqoriyalı 5 mərhələli turnirə Veloparkda start veriləcək. İlk mərhələdə velosipedçilər 150 km məsafə …
Read More »MN: “Qanunsuz erməni silahlılarının fortifikasiya qurğuları quraşdırmasının qarşısı alınıb”
Qeyri-qanuni erməni silahlı dəstələrinin üzvləri Ordumuzun Şuşa, Xocavənd və Ağdam rayonları istiqamətlərində yerləşən mövqelərinin qarşısında uzunmüddətli fortifikasiya qurğularını quraşdırmağa cəhd göstəriblər. Bu barədə Müdafiə Nazirliyindən məlumat verilib. Azərbaycan Ordusunun bölmələri tərəfindən görülən təxirəsalınmaz tədbirlər nəticəsində aparılan işlər dərhal dayandırılıb.
Read More »Milli Məclisin növbədənkənar sessiyasının iclasının gündəliyi açıqlanıb
Milli Məclisin növbədənkənar sessiyasının iyunun 9-da keçiriləcək növbəti iclasının gündəliyi açıqlanıb. Boyukmillet.com-un məlumatına görə, gündəliyə 41 məsələ daxil edilib. Bunlar aşağıdakılardır: 1. “Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkili (ombudsman) haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikasının Konstitusiya Qanunu (ikinci səsvermə). 2. “Azərbaycan Respublikası Hökuməti ilə Bosniya və Herseqovinanın Nazirlər Şurası arasında təbii və digər fəlakətlərdən mühafizə sahəsində əməkdaşlıq …
Read More »
Boyukmillet.com Biz yanmasaq vətən yanar