İyunun 5-i saat 22:50-dən iyunun 6-sı saat 04:40-dək Ermənistan silahlı qüvvələrinin bölmələri İstisu, Basarkeçər rayonunun Göysu yaşayış məntəqələri istiqamətlərində yerləşən mövqelərindən Azərbaycan Ordusunun Kəlbəcər rayonunun İstisu, Gədəbəy rayonunun Qalakənd yaşayış məntəqələrində yerləşən mövqelərini müxtəlif çaplı atıcı silahlardan bir neçə dəfə atəşə tutub. Bu barədə Müdafiə Nazirliyindən məlumat verilib. Azərbaycan Ordusunun bölmələri tərəfindən qeyd olunan bütün istiqamətlərdə adekvat cavab tədbirləri görülüb. …
Read More »Blinken: ABŞ İranın nüvə silahını əldə etməsinin qarşısını almaq üçün bütün addımları atır
Amerika Birləşmiş Ştatları İranın bütün Yaxın Şərq regionunun təhlükəsizliyini təhdid edən nüvə silahı əldə etməsinin qarşısını almaq üçün bütün mümkün addımları atmağa davam etməyə hazırdır. Boyukmillet.com xəbər verir ki, bunu ABŞ-nin dövlət katibi Entoni Blinken çıxışında bildirib. Blinken Amerika İsrail İctimai Əlaqələr Komitəsinin (AIPAC) tədbirində çıxışı zamanı deyib ki, Tehran müntəzəm olaraq israilliləri yer üzündən silməklə hədələyir. Onun sözlərinə görə, ABŞ-nin İsraili …
Read More »Azərbaycan və Əlcəzairin Fransadakı səfirləri arasında görüş olub
Əlcəzairin Fransadakı səfiri Səid Mussi azərbaycanlı həmkarı Leyla Abdullayevanı qəbul edib. Boyukmillet.com xəbər verir ki, bu barədə Əlcəzair səfirliyi tviterdə məlumat yayıb. “Bu həm də ölkələrimiz arasında qardaşlıq, həmrəylik və əməkdaşlıq əlaqələrini alqışlamaq üçün bir fürsətdir”, – Əlcəzairin diplomatik nümayəndəliyi sosial şəbəkədə qeyd edib.
Read More »SSRİ və Rusiyanın xeyrinə casusluq edən FTB-nin eks-əməkdaşı vəfat edib
Federal Təhqiqatlar Bürosunun keçmiş əməkdaşı Robert Hanssen 79 yaşında ABŞ həbsxanasında vəfat edib. Boyukmillet.com xəbər verir ki, bu barədə CBS telekanalı Həbsxanalar Bürosunun ictimaiyyətlə əlaqələr üzrə direktoru Kristi Breşersə istinadən məlumat yayıb. “Personal təcili yardım üçün müraciət edib. Sonradan məhbusun öldüyü elan edilib”, – Breşers qeyd edib. Qeyd edək ki, Robert Hanssen 2001-ci il fevralın 20-də həbs edilib. 1985-ci ildən …
Read More »Türkiyənin Müdafiə Sənayesi İdarəsinin yeni sədri məlum olub
ASELSAN İdarə Heyətinin sədri Haluk Görgün Müdafiə Sənayesi İdarəsinin sədri təyin edilib. Boyukmillet.com xəbər verir ki, bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan müvafiq sənəd imzalayıb.
Read More »Sərxoşluq vəziyyətinin müəyyən edilməsi üçün tibbi müayinədən imtinaya görə cərimə artırılır
Sərxoşluq vəziyyətinin müəyyən edilməsi üçün tibbi müayinədən imtinaya görə cərimə artırılır. Boyukmillet.com xəbər verir ki, bu İnzibati Xətalar Məcəlləsinə dəyişiklik layihəsində əksini tapıb. Məcəllənin mövcud variantında qeyd edilib ki, 333.2 və 333.3-cü maddələrdə nəzərdə tutulmuş hallarda sərxoşluq vəziyyətinin müəyyən edilməsi üçün tibbi müayinəyə aparılmış nəqliyyat vasitəsini idarə etmək hüququ olan şəxsin tibbi müayinədən imtina etməsinə görə nəqliyyat vasitəsini idarə etmək …
Read More »ABŞ Rusiyaya qarşı sanksiyaları genişləndirib
ABŞ Rusiyaya qarşı sanksiyaları genişləndirib. Bu barədə Boyukmillet.com TASS-a istinadən xəbər verir. Bildirilib ki, ABŞ Maliyyə Nazirliyi 7 rusiyalı fiziki və 1 hüquqi şəxsə qarşı sanksiyalar tətbiq edib.
Read More »Azərbaycanda avtomobilləri narkotik vasitələrin təsiri altında sürənlərlə bağlı yeni cəzalar tətbiq ediləcək – SİYAHI
Azərbaycanda nəqliyyat vasitəsini idarə etmək hüququ olan şəxs tərəfindən nəqliyyat vasitəsinin narkotik vasitələrdən, psixotrop maddələrdən və ya güclü təsir edən digər maddələrdən istifadə olunması nəticəsində sərxoş vəziyyətdə idarə edilməsinə görə altı yüz manat məbləğində cərimə və ya nəqliyyat vasitəsini idarə etmək hüququ altı aydan bir ilədək müddətə məhdudlaşdırılma cəzası nəzərdə tutulur. Boyukmillet.com-un xəbərinə görə, bununla bağlı İnzibаti Хətаlаr Məcəlləsində dəyişiklik …
Read More »Ceyhun Bayramov həmməruzəçilərlə Azərbaycan-Ermənistan normallaşma prosesini müzakirə edib
5 iyun tarixində xarici işlər naziri Ceyhun Bayramov Avropa Şurası Parlament Assambleyasının (AŞ PA) Monitorinq Komitəsinin həmməruzəçiləri Yan Lidel-Qreynger və Liz Kristofersen ilə Azərbaycan-Ermənistan münasibətlərinin normallaşma prosesini müzakirə edib. Xarici İşlər Nazirliyindən verilən məlumata görə, görüşdə tərəflər arasında Azərbaycan və AŞPA əməkdaşlıq gündəliyində duran məsələlər, gələcək perspektivlər, o cümlədən regionda mövcud cari vəziyyət və AŞPA-nın Azərbaycan-Ermənistan arasında normallaşma prosesinə mümkün …
Read More »Azərbaycan NATO Hərbi Komitəsinin enerji təhlükəsizliyi iclasında iştirak edib
İyunun 5-də NATO-nun Brüsseldə yerləşən mənzil-qərargahında Alyansın ən yüksək hərbi strukturu olan Hərbi Komitə çərçivəsində ilk dəfə olaraq enerji təhlükəsizliyi üzrə tərəfdaşlarla birgə genişləndirilmiş formatda görüş keçirilib. Bu barədə Azərbaycanın NATO yanında nümayəndəliyindən məlumat verilib. Bildirilib ki, komitə iclasında ölkəmizi təmsil edən Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin İdarə Heyətinin üzvü, fəlsəfə doktoru Esmira Cəfərova Azərbaycanın uğurlu enerji siyasəti, habelə qlobal və …
Read More »
Boyukmillet.com Biz yanmasaq vətən yanar