İyunun 1-i saat 09:10-da Ermənistan silahlı qüvvələrinin bölmələri Tovuzqala rayonunun Çinarlı yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərindən Azərbaycan Ordusunun Tovuz rayonunun Əsrik Cırdaxan yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərini atıcı silahlardan atəşə tutub. Bu barədə Müdafiə Nazirliyindən məlumat verilib. Saat 10:00 radələrində isə Rusiya sülhməramlılarının müvəqqəti yerləşdiyi Azərbaycan ərazisindəki qeyri-qanuni erməni silahlı dəstələrinin üzvləri tərəfindən Azərbaycan Ordusunun Şuşa rayonu istiqamətində yerləşən mövqeləri …
Read More »Türkiyədə prezident seçkilərinin yekun nəticələri açıqlanıb
Türkiyədə prezident seçkilərinin yekun nəticələri açıqlanıb. Boyukmillet.com xəbər verir ki, bu barədə Türkiyənin Mərkəzi Seçki Komissiyasından bildirilib.Qeyd olunub ki, “Cümhur İttifaqı”ndan prezidentliyə namizəd, hakim Ədalət və İnkişaf Partiyasının (AK Parti) sədri Rəcəb Tayyib Ərdoğan 52,18 faiz səslə qalib gəlib.“Millət İttifaqı”ndan prezidentliyə namizəd, Cümhuriyyət Xalq Partiyasının (CHP) sədri Kamal Kılıçdaroğlu isə 47,81 faiz səs toplayıb.
Read More »Qordon Birrel: “BP Azərbaycanda yeni əhəmiyyətli qaz ehtiyatlarının aşkar olunmasını gözləyir”
BP şirkəti Azərbaycanda yeni əhəmiyyətli qaz ehtiyatlarının aşkar olunmasını gözləyir. Boyukmillet-com-un məlumatına görə, bunu BP-nin hasilat və əməliyyatlar üzrə icraçı vitse-prezidenti Qordon Birrel bu gün işinə başlayan Bakı Enerji Forumunun birinci günündə çıxışı zamanı bildirib. Onun sözlərinə görə, hazırda Xəzərin Azərbaycan sektorunda yerləşən “Azəri-Çıraq-Günəşli” neft-qaz yataqları blokunun hasilatda olan laylarının altında yerləşən dərin qatlardakı qaz ehtiyatlarının qiymətləndirilməsi aparılır. Q. Birrel …
Read More »Azərbaycanla Rusiya arasında siyasi məsləhətləşmələr keçirilib
Mayın 31-də Moskva şəhərində Azərbaycan ilə Rusiya arasında ikitərəfli siyasi məsləhətləşmələr keçirilib. Boyukmillet.com xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyindən bildirilib. Məsləhətləşmələrdə Azərbaycan tərəfini Azərbaycan xarici işlər nazirinin müavini Xələf Xələfov, Rusiya tərəfini isə Rusiya xarici işlər nazirinin müavini Mixail Qaluzin təmsil edib.Məsləhətləşmələr zamanı Azərbaycan-Rusiya münasibətlərinin ikitərəfli gündəliyində olan siyasi, iqtisadi, humanitar və digər aktual mövzular, müqavilə-hüquq bazasının …
Read More »Müdafiə naziri qanunsuz erməni silahlılarının təxribatlarının qarşısının dərhal alınması barədə tapşırıq verib
2023-cü ilin hazırlıq planına əsasən, Azərbaycan Ordusunun Əməliyyat (Komando), motoatıcı, mexanikləşdirilmiş bölmələrinin komandirləri və onların müavinləri ilə Hərbi İdarəetmə İnstitutunun Hərb Oyunları Mərkəzində keçirilən təlim-metodiki toplanışda Azərbaycan-Ermənistan şərti sərhədi və Qarabağ iqtisadi rayonundakı əməliyyat şəraiti təhlil edilib. Bu barədə Müdafiə Nazirliyindən məlumat verilib. Son vaxtlar Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan ərazisindəki qeyri-qanuni erməni silahlı dəstələrinin hərbi daşımaları həyata keçirməsi, bölmələrimizin …
Read More »Rusiya Kiyevə 10 “İskəndər” raketi atıb
Ötən gecə Rusiya Silahlı Qüvvələri Ukraynanın Kiyev vilayətindəki mülki və kritik infrastruktura “İskəndər” operativ-taktiki raket kompleksindən 10 raket atıb. Boyukmillet.com xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı məlumat yayıb. Bildirilib ki, qarşı tərəfin atdığı bütün raketlər zərərsizləşdirilib. Xatırladaq ki, ötən gecə Rusiyanın Kiyevə raket hücumu nəticəsində 2-si uşaq olmaqla 3 nəfər həlak olub, 14 nəfər yaralanıb.
Read More »Ərdoğan Orbanı andiçməsinə dəvət edib
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Macarıstanın Baş naziri Viktor Orbanla telefon danışığında avropalı siyasətçini andiçməsinə dəvət edib. Boyukmillet.com xəbər verir ki, bu barədə Orbanın mətbuat katibi Bertalan Xavaşi MTI agentliyinə bildirib. “Viktor Orban dövlət başçısını seçkilərdə qələbəsi münasibətilə təbrik edib. O qeyd edib ki, türk elektoratının qərarı və Türkiyənin sabitliyi bütün Avropa üçün yaxşı xəbərdir, çünki qitə təhlükəsizlik sahəsində bir …
Read More »ABŞ-ın Əliyevə açıq dəstəyi İrəvanı silkələyir…
Prezident İlham Əliyevin Laçından açıq mətnlə verdiyi mesaja ABŞ Dövlət Departamentinin reaksiyası Ermənistanda ciddi şəkildə müzakirə edilir. Boyukmillet.com xəbər verir ki, erməni ekspertlər Prezident Əliyevin mesajının ABŞ tərəfindən dərhal dəstəklənməsini Qarabağ münaqişəsinin artıq tarixə çevrildiyinin sübutu kimi yanaşırlar. Erməni ekspert Edqar Elbakyan isə bu mövqeyi rəsmi İrəvanın Qarabağı Azərbaycanın tərkib hissəsi kimi tanımasının nəticəsi adlandırıb. “Biz pərdəarxası danışıqların şahidi oluruq” deyən …
Read More »Ərdoğan serbiyalı həmkarı və Kosovanın Baş naziri ilə danışıb
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan serbiyalı həmkarı Aleksandar Vuçiç və Kosovanın Baş naziri Albin Kurti ilə telefonla danışıb. Boyukmillet.com xəbər verir ki, bu barədə Türkiyə Prezident Administrasiyasının Kommunikasiya idarəsi məlumat yayıb. İkitərəfli münasibətlərin və regional məsələlərin də müzakirə olunduğu telefon danışıqlarında Türkiyənin dövlət başçısı Kosovanın şimalında baş verənlərlə bağlı bölgədə davamlı sülh və sabitliyin bərqərar olmasının yeganə yolunun dialoq prosesində …
Read More »İlham Əliyev Maya Sandunu Azərbaycana dəvət edib
Azərbaycan Prezidenti İlham Əliyev moldovalı həmkarı Maya Sandunu Azərbaycana dəvət edib. Boyukmillet.com xəbər verir ki, bu barədə Azərbaycanın dövlət başçısı Moldova rəhbəri ilə görüşdə bildirib. Maya Sandu dəvəti qəbul edib.
Read More »
Boyukmillet.com Biz yanmasaq vətən yanar