Türkiyənin Milli İstihbarat Təşkilatı (MİT) Türkiyədə İran kəşfiyyatına işləyən agentlərə qarşı yeni əməliyyat keçirib. Boyukmillet.com Türkiyə KİV-inə istinadən xəbər verir ki, əməliyyat nəticəsində İsrailin xarici kəşfiyyat xidməti – “Mossad” tərəfindən Avropada təlim keçmiş Səlcuq Küçükkaya və daha 12 nəfər ələ keçirilib. Məlumata görə, S.Küçükkaya qruplaşmanın lideri olub. Bildirilib ki, İstanbul Baş Prokurorluğunun il yarım qabaq başlatdığı istintaq çərçivəsində casusların ələ …
Read More »Səhiyyə Nazirliyi: “Mikayıl Müşfiqə aid olduğu ehtimal edilən qalıqların müayinəsi davam etdirilir”
Mikayıl Müşfiqə aid olduğu ehtimal edilən qalıqların müayinəsi bu gün də davam etdirilir”. Bunu “Report”a açıqlamasında Səhiyyə Nazirliyinin Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin direktoru Ədalət Həsənov deyib. Onun sözlərinə görə, hələlik bir nəticə yoxdur: “Digər siyasi xadimlərin də qalıqları var idi. Həmin qalıqlarla bağlı da heç bir nəticə yoxdur”.
Read More »İsrailin müdafiə naziri: “İran ticarət gəmilərini PUA və raket sistemləri ilə silahlandırır”
“İran ticarət gəmilərini pilotsuz uçuş aparatları və raket sistemləri ilə silahlandırır”. Boyukmillet.com xəbər verir ki, müvafiq açıqlamanı İsrailin müdafiə naziri Yoav Qallant Tel-Əviv yaxınlığındakı Herzliyada keçirilən təhlükəsizlik konfransında verib. Qallant İranın ticarət gəmilərini pilotsuz uçuş aparatları və raket sistemləri kimi hücum silahları, eləcə də inkişaf etmiş kəşfiyyat məlumat toplama imkanları ilə təchiz edilmiş döyüş gəmilərinə çevirmək strategiyası barədə ətraflı məlumat …
Read More »Tayvan öz qırıcılarını Amerika raketləri ilə təchiz edir
Tayvan “F-16V” qırıcılarını Amerikanın yeni istehsalı olan “AIM-9X Sidewinder” hava-hava raketləri ilə təchiz edir. Boyukmillet.com xəbər verir ki, bu barədə adanın Hərbi Hava Qüvvələrinin rəsmi nümayəndəsinə istinadən “South China Morning Post” qəzeti yazıb. Bildirilib ki, yeni raketlər qrafikə uyğun olaraq Tayvana çatdırılıb və quraşdırılıb. Bundan başqa ehtiyatda olan bütün təyyarələr də döyüş hazırlığı standartlarına uyğun silahlarla təchiz ediləcək. Qeyd olunub …
Read More »Dövlət Departamenti: “ABŞ vətəndaşlarını azad etmək üçün Rusiyaya təzyiq göstərməyə davam edəcək”
“ABŞ qanunsuz həbsdə olan Amerika vətəndaşları Pol Uilan və Evan Qerşkoviçin azad edilməsi üçün Rusiyaya təzyiq göstərməyə davam edəcək”. Boyukmillet.com xəbər verir ki, bunu brifinqdə Dövlət Departamentinin mətbuat xidmətinin rəhbəri Metyu Miller deyib. Onun sözlərinə görə, dövlət katibi Entoni Blinken ABŞ rəhbərliyinin digər nümayəndələri ilə bir komandada bu məsələ üzərində işi davam etdirir. Miller vurğulayıb ki, ötən həftə Rusiya tərəfi …
Read More »Nyu-Yorkdakı “Türk Evi”nin qarşısında mühafizə postu yaradılacaq
Nyu-York polisi “Türk Evi”nin ətrafında təhlükəsizlik tədbirlərini gücləndirib. Boyukmillet.com xəbər verir ki, Nyu-York Polis Departamentinin bölgəyə ezam olunmuş əməkdaşları ərazidə operativ şəkildə fəaliyyət göstərirlər. Bu gündən etibarən binanın mühafizəsi 24 saat ərzində təmin olunacaq. Əməkdaşımızla həmsöhbət olan Nyu-York polisinin nümayəndəsi bildirib ki, Türkiyənin Baş konsulluğunun müraciəti əsasında polis əməkdaşları qeyri-müəyyən vaxta qədər bölgəyə ezam olunublar: “Baş verən hadisədən sonra Nyu-York …
Read More »Ərdoğan: “İlham Əliyevlə görüşümüz türk dünyasına olan həssaslığımızın ən gözəl nümunəsidir”
“Türk dövlətləri ilə, xüsusən də qardaşım İlham Əliyevlə görüşümüz türk dünyasına olan həssaslığımızın ən gözəl nümunəsidir”. Boyukmillet.com xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan TRT-yə müsahibəsində bildirib. Ərdoğan “Millət İttifaqı”nın prezidentliyə namizədi, müxalif Cümhuriyyət Xalq Partiyasının sədri Kamal Kılıçdaroğlunu sərt tənqid edib: “Kılıçdaroğlu Türkiyəyə Boraltan körpüsünün utancını yaşatmaq istəyir. Dedilər ki, ruslar bizi öldürməsin, ermənilər bizi öldürməsin, siz …
Read More »Türkiyə Prezidenti seçkilərinin ikinci turunun səsverməsi Azərbaycanda başa çatıb
Türkiyənin Bakıdakı səfirliyi ilə Naxçıvan və Gəncədəki baş konsulluqlarda Prezident seçkilərinin ikinci turu üçün 3 gün davam edən səsvermə prosesi saat 22:00-da başa çatdıqdan sonra qutular bağlanıb. Boyukmillet.com “TRT”yə istinadən xəbər verir ki, verilmiş səslərin olduğu seçki bülletenləri və zərflər seçki qutularına qoyulub və seçki qutusu komissiyalarının üzvlərinin və onların müşahidəçilərinin nəzarəti altında möhürlənib. Səsvermə torbaları da diplomatik çantalara qoyularaq …
Read More »Kuba lideri Azərbaycan Prezidentinə təbrik məktubu ünvanlayıb
Kuba Respublikasının Prezidenti Migel Dias-Kanel Bermudes Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb. Boyukmillet.com xəbər verir ki, mətndə deyilir: “Cənab Prezident! Ölkənizin milli bayramı – Müstəqillik Günü münasibətilə Sizə və Azərbaycan xalqına ən səmimi təbriklərimi çatdırıram. Bu fürsətdən istifadə edərək, ölkələrimiz arasında dostluq əlaqələrinin və əməkdaşlığın möhkəmləndirilməsi istiqamətində fəaliyyətimizi davam etdirmək istəyimi Sizə bir daha ifadə edirəm. Ən yüksək hörmət …
Read More »İsveç Kralı İlham Əliyevi təbrik edib
İsveç Kralı XVI Karl Qustav Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb. Boyukmillet.com-un xəbərinə görə, məktubda deyilir: “Hörmətli cənab Prezident! Azərbaycan Respublikasının Müstəqillik Günü münasibətilə Zati-alinizə ən xoş təbriklərimi çatdırır, Sizə cansağlığı, xoşbəxtlik, Azərbaycan xalqına firavanlıq arzu edirəm”.
Read More »
Boyukmillet.com Biz yanmasaq vətən yanar