Çərşənbə , 8 Aprel 2026

autor

Türkiyə Prezidenti: “Səsvermə prosesi problemsiz davam edir”

“Məndə olan məlumata görə səsvermə prosesi problemsiz davam edir”. Boyukmillet.com  xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan mayın 14-də İstanbuldakı Saffet Çebi adına məktəbdə səs verdikdən sonra jurnalistlərə açıqlamasında deyib. O bildirib ki, ən vacib məsələlərdən biri də zəlzələ baş vermiş bölgələrdə səsvermə prosesinin problemsiz keçirilməsidir: “Vətəndaşlarımızın səs verməsi Türkiyə demokratiyası üçün çox mühümdür”. R.T.Ərdoğan söyləyib ki, seçkilərin …

Read More »

Türkiyənin daxili işlər naziri seçkilər üçün görülən təhlükəsizlik tədbirlərini açıqlayıb

Türkiyə böyük seçki təcrübəsinə malikdir”. Boyukmillet.com xəbər verir ki, bunu Türkiyənin daxili işlər naziri Süleyman Soylu İstanbulda prezident və parlament seçkilərində səs verdikdən sonra jurnalistlərə açıqlamasında deyib. O bildirib ki, seçkilərin təhlükəsiz şəraitdə keçirilməsi üçün lazımi tədbirlər görülüb: “Hazırda müxtəlif bölgələrdə təhlükəsizlik qüvvələrinin 601 min əməkdaşı fəaliyyət göstərir. Şəxsi heyətdən əlavə 79 helikopter və 8 təyyarə hazır vəziyyətdədir. Məktəblərin, seçki …

Read More »

Dünya Azərbaycanlılarının Beynəlxalq Fondu təsis olundu

Mayın 13-də İsveçin paytaxtı Stokholm şəhərində, Radisson otelində Dünya Azərbaycanlılarının Beynəlxalq Fondunun (DABF) təsis toplantısı keçirilib. Boyukmillet.com xəbər verir ki, Dünya Azərbaycanlılarının Beynəlxalq Fondunun Media və Kommunikasiya Departamentindən XəzərNews.az-a verilən məlumata görə, toplantıda dünyanın bir çox ölkələrindən – İsveç, Almaniya, Türkiyə, Hollandiya, Böyük Britaniya, Norveç, İtaliya, Kanada, Ukrayna və Polşanın tanınmış azərbaycanlı diaspor rəhbərləri, iş adamları, ictimai xadimlər iştirak edib. …

Read More »

Mehriban Ələkbərzadə Akademik Milli Dram Teatrına bədii rəhbəri təyin edilib

Əməkdar incəsənət xadimi, rejissor Mehriban Ələkbərzadə Akademik Milli Dram Teatrının bədii rəhbəri təyin edilib. Boyukmillet.com xəbər verir ki, bu barədə mədəniyyət naziri Adil Kərimli əmr imzalayıb. M.Ələkbərzadə indiyədək çoxsaylı tamaşa, ekran əsərlərinin müəllifi, rejissoru, eləcə də Gənc Tamaşaçılar və Yuğ Teatrlarının baş rejissoru vəzifələrində çalışıb.

Read More »

Yevlaxda saxlanılan 6 nəfərdən 2 kq-a yaxın narkotik götürülüb

Yevlax Rayon Polis Şöbəsinin Narkotiklərlə Mübarizə Qrupunun əməkdaşlarının son günlərdə keçirdiyi əməliyyatlar zamanı saxlanılan 6 nəfərdən ümumilikdə 2 kiloqrama yaxın narkotik vasitələr götürülüb. DİN-in Mətbuat Xidmətinin Bərdə regional qrupundan  bildirilib ki, polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində əvvəllər də narkotik vasitələrin qanunsuz dövriyyəsinə görə məhkumluq həyatı yaşamış, rayon sakini Ağadur Rəhimov saxlanılıb. Onun üzərində aparılan baxış zamanı çəkisi 1 kiloqram …

Read More »

Prezident mədəniyyət nazirinin müavinləri ilə bağlı fərman imzalayıb

Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi haqqında Əsasnamə”də dəyişiklik edilib. Boyukmillet.com xəbər verir ki, bu barədə Prezident İlham Əliyev fərman imzalayıb. Fərmana əsasən, mədəniyyət nazirinin birinci müavinləri vəzifəsi ləğv edilib. Daha bir dəyişiklə nazirin müavinlərinin sayı 4 olaraq müəyyənləşib. Nazirlər Kabinetinə fərmandan irəli gələn məsələləri həll etmək tapşırılıb.

Read More »

Odessa şəhərində Heydər Əliyevin 100 illik yubileyi ilə bağlı tədbir keçirilib

“Birlik” Odessa azərbaycanlıları diaspor təşkilatı Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100 illik yubileyi ilə əlaqədar anım tədbiri keçirib. Boyukmillet.com xəbər verir ki, Ukrayna və Azərbaycanın Dövlət himnlərinin səslənməsindən sonra tədbiri giriş sözü ilə açan soydaşımız Fazil Əsgərov Ulu Öndər Heydər Əliyevin həyat yolundan və Azərbaycan xalqının taleyində qoyduğu izdən danışıb. Sonra Ulu Öndər Heydər Əliyevin, Azərbaycanın müstəqilliyi, ərazi bütövlüyü …

Read More »

Nazirlik rentgen müayinələri ilə bağlı əhaliyə müraciət edib

Fövqəladə Hallar Nazirliyi (FHN) rentgen müayinələri ilə bağlı əhaliyə müraciət edib. Boyukmillet.com nazirliyə istinadən xəbər verir ki, FHN-in Nüvə və Radioloji Fəaliyyətin Tənzimlənməsi üzrə Dövlət Agentliyi səlahiyyətlərinə uyğun olaraq ölkədə nüvə və radioloji fəaliyyət sahəsində təhlükəsizliyin təmin edilməsi istiqamətində zəruri tədbirlərin görülməsini davam etdirir.Bu çərçivədə keçirilən tədbirlər zamanı bəzi tibb müəssisələrində rentgen müayinələrinin zəruri təhlükəsizlik tələbləri təmin edildikdən sonra verilən …

Read More »

Gürcüstanın dini lideri Azərbaycan Prezidentinə təbrik məktubu göndərib

Bütün Gürcüstanın Katolikos-patriarxı, Mtsxeta və Tbilisi arxiyepiskopu, Pitsunda, Suxumi və Abxaziya mitropoliti II İliya Azərbaycan Prezidenti İlham Əliyevə təbrik məktubu göndərib. Boyukmillet.com xəbər verir ki, məktubda deyilir: “Hörmətli cənab Prezident! Zati-alinizi Gürcüstan kilsəsi adından və şəxsən öz adımdan ürəkdən salamlayıram. Sizi dünya səviyyəli tanınmış siyasət və dövlət xadimi, dahi şəxsiyyət Prezident Heydər Əliyevin anadan olmasının 100 illik yubileyi münasibətilə təbrik edirəm. …

Read More »

Peşə Təhsil Mərkəzi İqtisadiyyat Nazirliyinin tabeliyinə keçib

İqtisadiyyat Nazirliyinin strukturuna daxil olmayan tabeliyindəki qurumların siyahısı artırılıb. Boyukmillet.com xəbər verir ki, bununla bağlı Baş nazir Əli Əsədov qərar imzalayıb. “Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin strukturuna daxil olmayan tabeliyindəki qurumların siyahısı”na edilən dəyişikliyə əsasən, “İqtisadi Zonaların İnkişafı Agentliyi” publik hüquqi şəxsin nəzdinə “Peşə Təhsil Mərkəzi” publik hüquqi şəxs də əlavə edilib.

Read More »