Çərşənbə , 8 Aprel 2026

autor

Nikol Paşinyan üçtərəfli görüşdə iştirak üçün Brüsselə yola düşüb

Ermənistanın baş naziri Nikol Paşinyan üçtərəfli görüşdə iştirak etmək üçün Belçikanın paytaxtı Brüsselə işgüzar səfərə yola düşüb. Boyukmillet.com xəbər verir ki, məlumatı “Aysor” yayıb. Qeyd edək ki, mayın 14-də Brüsseldə Azərbaycan Prezidenti İlham Əliyev, Ermənistanın baş naziri Nikol Paşinyan və Avropa İttifaqı (Aİ) Şurasının Prezidenti Şarl Mişel arasında üçtərəfli görüş olacaq. Danışıqların təşəbbüskarı Ş.Mişeldir. Görüş yerli vaxtla günortadan sonra başlayacaq. Üçtərəfli …

Read More »

Azərbaycan, Ermənistan və Aİ liderlərinin sabah Brüsseldə keçiriləcək görüşünün proqramı açıqlanıb

Azərbaycan Prezidenti İlham Əliyevlə Ermənistanın baş naziri Nikol Paşinyan arasında mayın 14-də Belçikanın paytaxtı Brüssel şəhərində keçiriləcək görüşün proqramı açıqlanıb. Boyukmillet.com-un xəbərinə görə, Avropa İttifaqı (Aİ) Azərbaycan və Ermənistan liderlərinin sabah Brüsseldə danışıqlar aparacağını təsdiqləyib. Bildirilib ki, görüş Aİ Şurasının Prezidenti Şarl Mişelin təşəbbüsü ilə keçiriləcək. Danışıqlar yerli vaxtla günortadan sonra başlayacaq. Üçtərəfli görüşdən əvvəl Ş.Mişel N.Paşinyanla, daha sonra isə …

Read More »

Latviyada Heydər Əliyevin yubileyinə həsr olunan konfrans keçiriləcək

Milli Məclisin deputatı, Latviya ilə parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Kamran Bayramov və deputat Asim Mollazadə mayın 14-də Latviya Respublikasının paytaxtı Riqa şəhərinə səfər edəcəklər. Bu barədə Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib. Deputatlarımız burada Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş “Azərbaycan-Latviya strateji tərəfdaşlığını genişləndirərək: keçmiş, bu gün və gələcək” mövzusunda konfransda iştirak edəcək, …

Read More »

DSX-nin hərbi hissələrində gənc əsgərlər and içiblər

May ayının 12-də Dövlət Sərhəd Xidmətinin hərbi hissələrində gənc əsgərlərin andiçmə mərasimi keçirilib. Bu barədə qurumun Mətbuat Mərkəzindən bildirilib. Mərasimlərdə hərbi hissənin döyüş bayrağı sıra meydanına gətirilib, Dövlət Himni səsləndirilib. Daha sonra Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməsi və torpaqlarımızın işğaldan azad olunması uğrunda canlarını fəda etmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Gənc əsgərlər təntənəli şəkildə hərbi anda gətirildikdən …

Read More »

Hava şəraiti dəyişəcək, yağış və qar yağacaq, külək əsəcək – XƏBƏRDARLIQ

Bakıda və Abşeron yarımadasında mayın 13-ü axşamdan 15-i səhərədək şimal-qərb küləyinin 15-20 ms/, arabir 23-28 m/s-dək güclənəcəyi gözlənilir. Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, bu gün və sabah axşam bəzi yerlərdə yağış yağacağı ehtimalı var. Azərbaycanın rayonlarında mayın 13-dən 15-i axşamadək hava şəraitinin arabir yağıntılı olacağı gözlənilir. Bəzi yerlərdə leysan xarakterli intensiv olacağı, şimşək çaxacağı, dolu düçəcəyi, yüksək dağlıq ərazilərdə qar …

Read More »

Şəhid Məhəmməd Qarayev Qəbələdə dəfn olunacaq

Mayın 12-də axşam saatlarında Ermənistan silahlı qüvvələrinin təxribatı nəticəsində şəhid olan Azərbaycan Ordusunun hərbi qulluqçusu Qarayev Məhəmməd Mahir oğlu Qəbələ şəhərinin sakini idi. “Report”un Şimal-qərb bürosunun məlumatına görə, o, bu gün Qəbələ şəhərində dəfn olunacaq. 2001-ci il təvəllüdlü Məhəmməd Qarayev evin tək oğlu olub.

Read More »

Çavuşoğlu Azərbaycanla bağlı paylaşım edib

Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu tviter hesabında Azərbaycanla bağlı paylaşım edib. Boyukmillet.com xəbər verir ki, paylaşımda deyilir: “Can Azərbaycanla bənzərsiz həmrəylik. Bizim təşəbbüskar, humanist və səmərəli xarici siyasətimiz”. “Can Azerbaycan’la Eşsiz Dayanışma” Girişimci, İnsani ve Etkili Dış Politikamız👇 pic.twitter.com/L9RGC5QQEw— Mevlüt Çavuşoğlu (@MevlutCavusoglu) May 12, 2023

Read More »

Çikaqoda Azərbaycan bayrağı ucaldılıb

ABŞ-ın İllinoys ştatının Çikaqo şəhərinin mərkəzində 28 May Müstəqillik Günü münasibəti ilə Azərbaycan bayrağı ucaldılıb. “Report”un ABŞ bürosu xəbər verir ki, üçrəngli bayrağımız Azərbaycan dövlət himninin sədaları altında havaya qaldırılıb. Layihə Amerikanın Orta Qərb Ştatları üzrə Azərbaycan Mərkəzinin (ACMA) təşkilatçılığı ilə baş tutub. ACMA-nın prezidenti Fərid Məmmədov “Report”a açıqlamasında deyib ki, artıq ənənəyə çevrilmiş layihə hər il Azərbaycan üçün əlamətdar …

Read More »

Azərbaycan MN: “Hərbi qulluqçumuz şəhid olub”

Mayın 12-də axşam saatlarında Ermənistan silahlı qüvvələrinin davam edən təxribatı nəticəsində Azərbaycan Ordusunun hərbi qulluqçusu Qarayev Məhəmməd Mahir oğlu şəhid olub. Bu barədə  Müdafiə Nazirliyindən məlumat verilib. Əməliyyat şəraiti bölmələrimizin nəzarəti altındadır. Müdafiə Nazirliyinin rəhbərliyi şəhidimizin yaxınlarına dərin hüznlə başsağlığı verir. Allah rəhmət eləsin!

Read More »

Azərbaycanın ATƏT-dəki Nümayəndəliyi Ermənistanın təxribatları ilə bağlı bəyanat yayıb

Azərbaycan Respublikasının ATƏT yanında Daimi Nümayəndəliyi ATƏT-in Daimi Şurasının iclasında Ermənistanın sülh müqaviləsi üzrə danışıqlar prosesini pozmağa yönəlmiş təxribatları və təcavüzü ilə bağlı Bəyanatla çıxış edib. Boyukmillet.com xəbər verir ki, Bəyanatda cari ilin 10-11 may tarixlərində Ermənistan tərəfindən növbəti hərbi təxribatın törədildiyi, nəticədə isə Azərbaycan Ordusunun 1 hərbi qulluqçusunun həlak olduğu, Ordumuzun 1 hərbi qulluqçusunun isə ağır yaralandığı diqqətə çatdırılıb. Ermənistanın …

Read More »