Çərşənbə , 8 Aprel 2026

autor

Zakir Həsənov bu gün Türkiyəyə gedir

Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənov bu gün Türkiyəyə səfərə gedir. Boyukmillet.com xəbər verir ki, Z.Həsənov qardaş ölkənin milli müdafiə naziri Hulusi Akarla görüşəcək. İki nazir Konya şəhərində yerləşən “Anadolu qartalı” Tədris Mərkəzində “Anadolu Qartalı-2023” təlimlərini izləyəcək. Qeyd edək ki, “Anadolu Qartalı-2023” beynəlxalq taktiki-uçuş təlimləri aprelin 27-də başlayıb. Azərbaycan Hərbi Hava Qüvvələrinin hərbi qulluqçuları və aviasiya vasitələri təlimlərdə iştirak edirlər.

Read More »

Tanınmış səyahətçilər Füzulidə aparılan bərpa işləri ilə tanış olublar

İsveçin beynəlxalq səyahətçilər elitasının cəmləşdiyi “Club 100” təşkilatının 30-dan çox üzvündən ibarət nümayəndə heyəti Füzuliyə səfər edib. Boyukmillet.com xəbər verir ki, qonaqlar Ermənistanın işğal dövründə bu ərazilərdə törətdiyi dağıntılarla tanış olublar. Səyahətçilərə “Böyük qayıdış” dövlət proqramı, eləcə də bərpa işlərinin gedişi barədə ətraflı məlumat verilib. Bildirilib ki, Füzuli kənd təsərrüfatının inkişafı üçün əlverişli rayondur. Nümayəndə heyəti Azərbaycan hökumətinin keçmiş məcburi …

Read More »

Heydər Əliyevin 100 illiyinə həsr olunmuş həndbol üzrə Azərbaycan Kubokunun açılış mərasimi keçirilib

Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş həndbol üzrə XXIX Azərbaycan Kubokunun açılış mərasimi olub. Boyukmillet.com xəbər verir ki, əvvəlcə Azərbaycan Həndbol Federasiyasının (AHF) kollektivi Fəxri xiyabanı ziyarət edərək, müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu, xalqımızın Ümummilli Lideri Heydər Əliyevin xatirəsini dərin ehtiramla yad edib, məzarı önünə əklil və gül dəstələri qoyublar. Həmçinin, görkəmli oftalmoloq, akademik Zərifə Əliyevanın …

Read More »

DİM bazar günü 14 mindən çox şagird və məzun üçün imtahan keçirəcək

Dövlət İmtahan Mərkəzi mayın 14-də ümumi (9 illik) orta təhsil səviyyəsi üzrə növbəti imtahanlar keçirəcək. Boyukmillet.com xəbər verir ki, həmin gün aşağıdakı imtahanlar baş tutacaq: – əvvəlki illərin məzunları üçün 9 illik təhsil bazasında kolleclərə qəbul imtahanı; – müsabiqədə buraxılış imtahanında verdiyi xarici dildən fərqli dil üzrə iştirak etmək istəyən cari ilin məzunları üçün əlavə xarici dil imtahanı; – qəbul imtahanını …

Read More »

Milli Məclisə “Kosmik fəaliyyət haqqında” yeni qanun layihəsi daxil olub

Milli Məclisə “Kosmik fəaliyyət haqqında” yeni qanun layihəsi daxil olub. Boyukmillet.com xəbər verir ki, layihə bu gün Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında birinci oxunuşda müzakirəyə çıxarılacaq. Yeni qanun layihəsi müvafiq qurumların rəhbərlərinin iştirakı ilə müzakirə ediləcək. Müzakirələrdən sonra layihənin birinci oxunuşda parlamentin plenar iclasına tövsiyə olunması gözlənilir.

Read More »

Ermənistan Müdafiə Nazirliyi üç hərbçisinin yaralandığını etiraf edib

Azərbaycanla sərhəddə baş verən hərbi toqquşma zamanı Ermənistan silahlı qüvvələrinin 3 hərbçisi yaralanıb. Boyukmillet.com xəbər verir ki, bu barədə Ermənistan Müdafiə Nazirliyi məlumat yayıb. “Saat 07:00-a olan məlumata görə, Ermənistan silahlı qüvvələrinin 3 hərbçisi yaralanıb “, – qurumdan bildirilib. Qeyd edək ki, mayın 10-u axşam saatlarında Ermənistan silahlı qüvvələrinin bölmələri Basarkeçər rayonunun Zod istiqamətində yerləşən mövqelərindən Azərbaycan Ordusunun üzbəüz mövqelərini …

Read More »

QHT təmsilçiləri səfir Rəşad Məmmədovla görüşdü-FOTO

Ankarada səfərdə olan Azərbaycandan olan bir qrup vətəndaş cəmiyyəti nümayəndələri ölkəmizin qardaş Türkiyədəki fövqəladə və səlahiyyətli səfiri Rəşad Məmmədovla görüşüb. Boyukmillet.com xəbər verir ki, Azərbaycanın Türkiyədəki Səfirliyində keçirilən görüşdə Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin icraçı direktoru Aygün Əliyeva, Prezident Administrasiyasının məsul əməkdaşı Əli Pənahov, Azərbaycan Türkiyə Evinin və Azərbaycan Türk Qadınlar Birliyinin sədri Tənzilə Rüstəmxanlı, Azərbaycanlıların və digər Türkdilli Xalqların Əməkdaşlıq …

Read More »

Ermənistan Azərbaycan ordusunun mövqelərinə qarşı kamikadze dronlardan istifadə edir

Azərbaycan-Ermənistan sərhədində toqquşmalar davam edir. Boyukmillet.com xəbər verir ki, Ermənistan tərəfi Azərbaycan ordusunun mövqelərinə qarşı kamikadze dronlardan fəal şəkildə istifadə edir. Nəşrin məlumatına görə, indiyədək beş güclü partlayış qeydə alınıb. “İlkin məlumatlara görə, söhbət İran istehsalı olan dronlardan gedə bilər”, – məlumatda qeyd edilib.

Read More »