Çərşənbə , 8 Aprel 2026

autor

Bu gün Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyidir

Bu gün Azərbaycanın Ümummilli Lideri Heydər Əliyevin doğum günüdür. Boyukmillet.com xəbər verir ki, Heydər Əliyevin anadan olmasının 100-cü ildönümüdür. Heydər Əlirza oğlu Əliyev 1923-cü il mayın 10-da Azərbaycanın Naxçıvan şəhərində anadan olub. O, 1939-cu ildə Naxçıvan Pedaqoji Texnikumunu bitirdikdən sonra Azərbaycan Sənaye İnstitutunun (indiki Azərbaycan Dövlət Neft Akademiyası) memarlıq fakültəsində təhsil alıb. Başlanan müharibə ona təhsilini başa çatdırmağa imkan verməyib. …

Read More »

Əfv Sərəncamı Ulu Öndərin humanizm, mərhəmət və insanpərvərlik ənənələrinin uğurlu davamının təsdiqidir – RƏY

İnsan hüquq və azadlıqlarının qorunması, yeni müdafiə mexanizmlərinin müəyyənləşdirilməsi Azərbaycanda dövlət siyasətinin əsasını təşkil edir. Ölkəmizdə insan amilinə verilən dəyər atılan hər addımda özünü qabarıq şəkildə büruzə verir. Əfv sərəncamları və Amnistiya aktları dövlətin insan hüquq və azadlıqlarının qorunmasına diqqətinin ifadəsidir. Əsasını Ümummilli Lider Heydər Əliyevin qoyduğu humanizm siyasəti son 20 ilə yaxın dövrdə Prezident İlham Əliyev tərəfindən uğurla davam …

Read More »

Macarıstan nümayəndələri “Şuşa-Türk dünyasının mədəniyyət paytaxtı 2023” tədbirinin açılış mərasimində iştirak edəcək

“Mayın 12-də “Şuşa-Türk dünyasının mədəniyyət paytaxtı 2023” tədbirinin rəsmi açılış mərasimində Macarıstanın Vesprem şəhər merinin müavini və nümayəndələri iştirak edəcək”. Boyukmillet.com xəbər verir ki, bunu “Report”un Ankara bürosuna Beynəlxalq Türk Mədəniyyəti Təşkilatının (TÜRKSOY) Baş katibi Sultan Raev bildirib. Onun sözlərinə görə, TÜRKSOY Avropa və türk dünyasının mədəniyyət paytaxtlarını qardaşlaşdırmağa nail olub:“Bu il yanvarın 21-də Avropanın Mədəniyyət paytaxtı Macarıstanın Vesprem şəhərinin rəsmi …

Read More »

BMT-dən İrana sərt reaksiya: Edamla bağlı

Birləşmiş Millətlər Təşkilatının (BMT) İnsan Haqları üzrə Ali Komissarı Volker Türk İran hakimiyyətini bir çox başqa ölkələrin etdiyi kimi ölüm hökmünü ləğv etməyə və bütün edamları dayandırmağa çağırıb. Boyukmillet.com xəbər verir ki, Türk yazılı açıqlamasında bu il İranda ən az 209 nəfərin edam edildiyini və bu şəxslərin ümumiyyətlə narkotik cinayətlərinin məhbusu və azlıq nümayəndələri olduğunu qeyd edib. “Hökumətin şəffaflığı olmadığı üçün edamların dəqiq …

Read More »

Türkiyə səfiri Şuşada Atatürk küçəsinin açılmasına görə Prezident İlham Əliyevə təşəkkür edib

Türkiyənin Azərbaycandakı səfiri Cahit Baxçı Prezident İlham Əliyevə təşəkkür edib. Boyukmillet.com xəbər verir ki, o bu barədə tviterdə paylaşım edib. “Azad Qarabağın hər bir nöqtəsi və küçəsinin yenidənqurma işləri ilə şəxsən məşğul olan Azərbaycan Prezidenti cənab Əliyev Qafqazın tacı, Qarabağın incisi və Türk dünyasının mədəniyyət paytaxtı Şuşada yenilənən Atatürk küçəsini açdı. Təşəkkürlərimizlə”, – o bildirib. Qeyd edək ki, bu gün …

Read More »

“Prezident Heydər Əliyev” və “Zərifə Əliyeva” gəmilərinin şəkilləri həkk olunan poçt markaları hazırlanıb

Ümummilli Lider Heydər Əliyev və akademik Zərifə xanım Əliyevanın 100 illik yubileyi münasibəti ilə iki poçt markası hazırlanıb. Boyukmillet.com xəbər verir ki, həmin markaların üzərində “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin (ASCO) ən böyük gəmiləri olan “Prezident Heydər Əliyev” və “Zərifə Əliyeva” gəmilərinin şəkilləri həkk olunub. Poçt markaları Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin təşəbbüsü ilə “Azərpoçt” MMC tərəfindən Belarusda çap edilib. Ulu …

Read More »

ÜST: “Sudanda 600-dən çox insan ölüb, 5 mindən çox insan yaralanıb”

Sudanda ordu ilə xüsusi təyinatlıların silahlı qarşıdurmaları nəticəsində 604 nəfər ölüb, 5 mindən çox insan yaralanıb. Boyukmillet.com xəbər verir ki, bu barədə Ümumdünya Səhiyyə Təşkilatı məlumat yayıb. Sudan Həkimləri Sindikatının məlumatına görə, ölkədə toqquşmalar nəticəsində ölən mülki vətəndaşların sayı 487 nəfərə yüksəlib, 2 612 nəfər yaralanıb. Əsas toqquşmalar Sudanın paytaxtı Xartumda gedir.

Read More »

DTX-nin Mədəniyyət Mərkəzində Heydər Əliyevə həsr olunmuş kitabın təqdimat mərasimi keçirilib

Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) Mədəniyyət Mərkəzində Xalq yazıçısı Elmira Axundovanın Heydər Əliyevin təhlükəsizlik orqanlarındakı fəaliyyətindən bəhs edən “Dövlətin keşiyində” adlı kitabın təqdimat mərasimi keçirilib. Boyukmillet.com xəbər verir ki, bu barədə DTX-nin saytı məlumat yayıb. Bildirilib ki, tədbirdə DTX-nin əməkdaşları, təhlükəsizlik orqanlarının veteranları və onların ailə üzvləri iştirak ediblər. Tədbirdə çıxış edənlər Elmira Axundovanın yaradıcılığından ətraflı söhbət açıb, uzun illər ərzində …

Read More »