Çərşənbə , 8 Aprel 2026

autor

Azərbaycan Ordusunda komanda-qərargah təlimləri keçirilib

2023-cü ilin hazırlıq planına uyğun olaraq Azərbaycan Ordusunun hərbi hissələrində komanda-qərargah təlimləri keçirilib. Bu barədə  Müdafiə Nazirliyindən məlumat verilib. Təlimlərdə tapşırıqların icrası ilə bağlı fəaliyyətlər xəritə üzərində dəqiqləşdirilib, bölmələrin qarşılıqlı fəaliyyəti və qərargahların vahid idarəetmə orqanı kimi uzlaşması yoxlanılıb. Həmçinin qəbul edilmiş qərarlara dair tapşırıqlar kompüter üzərində icra edilərək qiymətləndirilib, komandirlər tərəfindən qərarların məruzələri dinlənilib. Komanda-qərargah təlimlərinin keçirilməsində əsas diqqət …

Read More »

Berlində Qərbi Azərbaycana qayıdış mövzusunda konfrans keçirilib

İndiki Ermənistan ərazisindən zorla çıxarılmış və hazırda dünyanın müxtəlif ölkələrində məskunlaşmış azərbaycanlıların nümayəndələri mayın 7-də Almaniyanın paytaxtı Berlin şəhərində qayıdış hüququ mövzusunda konfrans keçiriblər. Boyukmillet.com xəbər verir ki, Qərbi Azərbaycan İcmasından AZƏRTAC-a bildirilib ki, Almaniya Azərbaycanlıları Alyansı və Qərbi Azərbaycan İcmasının birgə təşkilatçılığı ilə keçirilmiş tədbirdə dünyanın müxtəlif ölkələrində məskunlaşmış yüzə yaxın Qərbi azərbaycanlı fəalı iştirak edib. Tədbirdə Qərbi Azərbaycan İcmasının …

Read More »

Mövlud Çavuşoğlu: “Ermənistan səmimi olmadığına görə Cənubi Qafqazda vəziyyət hələ də gərgindir”

“Cənubi Qafqazda vəziyyət kövrəkdir. Ermənistan səmimi olmadığına görə durum hələ də gərgindir”. Boyukmillet.com xəbər verir ki, bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu Antalyada çıxışı zamanı deyib. O bildirib ki, indi dünyada beynəlxalq sistemsizlik hökm sürür: “Biz əvvəllər beynəlxalq sistemlərdən danışırdıq. İndi isə sistemsizlikləri müzakirə edirik. Avropanın mərkəzində müharibə gedir. Halbuki BMT-nin, Avropa İttifaqının yaradılmasının məqsədi toqquşmaların qarşısını almaq idi”. …

Read More »

Ceyhun Bayramov: “Azərbaycan Cənubi Qafqazda Aİ-nin əsas ticarət tərəfdaşıdır”

“Azərbaycan Cənubi Qafqazda Avropa İttifaqının (Aİ) ən böyük ticarət investoru və strateji enerji tərəfdaşıdır”. Boyukmillet.com xəbər verir ki, bunu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov mayın 8-də Vilnüsdə litvalı həmkarı Gabrielius Landsberg ilə görüşündən sonra keçirilən brifinqdə deyib. O qeyd edib ki, Azərbaycanın ticarət dövriyyəsinin 40 faizi Aİ-nin payına düşür. Nazir Zəngəzur dəhlizinin açılması ilə Azərbaycanın tranzit ölkə kimi rolunun …

Read More »

Bu həftənin sonunda Brüsseldə İlham Əliyev və Nikol Paşinyan arasında görüş keçiriləcək

Qərbin vasitəçilik səylərinin artması fonunda bu həftəsonu Brüsseldə Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın baş naziri Nikol Paşinyan arasında növbəti görüş keçiriləcək. Boyukmillet.com  “Financial Times”a istinadən xəbər verir ki, iki ölkə liderlərinin danışıqları Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin təşkilatçılığı ilə baş tutacaq. Nəşrin yazdığına görə, liderlər sərhədlərin demarkasiyası və minalı ərazilərlə bağlı fikir mübadiləsi aparacaqlar. Qeyd olunub ki, bu …

Read More »

Əli Əliyev əfv edilib

Vətəndaş və İnkişaf Partiyasının (VİP) həbsdə olan sədri Əli Əliyev əfv edilib. Boyukmillet.com xəbər verir ki, Prezident İlham Əliyevin mayın 8-də “Məhkum edilmiş bir sıra şəxslərin Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin 100 illik yubileyi münasibətilə əfv olunması haqqında” Sərəncamında partiya sədrinin də adı var. Sərəncama əsasən, Sabunçu Rayon Məhkəməsinin 2022-ci il 22 noyabr tarixli hökmü ilə 3 il 6 …

Read More »

Ermənistan silahlı bölmələri Laçında ekskavatoru atəşə tutub

Mayın 8-i saat 09:15-də Ermənistan silahlı qüvvələrinin bölmələri Gorus rayonunun Dığ yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərindən Laçın rayonu ərazisində şərti sərhəddə ekskavatorumuzu atəşə tutub. Bu barədə  Azərbaycanın Müdafiə Nazirliyindən məlumat verilib. Azərbaycan Ordusunun bölmələri tərəfindən cavab tədbirləri görülüb.

Read More »

Ukrayna hərbçiləri ötən gecə İran istehsallı 35 dron məhv ediblər

Ötən gecə Ukraynaya hücum edən İran istehsallı 35 dron məhv edilib. Boyukmillet.com xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahının xülasəsində bildirilib. “Mayın 8-də gecə düşmən yenidən Ukrayna ərazisinə İranın “Şahid” zərbə PUA-larını tətbiq edərək hücum edib. 35 drondan 35-i müdafiəçilərimiz tərəfindən məhv edilib”, – məlumatda qeyd olunub.

Read More »

Bu Sərəncam müstəqil Azərbaycan Respublikasının tarixində qəbul edilmiş ən böyük əfv aktıdır

Prezident İlham Əliyevin imzaladığı “Məhkum edilmiş bir sıra şəxslərin Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin 100 illik yubileyi münasibətilə əfv olunması haqqında” Sərəncamı müstəqil Azərbaycan Respublikasının tarixində qəbul edilmiş ən böyük əfv aktıdır. Boyukmillet.com-un xəbərinə görə, bu barədə Azərbaycan Respublikası Prezidentinin Mətbuat xidmətinin məlumatında bildirilir. “Müasir Azərbaycan dövlətinin qurucusu, dahi siyasi və dövlət xadimi, Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin …

Read More »

Prezident Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyi münasibətilə əfv sərəncamı imzalayıb – SİYAHI

Prezident İlham Əliyev məhkum edilmiş bir sıra şəxslərin Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin 100 illik yubileyi münasibətilə əfv olunması haqqında Sərəncam imzalayıb. Boyukmillet.com xəbər verir ki, Sərəncamda deyilir: Müasir Azərbaycan dövlətinin qurucusu, dahi siyasi və dövlət xadimi, Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin 100 illik yubileyinin ölkəmizin tarixində əlamətdar hadisə olduğunu vurğulayaraq, Ulu Öndərin əbədiyaşar əziz xatirəsini dərin hörmət və …

Read More »