Çərşənbə , 8 Aprel 2026

autor

“Hadrut” qovşaq yarımstansiyası və İdarəetmə Mərkəzi istifadəyə verilib

Mayın 5-də “Hadrut” qovşaq yarımstansiyası və Rəqəmsal İdarəetmə Mərkəzi istifadəyə verilib. Boyukmillet.com xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev açılış mərasimində iştirak edib. “Azərişıq” Açıq Səhmdar Cəmiyyətinin sədri Vüqar Əhmədov dövlət başçısına görülən işlər barədə məlumat verib. Qeyd edək ki, yeni inşa edilən “Hadrut” qovşaq yarımstansiyasının təməli 2021-ci il oktyabrın 9-da Prezident İlham Əliyev tərəfindən qoyulub. Bildirilib ki, “Şükürbəyli”, …

Read More »

İlham Əliyev və Mehriban Əliyevaya Hadrutun turizm inkişaf konsepsiyası barədə məlumat verilib

Mayın 5-də Hadrut qəsəbəsində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə və birinci xanım Mehriban Əliyevaya Hadrut qəsəbəsinin turizm inkişaf konsepsiyası barədə məlumat verilib. Boyukmillet.com xəbər verir ki, dövlət başçısına və birinci xanıma Hadrutda turizmin inkişaf etdirilməsi üçün Dövlət Turizm Agentliyi tərəfindən ilk növbədə qəsəbənin tarixi hissəsində mərkəzi məhəllənin bərpasının və abadlaşdırılmasının nəzərdə tutulduğu bildirilib. Qeyd olunub ki, Hadrutun tarixi hissəsində bərpa və …

Read More »

Ermənistan silahlı bölmələri Laçında mühəndis işləri aparan traktoru atəşə tutub

Mayın 5-i saat 12:00 radələrində Ermənistan silahlı qüvvələrinin bölmələri Gorus rayonunun Dığ yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərindən Laçın rayonu ərazisində, şərti sərhəddə yerləşən üzbəüz mövqelərimizdə mühəndis işləri görən traktoru atəşə tutub. Bu barədə  Müdafiə Nazirliyindən məlumat verilib. Azərbaycan Ordusunun qeyd olunan istiqamətdə yerləşən bölmələri tərəfindən cavab tədbirləri görülüb.

Read More »

Vüqar Oruc və Yaşar Bahçeci Türkiyənin Azərbaycandakı səfiri ilə görüşüb – FOTO

Türkiyənin Azərbaycandakı səfiri Cahit Bağcı Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin (AQC) sədri Vüqar Oruc və Bakıda keçirilən “Türk Dövlətləri Qiymətləndiricilərinin Zirvə Görüşü”ndə iştirak edən Türkiyə Dəyərləmə Uzmanları Birliyinin başqanı Yaşar Bahçeci ilə görüşüb. Boyukmillet.com xəbər verir ki, Türkiyənin Azərbaycandakı səfirliyində baş tutan görüşdə Türkiyənin Azərbaycandakı Ticarət Müşavirliyinin baş müşaviri Ahmet Erdal və Türkiyə Dəyərləmə Uzmanları Birliyinin İdarə Heyətinin üzvü Emrullah Acar iştirak …

Read More »

Türkiyənin müdafiə naziri: “Zəngəzur dəhlizinin açılması heç bir ölkə üçün təhlükə yaratmır”

“Zəngəzur dəhlizinin açılması heç bir ölkə üçün təhlük yaratmır. Əksinə, bu, regional əməkdaşlığa, sabitliyə və inkişafa təkan verəcək”. Boyukmillet.com xəbər verir ki, bu fikirləri Türkiyənin milli müdafiə naziri Hulusi Akar “TRT World”da dərc olunan “Qafqaz regionu: sülh və sabitlik üçün unikal imkan” sərlövhəli məqaləsində yazıb. O xatırladıb ki, rəsmi İrəvan Azərbaycan, Rusiya və Ermənistan liderlərinin imzaladıqları üçtərəfli sənədə əsasən kommunikasiya …

Read More »

Ceyhun Bayramov və Mövlud Çavuşoğlu Azərbaycan-Ermənistan sülh sazişi üzrə danışıqları müzakirə edib

Mayın 5-də Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov və Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu arasında telefon danışığı olub. Bu barədə Azərbaycan XİN-dən məlumat verilib. Telefon danışığı zamanı xarici işlər nazirləri Azərbaycanla Türkiyə arasında gündəlikdə duran ikitərəfli və çoxtərəfli əməkdaşlıq məsələləri, habelə mövcud regional vəziyyət ətrafında fikir mübadiləsi aparıblar. Nazirlər həmçinin Azərbaycanla Ermənistan arasında sülh sazişi layihəsi üzrə aparılmış son …

Read More »

İran Azərbaycanın 4 diplomatını arzuolunmaz şəxs elan edib

İran Azərbaycanın Tehrandakı səfirliyinin və Təbriz şəhərindəki Baş Konsulluğunun 4 əməkdaşını arzuolunmaz şəxs elan edib. Boyukmillet.com xəbər verir ki, bunu Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat katibi Ayxan Hacızadə deyib. “Məlum olduğu kimi, cari ilin aprel ayının əvvəlində İranın ölkəmizdəki Səfirliyinin 4 əməkdaşı diplomatik statusa uyğun olmayan və Diplomatik Əlaqələr haqqında 1961-ci il Vyana Konvensiyası ilə ziddiyyət təşkil edən fəaliyyətlərə görə …

Read More »

Azərbaycan Ordusunun təlimində şərti düşmənin hava hədəfləri məhv edilib

2023-cü ilin hazırlıq planına uyğun olaraq Hava Hücumundan Müdafiə (HHM) bölmələrinin döyüş atışlı taktiki təlimi keçirilib. Bu barədə Müdafiə Nazirliyindən məlumat verilib. Praktiki atışlar zamanı şərti düşmənin hava hədəfləri aşkar olunaraq daşınan zenit-raket kompleksləri vasitəsilə məhv edilib. Qarşıya qoyulan döyüş tapşırıqları şəxsi heyət tərəfindən müvəffəqiyyətlə yerinə yetirilib.

Read More »

Lavrov Ukraynanı hədələyib: “Kremlə hücuma görə konkret addımlarla cavab verəcəyik”

“Rusiya Ukraynaya konkret addımlarla cavab verəcək”. Boyukmillet.com TASS-a istinadən xəbər verir ki, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov Çində Şanxay Əməkdaşlıq Təşkilatı ölkələrinin xarici işlər nazirlərinin görüşündən sonra keçirdiyi mətbuat konfransında deyib. O bildirib ki, Kremlə hücuma sadəcə danışmaqla cavab vermək kifayət deyil: “Ukrayna Prezidenti Volodimir Zelenski özünə hörmət edən ölkələrin Kiyevlə əlaqəsini kəsmək üçün əlindən gələni edir. Əlbəttə, …

Read More »

Türkiyə MİT İŞİD-in Azərbaycanda da təşkilatlanmağa cəhd göstərən yeni qruplaşmasını ifşa edib

Türkiyə Milli Kəşfiyyat İdarəsi (MİT) İŞİD terror qruplaşmasının Azərbaycanda da təşkilatlanmağa cəhd göstərən yeni strukturunu ifşa edib. Boyukmillet.com “Anadolu”ya istinadən xəbər verir ki, Diyarbəkir Prokurorluğunun başlatdığı istintaq çərçivəsində Şəhər Polis İdarəsinin Terrorla mübarizə şöbəsi və MİT birgə əməliyyat keçirib. Aparılan araşdırmalar nəticəsində İŞİD terror qruplaşmasının Türkiyədə “Əhlaq və Sünnət Dərgisi” adı altında yeni bir təşkilat formalaşdırdığı üzə çıxarılıb. Bu təşkilatın …

Read More »