Çərşənbə , 8 Aprel 2026

autor

Bu il 12 tibb müəssisəsi monitorinqlərə cəlb edilib, çatışmazlıqlar aşkarlanıb

Bu ilin 4 ayı ərzində İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi 12 tibb müəssisəsini monitorinqlərə cəlb edib. Agentlikdən  verilən məlumata görə, monitorinqlər Bakı şəhəri üzrə Xətai və Lökbatan tibb mərkəzlərində, Binəqədi rayonu ərazisindəki 10, 15, 35 saylı şəhər poliklinikalarında, Səbail rayonunun 33 saylı şəhər poliklinikasında, habelə Abşeron Rayon Mərkəzi Xəstəxanasında və Abşeron rayonunda fəaliyyət göstərən Hökməli, Qobu, Mehdiabad, Novxanı, Xırdalan …

Read More »

“Azəriqaz” Samuxda sahibkarlarla növbəti görüş keçirəcək

Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyinin sahibkarlarla növbəti görüşü Samux rayonunda keçiriləcək. Boyukmillet.com xəbər verir ki, “Azəriqaz”ın İqtisadiyyat Nazirliyinin tabeliyində Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) nümayəndəsinin iştirakı ilə “Açıq #mikrofon” aksiyası çərçivəsində sahibkarlarla Samuxda görüşü təşkil olunacaq. Aksiya Samux şəhəri, Heydər Əliyev prospekti 167 ünvanında (YAP-ın inzibati binasının qarşısı) baş tutacaq. “Səyyar #qəbul otağı” mayın 3-də …

Read More »

Ukrayna Quru Qoşunlarının komandanı: “Rusiya ordusu Baxmutdakı bəzi mövqelərini tərk edib”

“Rusiya qoşunları Donetsk vilayətinin Baxmut şəhərində tutduqları bəzi mövqeləri tərk edib”. Boyukmillet.com xəbər verir ki, bunu Ukrayna Silahlı Qüvvələrinin Quru Qoşunlarının komandanı, general-polkovnik Aleksandr Sırski Baxmutun müdafiəçiələri ilə görüşündə deyib. O bildirib ki, son bir neçə gündə Rusiya qüvvələrinin Liman istiqamətində çoxsaylı hücumları dəf edilib: “Düşmənin mövqelərimizi ələ keçirmək cəhdləri uğursuz alınıb. Rusiya ordusu ciddi itki verib, düşmənin 10 əsgərini …

Read More »

Türkiyənin yerli istehsal olan ilk tankının sınaqları başlayıb

Türkiyənin yerli istehsal olan “Yeni Altay” tankları sınaqlara hazırdır. Boyukmillet.com xəbər verir ki, tank kütləvi istehsaldan əvvəl 6 min sınaqdan keçiriləcək. “Yeni Altay”ın istehsalı üzərində 250-si mühəndis olmaqla 450 mütəxəssis çalışıb. Tankın kütləvi istehsalı uğurlu sınaqlardan asılıdır. Həmçinin bildirilib ki, “Yeni Altay” bir çox keyfiyyətinə görə, digər oxşar texnikalardan fərqlənir. Xatırladaq ki, “Yeni Altay” davamlılıq və təhlükəsizlik baxımından rəqiblərini üstələyir. …

Read More »

Həftəsonu 11 yol qəzası olub, 16 nəfər ölüb

Həftəsonu Azərbaycanda 11 yol qəzası olub, 16 nəfər ölüb Boyukmillet.com xəbər verir ki, aprelin 29-30-da respublikanın avtomobil yollarında ölümlə nəticələnən 11 yol-nəqliyyat hadisəsi qeydə alınıb. Nəticədə 16 nəfər ölüb, 12 nəfər isə xəsarət alıb.

Read More »

Milli Məclisin deputatları Sloveniyada Mehdi Hüseynzadə ilə bağlı tədbirdə iştirak edəcəklər

Milli Məclisin deputatları Sloveniyada Mehdi Hüseynzadə ilə bağlı tədbirdə iştirak edəcəklər. Milli Məclisin deputatları – Sloveniya ilə parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Ağalar Vəliyev, qrupun üzvləri Elnur Allahverdiyev və Rafael Hüseynov mayın 2-də Sloveniya Respublikasının Nova Qoritsa şəhərinə səfər edəcəklər. Deputatlarımız Sloveniya Milli Assambleyasının Azərbaycanla parlamentlərarası dostluq qrupunun üzvləri ilə görüşəcək, əməkdaşlığın perspektivləri barədə fikir mübadiləsi aparacaqlar. Bununla yanaşı, …

Read More »

Azərbaycan karateçisi Avropa çempionu olub

Azərbaycan karateçisi Ülvi Məmmədov Bolqarıstanın Kranevo şəhərində Dünya və Avropa Şotokan Federasiyasının (WSF/ESF) təşkilatçılığı ilə keçirilən 13-cü Avropa çempionatının qalibi olub. Boyukmillet.com-un xəbərinə görə, Azərbaycan komandasının kapitanı, ikinci dan qara kəmər sahibi, dünya çempionu tituluna sahib olan idmançımız, +84 kiloqram çəki dərəcəsində mübarizə aparan Ülvi Məmmədov keçirdiyi dörd döyüşün hamısını qələbə ilə başa vuraraq fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. …

Read More »

Blinken Azərbaycan-Ermənistan sülh müqaviləsi üzrə danışıqların əhəmiyyətini vurğulayıb

Antoni Blinken Ermənistanla Azərbaycan arasında sülh müqaviləsi üzrə danışıqların əhəmiyyətini vurğulayıb, bu xüsusda ABŞ-ın dəstəyinin davam edəcəyini bildirib. Boyukmillet.com xəbər verir ki, bunu ABŞ Dövlət katibi Antoni Blinken Azərbaycan Prezidenti İlham Əliyevlə telefon danışığında deyib. ABŞ Dövlət katibi sülhün əldə edilməsinin mümkünlüyünə inandığını deyib və Azərbaycan-Ermənistan sərhədində sərhəd-buraxılış məntəqəsinin qurulmasına toxunub.

Read More »

Dövlət başçısı: “Laçın” sərhəd-buraxılış məntəqəsinin qurulması Azərbaycanın suveren hüquqları çərçivəsində təmin edilib”

Azərbaycan-Ermənistan sərhədində “Laçın” sərhəd-buraxılış məntəqəsinin qurulması Azərbaycanın suveren hüquqları çərçivəsində və bütün beynəlxalq qaydalara uyğun olaraq təmin edilib. Boyukmillet.com xəbər verir ki, bunu Azərbaycan Prezidenti İlham Əliyev ABŞ Dövlət katibi Antoni Blinkenlə telefon danışığında deyib. Azərbaycan Prezidenti vurğulayıb ki, məqsəd hərəkətin məhdudlaşdırılması deyil, əksinə nəzarətin təmin edilməsidir və artıq bu məntəqə vasitəsilə gediş-gəliş həyata keçirilir. Telefon danışığı zamanı Azərbaycanın Qarabağ bölgəsində …

Read More »