ABŞ-nin silahlı qüvvələri Prezident Cozef Baydenin əmri ilə Amerikanın dövlət qulluqçularını Sudan ərazisindən təxliyə edib, ölkədəki səfirliyin fəaliyyəti müvəqqəti dayandırılıb. Boyukmillet.com xəbər verir ki, bu barədə ABŞ prezidentinin yazılı bəyanatında deyilib. “Bu gün mənim əmrimlə ABŞ hərbçiləri ABŞ dövlət qulluqçularının Xartumdan təxliyəsi üzrə əməliyyat keçirib”, – dövlət başçısı bildirib. Eyni zamanda, Amerika lideri Sudandakı münaqişə tərəflərini atəşkəsə çağırıb.
Read More »Türkiyədə mikroavtobus qəzaya uğrayıb, 10 nəfər yaralanıb
Türkiyədə Anadolu avtomagistralının Kocaeli şəhərindən keçən hissəsində xidməti mikroavtobus qəzaya uğrayıb. Boyukmillet.com “Anadolu”ya istinadən xəbər verir ki, hadisə nəticəsində 10 nəfər yaralanıb. Bildirilib ki, paytaxt Ankara istiqamətində hərəkət edən nəqliyyat vasitəsinin qəzaya uğramasına səbəb onun yoldan çıxaraq aşması olub. Olay yerinə polis, fövqəladə hallar xidməti, habelə təcili tibbi yardım briqadaları cəlb olunub. Qeyd olunub ki, xilasedicilər mikroavtobusda sıxılmış vəziyyətdə qalan …
Read More »Xankəndi-Laçın yolu: Ekofəalların aksiyası 133 gündür yüksək fəallıqla davam edir
Bu gün Azərbaycanın Qarabağ iqtisadi rayonunda faydalı qazıntı yataqlarının qanunsuz istismarına qarşı Xankəndi-Laçın yolunda keçirilən etiraz aksiyası 133 gündür davam edir. “Report”un hazırda ərazidə olan əməkdaşı xəbər verir ki, aksiya iştirakçıları ötən gecə boyu da yüksək fəallıq nümayiş etdiriblər. Toplanış yerində gecə boyu da təhlükəsizlik qaydalarına yüksək səviyyədə əməl olunub və heç bir insident qeydə alınmayıb. Həmişə olduğu kimi, etirazçılar …
Read More »XİN: “Ermənistan Azərbaycanın suveren ərazisindəki bütün hərbi təxribatları dərhal dayandırmalıdır!”
Azərbaycan Xarici İşlər Nazirliyi Ermənistandan Azərbaycanın suveren ərazisindəki bütün təxribatları dayandırmağı tələb edib. Boyukmillet.com xəbər verir ki, bu barədə XİN tviterdə paylaşım edib. “Şuşa rayonu ərazisində Ermənistanın hərbi təxribatı nəticəsində Azərbaycan Ordusuna məxsus hərbi yük maşını qəsdən döşənmiş minaya düşüb, mina partlayıb, 3 hərbçi yaralanıb. Ermənistan Azərbaycanın suveren ərazisindəki bütün hərbi təxribatları dərhal dayandırmalıdır!”, – tvitdə qeyd olunub.
Read More »Şuşada erməni təxribatı nəticəsində yaralanan hərbçilərimiz Laçın yolu vasitəsilə təxliyə olunub
Şuşa rayonunun Allahqulular kəndi istiqamətindəki torpaq yolda Ermənistanın növbəti təxribatı nəticəsində minaya düşərək yaralanan hərbi qulluqçularımız Laçın yolu vasitəsilə təxliyə olunub. Boyukmillet.com xəbər verir ki, minaya düşən 3 hərbi qulluqçumuza hadisə baş verən zaman təxirəsalınmaz tibbi yardım göstərilib. Dərhal hərbi qulluqçularımız hərbi tibbi yardım maşınları vasitəsilə yaxınlıqda olan tibb müəssisələrindən birinə aparılıb. Qeyd edək ki, Rusiya Federasiyası sülhməramlı kontingentinin müvəqqəti …
Read More »Malidə silahlılar hava limanına hücum edib, ölənlər var
Malidə silahlılar hava limanına hücum edib, ölənlər var. Boyukmillet.com xəbər verir ki, bu barədə “Reuters” məlumat yayıb. Məlumata görə, Sevaradakı obyektlərə, o cümlədən ərazisində hərbi hava qüvvələri bazasının yerləşdiyi hava limanına üç hücum zamanı 9 nəfər həlak olub, 60-a yaxın insan yaralanıb. Bazanın ərazisində vəziyyət hakimiyyətin nəzarətindədir. Ərazi silahlılardan təmizlənir.
Read More »Ermənistanın təxribatı nəticəsində Şuşada mina partlayışında üç hərbi qulluqçumuz xəsarət alıb
Ermənistanın təxribatı nəticəsində Şuşa rayonu ərazisində baş vermiş mina partlayışı zamanı üç hərbi qulluqçumuz xəsarət alıb. Boyukmillet.com xəbər verir ki, Rusiya Federasiyası sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan ərazisində vəziyyətin gərginləşdirilməsi məqsədilə Şuşa rayonunun Allahqulular kəndi istiqamətindəki torpaq yolda Ermənistan tərəfindən növbəti təxribat törədilib. Aprelin 22-si saat 17:00 radələrində Allahqulular kəndi ətrafındakı yüksəkliklərdə yerləşən mövqelərimizə təminat vasitələrini daşıyan Azərbaycan Ordusunun hərbi …
Read More »İsmayıllıda zəlzələ olub
İsmayıllı rayonunda zəlzələ olub. Boyukmillet.com xəbər verir ki, bu barədə “Report”a Respublika Seysmoloji Xidmət Mərkəzindən məlumat verilib. Yeraltı təkanlar yerli vaxtla saat 18:42-də İsmayıllı stansiyasından 14 km cənub-qərbdə qeydə alınıb. Maqnitudası 3,6 olan zəlzələ hiss olunmayıb.
Read More »3-cü ildir ki, Mübarək Ramazan bayramını şanlı Zəfərimizin bizə bəxş etdiyi əhval-ruhiyyə ilə keçiririk
Siyasi elmlər doktoru, professor, Gürcüstan Beynəlxal münasibətlər və politologiya Akademiyasının akademiki Vaqif Abdullayev müqəddəs Ramazan bayramı münasibətilə Azərbaycan xalqını təbrik edib. Newscenter.az akademikin təbriki təqdim edir: “Əziz həmvətənlər! Sizi 11 Ayın Sultanı, Dünya müsəlmanlarının ən mübarək günü olan müqəddəs Ramazan bayramı münasibətilə səmimi qəlbdən təbrik edir, Allahdan oruc və namazlarınızın, dualarınızın qəbul olmasını diləyirəm.Azərbaycan cəmiyyətində vəhdətin, həmrəyliyin və nümunəvi tolerantlıq …
Read More »Cəlilabadda ev quşlarını oğurlayan şəxs saxlanılıb
Cəlilabadda ev quşlarını oğurlayan şəxs saxlanılıb. Boyukmillet.com xəbər verir ki, polis əməkdaşlarının oğurluq etdiklərinə görə tutduğu Rövşən Əzizovun və Mahir Astanovun 2021-ci ilin fevral ayında Zopun kəndindən 4 baş inək oğurlamaları, həmçinin M.Astanovun müxtəlif vaxtlarda 3 həyətyanı sahədən ümumilikdə 38 ev quşu oğurlaması da müəyyən olunub. Faktla bağlı araşdırmalar davam etdilir.
Read More »
Boyukmillet.com Biz yanmasaq vətən yanar