Dünya ölkələri Türkiyənin yerli istehsallı “TCG Anadolu” desant gəmisindən almaq istəyirlər. Boyukmillet.com xəbər verir ki, bunu ölkənin sənaye və texnologiya naziri Mustafa Varank deyib. O bildirib ki, artıq başqa ölkələr də “TCG Anadolu” ilə maraqlanır: “Bu gəmilərdən bizim üçün də istehsal edin” deyənlər var”. Amma M.Varank həmin ölkələrin adlarını açıqlamayıb. Nazirin sözlərinə görə, “TCG Anadolu” müdafiə sənayesi sahəsində yeni mərhələnin …
Read More »NATO-nun mobil təlim qrupu Azərbaycana gəlib
Müdafiə Nazirliyinin NATO ilə 2023-cü il üçün Fərdi Tərəfdaşlıq üzrə Əməkdaşlıq Proqramı çərçivəsində Hərbi Hava Qüvvələrinin (HHQ) hərbi qulluqçularının və NATO-nun Ramştayn HHQ Komandanlığının mobil təlim qrupunun nümayəndələrinin iştirakı ilə özünüqiymətləndirmə təliminin məsləhətçi görüşü keçirilib. Təlimin birinci günündə qonaqlara inzibati məlumatlandırma və bölmənin fəaliyyəti barədə brifinqlər təqdim edilib. Sonra təlimin strukturu, ssenarisi, qarşıya qoyulan tapşırıqlar və məqsədlərlə bağlı kurs iştirakçılarına …
Read More »Mərdəkanda kişi bıçaqlanıb
Xəzər rayonunun Mərdəkan qəsəbəsindən paytaxt sakini Elşad Məmmədovun qarın nahiyəsindən kəsilmiş-deşilmiş xəsarətlə xəstəxanaya gətirilməsi barədə polisə məlumat daxil olub. Xəzər RPİ 1-ci Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində cinayət əməlini törətməkdə şübhəli bilinən Şuşa şəhər sakini Zaur Xanəliyev müəyyən edilərək saxlanılıb. Faktla bağlı araşdırma aparılır.
Read More »Türkiyənin Hakkari bölgəsi terrorçulardan tamamilə təmizlənib
Türkiyənin cənub-şərqində – İran və İraqla sərhəddə yerləşən Hakkari bölgəsi terrorçulardan tamamilə təmizlənib. Boyukmillet.com xəbər verir ki, bunu Türkiyənin daxili işlər naziri Süleyman Soylu deyib. O bildirib ki, son 40 ildə ilk dəfədir bu bölgədə yaşayan insanlar Ramazan bayramını tam təhlükəsiz formada qeyd edirlər: “Hakkari terrorçulardan tamamilə təmizlənib. Buna nail olmaq üçün Türkiyə indiyədək çox böyük çətinliklərin öhdəsindən gəlib. Ölkəmiz …
Read More »Yevlaxda həkimi öldürməkdə təqsirləndirilən şəxslərin cinayət işi məhkəməyə göndərilib
Yevlax rayonunda həkimi öldürməkdə təqsirləndirilən Daşqın Xəlilov, Fəxrid Allahverdiyev və Ramiz Məmmədovun cinayət işinin ibtidai istintaqı yekunlaşıb. Boyukmillet.com xəbər verir ki, iş baxılması üçün Şəki Ağır Cinayətlər Məhkəməsinə göndərilib və hakim Xaliq Məmmədovun sədrliyi ilə araşdırılacaq. Məhkəmənin hazırlıq iclası mayın 4-nə təyin olunub. Qeyd edək ki, hadisə bu ilin yanvarında Yevlax rayonunda qeydə alınıb. 1993-cü il təvəllüdlü Daşqın Xəlilov, 2004-cü il …
Read More »Xaçmazda iki qardaş itkin düşüb
Xaçmazda iki qardaş itkin düşüb. Boyukmillet.com xəbər verir ki, Xaçmaz rayon sakinləri 16 yaşlı Nicat Muradov və qardaşı 13 yaşlı Kənan aprelin 20-də təhsil aldıqları Xaçmaz rayon 9 saylı tam orta məktəbdən çıxdıqdan sonra onları görən olmayıb, eləcə də yaşadıqları evə bir daha geri qayıtmayıblar. Şəkildə gördüyünüz şəxsləri görənlərdən və barələrində məlumatı olanlardan DİN-in “102 – Xidməti Zəng Mərkəzi”nə, həmçinin …
Read More »Samir Adıgözəlli: Azərbaycan öz içindən, İran cəsuz şəbəkəsini söküb çıxarmaqda qərarlıdır…
İctimai Siyasi Proseslər Beynəlxalq Araşdırmalar Mərkəzinin (İSBAM) sədri Samir Adıgözəlli Reaksiya TV-yə açıqlama verib. Boyukmillet.com xəbər verir ki, politoluq ölkədəki siyasi və ictimai mövzulara toxunub, eyni zamanda ölkə başçısı İlham Əliyevin çıxışını analiz edərək öz fikirlərini izləyiciləri ilə bölüşüb.“Azərbaycan üçüncü Qarabağ müharibəsinin astanasındadır” sözlərini irəli sürən Adıgözəlli , müəyyən qüvvələrin Ermənistan hökümətinin siyasətinə təsir göstərdiyini bildirib.Hansı ki, bu təsir təkcə …
Read More »Ərdoğan: Sultan Əhməd məscidini belə bir gündə ibadətə açdığımız üçün şadıq”
“Sultan Əhməd məscidini belə bir gündə ibadətə açdığımız üçün şadıq”. Boyukmillet.com xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Sultan Əhməd məscidinin təmir-bərpa işlərindən sonra istifadəyə verilməsi ilə bağlı tədbirdə çıxışında bildirib. Dövlət başçısı məscidin açılışını cümə günü, xüsusilə Ramazan bayramında etməkdən şad olduğunu deyib: “Bərpa işlərini mənalı bir gündə, Ramazan bayramı münasibətilə tamamladığımız üçün xoşbəxtik. Hazırda çox fərqli …
Read More »MN: “Ermənistandan Azərbaycan ərazisinə canlı qüvvə və silah-sursat daşınmasına cəhdlər göstərilir”
Azərbaycan Ordusunun bölmələrinin Laçın yolunun şimalındakı torpaq yolları nəzarətə götürməsindən sonra Ermənistandan Azərbaycan ərazisindəki qeyri-qanuni erməni silahlı dəstələri üçün canlı qüvvə, silah-sursat, mina, eləcə də digər hərbi təyinatlı vasitələrin daşınmasına və bu məqsədlə yeni keçid yollarının müəyyən edilməsinə cəhdlər göstərilir. Bu barədə Müdafiə Nazirliyindən məlumat verilib. Qeyd edilib ki, aprelin 21-i səhər saatlarında qeyri-qanuni erməni silahlı dəstələrinin döyüş mövqelərinə təminat …
Read More »İrandan Azərbaycana 21 kq-a yaxın narkotik keçirilməsinin qarşısı alınıb
İrandan Azərbaycana 21 kq-a yaxın narkotik keçirilməsinin qarşısı alınıb. Boyukmillet.com xəbər verir ki, aprelin 19-da saat 00:25-də Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının “Horadiz” sərhəd dəstəsinin xidməti ərazisində narkotik vasitələrin qaçaqmalçılıq yolu ilə İran İslam Respublikasından Azərbaycan Respublikasına keçirilməsinin qarşısı alınıb. Keçirilmiş sərhəd axtarışı və əməliyyat tədbirləri nəticəsində ümumi çəkisi 20 kiloqram 690 qram narkotik vasitə marixuana aşkar olunaraq götürülüb. Fakt üzrə əməliyyat-istintaq …
Read More »
Boyukmillet.com Biz yanmasaq vətən yanar