“Biz ilk növbədə silah tədarükü məsələsini müzakirə etdik”. Boyukmillet.com xəbər verir ki, bunu Ukrayna Prezidenti Volodimir Zelenski NATO Baş katibi Yens Stoltenberqlə birlikdə keçirdiyi mətbuat konfransında deyib. O bildirib ki, uzaqmənzilli müasir aviasiya, artilleriya və zirehli texnikaların tədarükünü ləngitmək olmaz: “Müvafiq qərarları təxirə salmaq sülh üçün vaxt itirmək deməkdir”. Qeyd edək ki, Y.Stoltenberq Kiyevdə səfərdədir.
Read More »Vilayət Eyvazov polis baş leytenantını yüksək vəzifəyə təyin edib
Şamaxı Rayon Polis Şöbəsinin (RPŞ) rəisinə yeni müavin təyin edilib. Boyukmillet.com xəbər verir ki, bununla bağlı daxili işlər naziri general-polkovnik Vilayət Eyvazov əmr imzalayıb. Əmrə əsasən, polis baş leytenantı Vüsal Əmrahov Şamaxı RPŞ-nin rəisinin xidmət üzrə müavini təyin edilib. O, bundan əvvəl həmin şöbənin İctimai Təhlükəsizlik Bölməsinin rəisi vəzifəsində işləyib.
Read More »Azərbaycan və Özbəkistan investisiyaların təşviqi barədə müzakirələr aparıb
Azərbaycanla Özbəkistan arasında investisiyaların təşviqi və potensial layihələr barədə müzakirələr aparılıb. Boyukmillet.com xəbər verir ki, bunu iqtisadiyyat naziri Mikayıl Cabbarov Tviter səhifəsində bildirib. “Özbəkistanın investisiya, sənaye və ticarət naziri Ləziz Kudratov ilə keçirdiyimiz görüşdə ölkələrimiz arasında iqtisadi əməkdaşlığın son dövrlər fəal inkişaf etdiyini vurğuladıq”, – deyə nazir bildirib. Özbəkistanın investisiya, sənaye və ticarət naziri Ləziz Kudratov ilə keçirdiyimiz görüşdə ölkələrimiz arasında …
Read More »Moldovadakı Azərbaycan icması Ermənistanın barbarlığı ilə bağlı beynəlxalq ictimaiyyətə çağırış edib
Moldovada fəaliyyət göstərən Azərbaycan icması Ermənistan tərəfindən əsir götürülmüş Azərbaycan hərbçilərinə işgəncə verilməsi və İrəvanda keçirilən ağır atletika üzrə Avropa çempionatının açılış mərasimində Azərbaycan bayrağının yandırılması kimi vandalizm aktlarını qətiyyətlə pisləyib. Bu barədə Azərbaycanın Diasporla İş üzrə Dövlət Komitəsindən məlumat verilib. Bildirilib ki, Moldova Azərbaycanlıları Konqresi adından BMT-nin, ATƏT-in Kişinyovdakı nümayəndəliklərinə və digər beynəlxalq təşkilatlara ünvanlanan bəyanatlarında Azərbaycan Ordusunun əsgərləri …
Read More »İntensiv yağış yağacaq, şimşək çaxacaq, güclü külək əsəcək – XƏBƏRDARLIQ
Bakıda və Abşeron yarımadasında aprelin 21-də gündüz şimal-qərb küləyinin 15-20 m/s, axşama doğru arabir 23 m/s-dək güclənəcəyi gözlənilir. Bu barədə Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Bildirilib ki, Azərbaycanın rayonlarında aprelin 21-i əvvəlcə şimal və qərb rayonlarında, gün ərzində isə digər ərazilərdə arabir yağıntılı olacağı gözlənilir. Ayrı-ayrı yerlərdə intensiv olacağı, şimşək çaxacağı, dolu düşəcəyi, yüksək dağlıq ərazilərdə qar yağacağı ehtimalı var. …
Read More »Azərbaycan İrəvanda bayrağımızı yandıran ermənini beynəlxalq axtarışa verib
Azərbaycan İrəvanda bayrağımızı yandıran ermənini beynəlxalq axtarışa verib. Bu barədə Baş Prokurorluğun Mətbuat Xidmətindən məlumat verilib. Bildirilib ki, aprelin 14-də Ermənistanın paytaxtı İrəvanda keçirilən Ağır atletika üzrə Avropa çempionatının açılış mərasimində mediadan istifadə olunmaqla milli nifrət və düşmənçiliyin salınmasına yönəlmiş nümayişkəranə hərəkətlərlə Dövlət bayrağımızın yandırılması faktı üzrə Azərbaycanın Baş prokuroru tərəfindən Cinayət Məcəlləsinin 12.2, 283.2.1, 12.2, 283.2.2 və 12.2, 324-cü maddələrilə başlanmış …
Read More »Ərdoğan Ramazan bayramı münasibətilə türk xalqını təbrik edib
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan türk xalqını müsəlmanların müqəddəs Ramazan bayramı münasibətilə təbrik edib. Boyukmillet.com xəbər verir ki, bu barədə “Anadolu” agentliyi məlumat yayıb. “Bu il Ramazan ayını 6 fevral zəlzələləri nəticəsində çoxlu sayda həmvətənimizin həlak olmasının acısını yaşayaraq hüznlə qarşıladıq. Bir daha sayları 50 mindən çox olan zəlzələ və daşqın qurbanlarına Allahdan rəhmət, qohumlarına və yaxınlarına isə səbr diləyirəm”, …
Read More »Paşinyan ABŞ rəsmisi ilə Ermənistan-Azərbaycan münasibətlərinin tənzimlənməsini müzakirə edib
Ermənistanın baş naziri Nikol Paşinyan ABŞ Dövlət Departamentinin Qafqaz danışıqları üzrə baş müşaviri Lui Bononu İrəvanda qəbul edib. Boyukmillet.com “Novosti Armenia”ya istinadən xəbər verir ki, bu barədə Ermənistan hökumətinin mətbuat xidməti məlumat yayıb. Bildirilib ki, tərəflər Ermənistanla Azərbaycan arasında münasibətlərin tənzimlənməsini müzakirə ediblər.
Read More »Zakir Həsənov Ramazan bayramı münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib
Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənov Ramazan bayramı münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib. Boyukmillet.com-un xəbərinə görə, təbrikdə deyilir: “Cənab zabitlər, yoldaş gizirlər, miçmanlar, kursantlar, çavuşlar, əsgərlər, matroslar mülki işçilər! Dünya müsəlmanlarının mənəvi birlik, həmrəylik, bərabərlik rəmzi olan Ramazan bayramı münasibətilə Sizi səmimi-qəlbdən təbrik edir, hər birinizə möhkəm cansağlığı, çətin, eyni zamanda, şərəfli və müqəddəs xidmətinizdə uğurlar arzulayıram. İslami …
Read More »İnsanları hava limanında işə düzəltmək adı ilə aldararaq pullarını ələ keçirən şəxs saxlanılıb
Vətəndaşların etibarından sui-istifadə edərək onları işə düzəltmək adı altında aldadan və müxtəlif məbləğlərdə pul vəsaitlərini ələ keçirən əvvəllər məhkum olunmuş Rahil Fərəcov saxlanılıb. Bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən məlumat verilib. Əməliyyat nazirliyin Nəqliyyatda Baş Polis İdarəsinin Hava Nəqliyyatında Polis İdarəsinin əməkdaşları tərəfindən keçirilib. Arşadırmalar zamanı müəyyən edilib ki, R.Fərəcov insanların sıx toplaşdığı yerlərdə özünü hava limanının əməkdaşı kimi …
Read More »
Boyukmillet.com Biz yanmasaq vətən yanar