Dəmir yollarından dəyəri 10 min manat olan 6 ədəd drossel-tansformatorlar oğurlayan şəxslər saxlanılıblar. Boyukmillet.com xəbər verir ki, dəmir yolları xəttinin Qaradağ rayonu Səngəçal-Qobustan mənzilinin 67-ci kilometrliyində quraşdırılan ümumilikdə 6 ədəd drossel-transformatorlar naməlum şəraitdə oğurlanıb. Hadisə barədə məlumat daxil olan kimi Dəmiryolu Nəqliyyatında Polis İdarəsinin və Biləcəri Xətt Polis Şöbəsinin əməkdaşları tərəfindən təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri həyata keçirilib. Nəticədə hadisəni törətməkdə şübhəli …
Read More »İrlandiyalı tarixçi: “Ermənistan danışıqları ləngidir, hər iki tərəfdən insanlar ölür”
“Ermənistanın sülh danışıqlarına maneçilik törətməsi, Azərbaycan ilə sazişin imzalanmasını ləngitməsi hər iki tərəfdən insanların ölməkdə davam etməsinə gətirib çıxarır”. Boyukmillet.com xəbər verir ki, bunu “Report”a açıqlamasında irlandiyalı tarixçi və politoloq Patrik Uolş (Patrick Walsh) deyib. Onun sözlərinə görə, sülh yolu ilə nizamlanmanın nəticəsinin olmaması iki ölkə arasında bu və ya digər formada müharibə vəziyyətinin hələ də davam etməsi deməkdir. P.Uolş …
Read More »Xocavənddə silah-sursat tapılıb
Xocavənddə silah-sursat tapılıb. Boyukmillet.com xəbər verir ki, Xocavənd Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən işğaldan azad edilmiş ərazilərdəki tərk edilmiş hərbi mövqelərdən silah-sursatın və partlayıcı vasitələrin toplanması istiqamətində tədbirlər davam etdirilir. Xocavənd RPŞ-nin əməkdaşlarının rayon ərazisində keçirdiyi tədbirlər nəticəsində 2 avtomat, 10 əl qumbarası və 5 mərmi götürülərək aidiyyəti üzrə təhvil verilib.
Read More »Ermənilər itkin düşən azərbaycanlı əsgərə işgəncə verib, fotosunu yayıblar
Azərbaycanın Naxçıvan Muxtar Respublikasının Şahbuz rayonunun Ermənistanla sərhəd ərazisində əlverişsiz hava şəraitində məhdud görmə səbəbindən azaraq itkin düşən azərbaycanlı əsgəri ermənilər döyüb, igəncə veriblər. Boyukmillet.com xəbər verir ki, fotonu “Baqramyan26” teleqram kanalı (Ermənistan hökumətinə aiddir) yayıb. Qeyd edək ki, ermənilər həmişə əsir və girov götürdüklərinə işgəncə verib, fiziki təzyiqlərə məruz qoyublar. Xocalı soyqırımını törədənlərdən bundan artığını gözləmək də sadəlövhlük olardı. …
Read More »Prezident İlham Əliyevin Bosniya və Herseqovinanın lideri ilə geniş tərkibdə görüşü başlayıb
Aprelin 13-də Sarayevoda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Bosniya və Herseqovinanın Rəyasət Heyətinin Sədri xanım Jelka Tsviyanoviç, Rəyasət Heyətinin üzvləri Jelko Komşiç və Denis Beçiroviç ilə geniş tərkibdə görüşü başlayıb. Boyukmillet.com xəbər verir ki, bu barədə Azərbaycan Prezidentinin Mətbuat Xidməti məlumat yayıb.
Read More »Ümummilli liderin 100 illik yubileyinə həsr olunmuş növbəti tədbir Lənkəranda keçirilib
“Heydər Əliyev İli” çərçivəsində Dövlət Təhlükəsizliyi Xidməti (DTX) tərəfindən respublikamızın şəhər və rayonlarında keçirilən “Heydər Əliyev və təhlükəsizlik orqanları” adlı növbəti tədbir Lənkəran şəhərində təşkil olunub. Boyukmillet.com xəbər verir ki, bu barədə DTX-nin saytı məlumat yayıb. Tədbirdə Lənkəran şəhər İcra Hakimiyyətinin başçısı Taleh Qaraşov, DTX-nin rəhbər şəxsləri və əməkdaşları, şəhərin hüquq-mühafizə orqanlarının rəhbərləri, təhlükəsizlik orqanlarının veteranları, Vətən müharibəsi iştirakçıları, şəhid ailəsi …
Read More »“Heydər Əliyev Azərbaycanda yerli özünüidarəetmənin banisidir” mövzusunda konfrans keçirilib
Müasir müstəqil dövlətimizin banisi, Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100 illik yubileyi münasibətilə Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən elan olunmuş 2023-cü il “Heydər Əliyev İli” çərçivəsində Ədliyyə Nazirliyi tərəfindən Ulu Öndərin əziz xatirəsinə həsr olunan silsilə tədbirlər davam etdirilir. Boyukmillet.com xəbər verir ki, bu münasibətlə aprelin 12-də nazirliyin təşkilatçılığı ilə “Heydər Əliyev Azərbaycanda yerli özünüidarəetmənin banisidir” mövzusunda konfrans keçirilib. …
Read More »Ədliyyə naziri Sabirabadda vətəndaşları qəbul edib
Aprelin 11-də ədliyyə naziri Fikrət Məmmədov Sabirabad rayonunda Sabirabad, Saatlı, İmişli və digər rayonlardan olan vətəndaşların qəbulunu keçirib. Boyukmillet.com xəbər verir ki, əvvəlcə ümummilli lider Heydər Əliyevin abidəsi ziyarət olunaraq önünə gül dəstələri qoyulub, əziz xatirəsinə dərin ehtiram bildirilib. Dövlət başçısının tapşırığına və bölgələrdə vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq keçirilən qəbulda hər bir vətəndaş diqqətlə dinlənilərək, müraciətləri ilə bağlı aidiyyəti …
Read More »Sarayevoda Azərbaycan Prezidenti İlham Əliyevin rəsmi qarşılanma mərasimi olub
Bosniya və Herseqovinada rəsmi səfərdə olan Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin aprelin 13-də Sarayevo şəhərinin Musala meydanında rəsmi qarşılanma mərasimi keçirilib. Boyukmillet.com xəbər verir ki, Azərbaycanın və Bosniya və Herseqovinanın Dövlət bayraqlarının dalğalandığı meydanda Prezident İlham Əliyevin şərəfinə fəxri qarovul dəstəsi düzülüb. Bosniya və Herseqovinanın Rəyasət Heyətinin Sədri xanım Jelka Tsviyanoviç Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevi qarşılayıb. Fəxri qarovul dəstəsinin …
Read More »Azərbaycan Ordusunun itkin düşən 2 əsgərinin Ermənistanda saxlanıldığı təsdiqlənib
Naxçıvan Muxtar Respublikasının Şahbuz rayonunun Ermənistanla sərhəd ərazisində əlverişsiz hava şəraitində məhdud görmə səbəbindən azaraq itkin düşən Azərbaycan Ordusunun 2 əsgəri Ermənistanda saxlanılır. Boyukmillet.com xəbər verir ki, bu barədə Ermənistanın Müdafiə Nazirliyi məlumat yayıb. Nazirlik iddia edir ki, azərbaycanlı hərbçilərdən biri aprelin 13-də Ermənistanın Qarakilsə rayonu ərazisində aşkarlanıb və saxlanılıb. Qeyd edək ki, Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar …
Read More »
Boyukmillet.com Biz yanmasaq vətən yanar