“Terrorçuluğu və işğalçılıq siyasətini dəstəkləyən bəzi ölkələrin hərbçilərinin şər-böhtan xarakterli ittihamları qəbuledilməz və cəfəngiyyatdır”. Boyukmillet.com xəbər verir ki, bunu müdafiə naziri general-polkovnik Zakir Həsənov xidməti müşavirədə deyib. Nazir Azərbaycan Ordusunun uğurlu əməliyyatlarını həzm edə bilməyənlər tərəfindən səsləndirilən fikirləri şərh edərək heç kəsin bizimlə təhdid dilində danışa bilməyəcəyini vurğulayaraq terrorçuluğu və işğalçılıq siyasətini dəstəkləyən bəzi ölkələrin hərbçilərinin şər-böhtan xarakterli ittihamlarının qəbuledilməz …
Read More »Aprel qaziləri: “Aprel qalibiyyəti Ermənistan ordusunun darmadağınının əsasını qoydu”
“Aprel döyüşləri 44 günlük müharibənin, Ermənistan ordusunun darmadağınının əsasını qoydu. Həmin döyüşlər Ermənistan ordusu barədə yayılan və havadarları tərəfindən təbliğ edilən mifi də dağıtdı”. Bu fikirləri “Report”a müsahibəsində Azərbaycan Ordusunun mayoru Aqşin Qasımov deyib. Onun sözlərinə görə, erməni silahlılarının 2016-cı ilin aprelin 2-də törətdikləri təxribatlar daha genişmiqyaslı oldu: “Bir hərbçi olaraq həmin günü çoxdan gözləyirdim. Çünki hər dəfə xidmətimiz dövründə işğal …
Read More »Azərbaycan manatının dövretmə sürəti cüzi artıb
Bu il martın 1-nə Azərbaycanın milli valyutası – manatın dövretmə sürəti 4,1 bənd təşkil edib. Bu barədə Boyukmillet.com Azərbaycan Mərkəzi Bankının (AMB) hesabatına istinadən xəbər verir. Bu göstərici 2023-cü ilin fevralın 1-i ilə müqayisədə 0,08 bənd çox, yanvarın 1-i ilə müqayisədə 0,43 bənd, 2022-ci ilin martın 1-nə nisbətən isə 0,9 bənd azdır. Xatırladaq ki, manatın dövretmə sürətinin son 17 il ərzində ən aşağı həddi 2015-ci ilin yanvar ayının yekununda, yəni son …
Read More »Müdafiə Nazirliyində xidməti müşavirə keçirilib, Qarabağ iqtisadi rayonunda mövcud əməliyyat şəraiti təhlil edilib
Aprelin 1-də müdafiə naziri general-polkovnik Zakir Həsənovun rəhbərliyi ilə xidməti müşavirə keçirilib, Qarabağ iqtisadi rayonunda mövcud əməliyyat şəraiti təhlil edilib. Bu barədə Müdafiə Nazirliyindən məlumat verilib. Bildirilib ki, müşavirədə nazir müavinləri, qoşun növü komandanları, nazirliyin baş idarə, idarə və xidmət rəisləri, eləcə də videobağlantı vasitəsilə hərbi birlik və birləşmə komandirləri iştirak ediblər. Əvvəlcə Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin və torpaqlarımızın …
Read More »Biləsuvarda mədəniyyət müəssisələrinə baxış keçirilib
Mədəniyyət nazirinin birinci müavini, nazir vəzifəsini icra edən Adil Kərimli martın 31-də Biləsuvar rayonunda vətəndaşlarla görüşdən sonra rayonda fəaliyyət göstərən bir sıra mədəniyyət və bədii təhsil ocaqlarına baş çəkib. Adil Kərimli Heydər Əliyev Mərkəzi, Mədəniyyət Mərkəzi, Orxan Əkbərov adına Uşaq İncəsənət Məktəbi, Dövlət Rəsm Qalereyası, Xırmandalı kənd Uşaq İncəsənət Məktəbi, Tarix-Diyarşünaslıq Muzeyi, Dövlət Bayrağı Muzeyinin fəaliyyəti ilə tanış olub. Müəssisələrə …
Read More »Bakıda Azərbaycanlıların Soyqırımı Gününə həsr olunmuş tədbir keçirilib
“İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi 31 mart – Azərbaycanlıların Soyqırımı Günü ilə əlaqədar “Daşların harayı” adlı tədbir keçirib. İdarə rəhbərliyi və əməkdaşlarının, İçərişəhər Ağsaqqallar Şurasının üzvlərinin, “Qoru” Gənclər Təşəbbüs Qrupunun könüllülərinin iştirak etdiyi tədbirdə öncə 1918-ci ilin mart-aprel aylarında azərbaycanlılara qarşı törədilmiş soyqırımı qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Şirvanşahlar Sarayı Kompleksində təşkil edilmiş tədbirdə çıxış edən “İçərişəhər” DTMQİ-nin …
Read More »Neftçalada avtomobil aşıb, xəsarət alanlar var
Neftçala-Xolqaraqaşlı avtomobil yolunda qəza baş verib, 2 nəfər xəsarət alıb. Boyukmillet.com xəbər verir ki, minik avtomobili idarəetməni itirərək yolun kənarına aşıb. Qəza nəticəsində rayonun Xolqaraqaşlı kəndinin sakinləri, 1996-cı il təvəllüdlü Ələkbərov Tural Abuzər oğlu və 1997-ci il təvəllüdlü Zamanov Kamil Telman oğlu müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Yaralılar Neftçala Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Faktla bağlı araşdırma aparılır.
Read More »Səfir: “Soyqırımı cinayətlərinə hüquqi qiymət verilməli, onları törədənlər cəzalandırılmalıdır”
“Soyqırımı cinayətlərinə hüquqi qiymət verilməli, onları törədənlər cəzalandırılmalıdır”. Boyukmillet.com xəbər verir ki, bunu Azərbaycanın Türkiyədəki səfiri Rəşad Məmmədov Ankarada keçirilən 31 Mart – Azərbaycanlıların Soyqırımı Gününə həsr olunmuş “İşğaldan zəfərə. Qazi Universitetində Qarabağ və Xocalı” adlı anım tədbirində bildirib. Azərbaycanın Türkiyədəki Səfirliyinin və Qazi Universiteti Türk Dünyası Tətbiq və Araşdırma Mərkəzinin təşkilatçılığı ilə Qazi Universitetində baş tutan tədbirdə Türkiyə hökumətinin …
Read More »Azərbaycanın diaspor təşkilatları beynəlxalq ictimaiyyəti 31 mart soyqırımına hüquqi-siyasi qiymət verməyə çağırıb
Xarici ölkələrdə fəaliyyət göstərən Azərbaycan diaspor təşkilatlarının rəhbərləri dünya birliyindən 1918-ci ilin mart hadisələrinə hüquqi-siyasi qiymət verilməsini və soyqırımı kimi tanınmasını tələb edən bəyanat yayıblar. Bu barədə “Report”a Diasporla İş üzrə Dövlət Komitəsindən məlumat verilib. Bəyanatda bildirilib ki, bolşeviklərlə erməni silahlı quldur dəstələrinin 1918-ci il martın 30-dan aprelin 3-dək Azərbaycanda törətdikləri qanlı qırğınlar ermənilərin azərbaycanlılara, o cümlədən insanlığa qarşı törətdiyi soyqırımlardan …
Read More »Polis Akademiyasında soyqırımı qurbanları anılıb
Martın 31-də Daxili İşlər Nazirliyinin (DİN) Polis Akademiyasında Azərbaycanlıların Soyqırımı Gününə həsr olunmuş anım mərasimi keçirilib. Boyukmillet.com xəbər verir ki, tədbir iştirakçıları əvvəlcə soyqırımı qurbanlarının, xalqımızın ümummilli lideri Heydər Əliyevin, Azərbaycanın suverenliyi və ərazi bütövlüyü uğrunda canlarını fəda etmiş, xidməti borcu yerinə yetirərkən həlak olmuş polis əməkdaşlarının xatirəsini bir dəqiqəlik sükutla yad ediblər. Azərbaycan Dövlət Himni səsləndirilib. Tədbiri giriş sözü …
Read More »
Boyukmillet.com Biz yanmasaq vətən yanar