“Rusiyalı idmançıların yarışlardan kənar qalmasını istəmirəm”. Boyukmillet.com xəbər verir ki, bunu “Report”a müsahibəsində Azərbaycanın sərbəst güləş üzrə 3 qat dünya və 3 qat Avropa çempionu Hacı Əliyev deyib. 32 yaşlı idmançı Rusiya idmançılarının güləşdə ən yaxşılardan hesab olunduğunu bildirib: “Sözsüz ki, onların olmaması bizə böyük üstünlük verir. Rusiya güləşçiləri hər zaman gözəl nəticələr əldə ediblər”. Titullu pəhləvanın sözlərinə görə, idmanı siyasətə …
Read More »Pərviz Şahbazov: “Tezliklə İğdır-Naxçıvan kəmərinin Türkiyə hissəsinin tikintisinə başlanılacaq”
Tezliklə İğdır-Naxçıvan kəmərinin Türkiyə hissəsinin tikintisinə başlanılacaq. Boyukmillet.com xəbər verir ki, bunu energetika naziri Pərviz Şahbazov özünün “Tviter” hesabında yazıb. Nazir Budapeştdə Türkiyənin enerji və təbii sərvətlər naziri Fatih Dönməzlə görüşdüyü qeyd edib. “Budapeştdə əziz dostum, qardaşım və həmkarım Fatih Dönməz ilə enerji əməkdaşlığımızı dərinləşdirəcək layihələr üzrə fəaliyyətimizi dəyərləndirdik”, – deyə P. Şahbazov bildirib. Xatırladaq ki, 2020-ci il dekabrın 15-də Ankarada …
Read More »Ceyhun Bayramov İsrail Prezidentinə təşəkkür edib
Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov İsrail Prezidenti İsaaq Hersoqa qonaqpərvərliyə görə təşəkkür edib. Boyukmillet.com xəbər verir ki, o bu barədə tviterdə yazıb. “İsrailə rəsmi səfərim çərçivəsində Azərbaycanla İsrail arasında ikitərəfli və çoxtərəfli əməkdaşlığın hazırkı səviyyəsindən məmnunluq ifadə olundu”, – nazir bildirib. Qeyd edək ki, bu gün İsrail Prezidenti Ceyhun Bayramovu qəbul edib. Glad to be received by @Isaac_Herzog, President of …
Read More »Ariel Kohen: “Azərbaycan səfirliyinin açılması İsrail ilə əməkdaşlıqda mühüm mərhələdir”
“Azərbaycanın İsraildə səfirlik açması iki ölkə arasında əməkdaşlıqda mühüm mərhələdir”. Bunu “Report”a açıqlamasında “Atlantic Council”ın baş elmi işçisi Ariel Kohen deyib. “İki ölkənin rəhbərliyi Azərbaycan və yəhudi xalqları arasında əsrlər boyu mövcud olan sıx əlaqələrə söykənən mədəni əlaqələri, iqtisadi və siyasi əməkdaşlığı, o cümlədən təhlükəsizlik sahəsində münasibətləri inkişaf etdirib”, – o vurğulayıb. A.Kohenin fikrincə, sabitliyin pozulduğu hazırkı dünyada ölkələr bir-birinin …
Read More »Azərbaycanın XİN başçısı İsrail Prezidenti ilə çoxtərəfli əməkdaşlığa dair fikir mübadiləsi aparıb
Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovla İsrail Prezidenti İsaaq Hersoq müxtəlif sahələrdə ikitərəfli və çoxtərəfli əməkdaşlığa dair fikir mübadiləsi aparıb. Boyukmillet.com xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyindən bildirilib. Tərəflər həmçinin təhlükəsizlik, iqtisadiyyat, təhsil, mədəniyyətlə bağlı müzakirələr aparıb. Qeyd edək ki, bu gün İsrail Prezidenti Ceyhun Bayramovu qəbul edib. During his official visit to , FM of #Azerbaijan @Bayramov_Jeyhun was received by President …
Read More »Tehranın yada salmaq istəmədiyi soyqırımı – ŞƏRH
Güneyli-quzeyli azərbaycanlıları ermənilərin və havadarlarının soyqırımına məruz qoymasından 105 il ötür. Prezident Heydər Əliyevin 1998-ci il martın 26-da imzaladığı “Azərbaycanlıların soyqırımı haqqında” fərmanla 31 mart “Azərbaycanlıların Soyqırımı Günü” elan edilib. Bu, ermənilərin güneyli-quzeyli azərbaycanlılara qarşı törətdiyi soyqırımının ümumiləşdirilmiş tarixidir. Ermənilər havadarlarının yardımı və dəstəyi ilə yüz ildən artıqdır azərbaycanlılara qarşı soyqırımı həyata keçirirlər. 1918-ci ilin martında kütləvi qırğınlar Bakı şəhərində …
Read More »AzMİU-da karyera sərgisi keçiriləcək
Azərbaycan Memarlıq və İnşaat Universitetində (AzMİU) növbəti dəfə tələbə və məzunlar üçün karyera sərgisi keçiriləcək. Boyukmillet.com xəbər verir ki, məşğulluğun artırılması məqsədilə keçirilən sərgidə 70-dən çox dövlət qurumu, müəssisə və təşkilat ümumilikdə 200-dən çox vakansiya və təcrübə proqramı ilə iştirak edəcək. Sərgidə iştirakçı qurumlar tərəfindən AzMİU tələbə və məzunlarına ixtisasları üzrə məşğulluq, iş və təcrübə imkanları təklif ediləcək. Karyera sərgisi …
Read More »Azərbaycan Hərbi Hava Qüvvələri təlimlərə başlayıb
Azərbaycan Hərbi Hava Qüvvələrinin aviasiya vasitələri 2023-cü ilin hazırlıq planına uyğun olaraq təlim-məşq uçuşlarını icra edir. Uçuşlardan öncə hərbi pilotlar ən müasir trenajorlarda uçuş vərdişlərini məşq etdirir, eləcə də heyətə təhlükəsizlik qaydaları çatdırılır, daha sonra praktiki uçuşlar həyata keçirilir. Döyüş vərdişlərinin təkmilləşdirilməsi məqsədi ilə keçirilən məşqlərdə aviasiya vasitələrinin uçuşları müəyyən edilmiş marşrutlar üzrə yerinə yetirilir. Qalxma və enmə, müxtəlif hündürlüklərdə …
Read More »Azərbaycan-Səudiyyə Ərəbistanı Birgə İşgüzar Şurasının ilk iclası keçiriləcək
Yaxın vaxtlarda Ər-Riyadda Azərbaycan-Səudiyyə Ərəbistanı Birgə İşgüzar Şurasının ilk iclasının keçirilməsi gözlənilir. Boyukmillet.com xəbər verir ki, bu barədə İqtisadiyyat Nazirliyinin Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) İdarə Heyətinin sədri Orxan Məmmədovla Səudiyyə Ərəbistanının İnvestisiya Nazirliyinin Beynəlxalq əlaqələr üzrə nazir müavini Məhəmməd Əl-Hasnah arasında keçirilən onlayn görüşdə qeyd edilib. Görüşdə Azərbaycan-Səudiyyə Ərəbistanı İşçi Qrupu çərçivəsində əməkdaşlığın inkişafına, KOBİA nümayəndələrinin və …
Read More »Heydər Əliyevin 100 illiyi ilə əlaqədar yubiley medalı təsis edilir
Heydər Əliyevin 100 illiyi (1923-2023) Azərbaycan Respublikasının yubiley medalı təsis ediləcək. Boyukmillet.com xəbər verir ki, bununla bağlı ” Azərbaycan Respublikasının yubiley medalının təsis edilməsi ilə əlaqədar “Azərbaycan Respublikasının orden və medallarının təsis edilməsi haqqında” qanuna dəyişiklik təklif edilir. Layihə Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin bu gün keçirilən iclasında birinci oxunuşda müzakirəyə çıxarılıb.
Read More »
Boyukmillet.com Biz yanmasaq vətən yanar