Azərbaycanda Kommunikasiya Strategiyasının icrası nəticəsində onlayn qoşulmaların sayında əvvəlki dövrlə müqayisədə artım qeydə alınıb. Boyukmillet.com xəbər verir ki, bu barədə Biznes mühiti və beynəlxalq reytinqlər üzrə Komissiyanın “Elektrik təchizatı şəbəkələrinə qoşulma” İşçi qrupunun videokonfrans formatında keçirilən növbəti iclası zamanı bildirilib. “E-sistem” istifadəçilərinin sayının artırılması, bu istiqamətdə operativliyin təmin olunması, xidmətdə keyfiyyət səviyyəsinin artırılması və vaxt itkisinin qarşısının alınması məqsədilə gələn …
Read More »Deputat: “Fazil Mustafaya qarşı xain hücumla bağlı cinayətkarların layiqli şəkildə cəzalandırılacağına şübhə yoxdur”
Milli Məclisin deputatı Fazil Mustafaya qarşı xain hücumla bağlı cinayətkarların layiqli şəkildə cəzalandırılacağına şübhə yoxdur. Boyukmillet.com xəbər verir ki, bunu Milli Məclisin Regional məsələlər komitəsinin sədri, deputat Siyavuş Novruzov deyib. O, deputata qarşı təşkil edilmiş xain silahlı hücumu şiddətlə qınayıb, qətiyyətlə pisləyib: “Hüquq-mühafizə orqanları müvafiq tədbirlər həyata keçirir, cinayətkarların, sifarişçilərin və icraçıların müəyyən edilərək hüquqi məsuliyyətə cəlb olunacağına və layiqli …
Read More »XİN: “Ceyhun Bayramovun tarixi səfərindən sonra İsraillə əməkdaşlıq daha da genişlənəcək”
“Azərbaycan-İsrail münasibətləri və qarşılıqlı faydalı əməkdaşlıq bu tarixi səfərdən sonra daha da genişlənəcək”. Boyukmillet.com xəbər verir ki, bunu Azərbaycan Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsinin rəisi Ayxan Hacızadə tviterdə yazıb. “Azərbaycan-İsrail tərəfdaşlığı daha güclü olsun”, – o bildirib. Qeyd edək ki, bu gün İsraildə Azərbaycanın səfirliyi açılacaq. Bu məqsədlə Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov və Milli Məclisin bir qrup …
Read More »Britaniya səfiri deputat Fazil Mustafaya qarşı terror aktını şiddətlə qınayıb
Böyük Britaniyanın Azərbaycandakı səfiri Fergus Auld Böyük Quruluş Partiyasının sədri, Milli Məclisin deputatı Fazil Mustafaya qarşı terror aktını pisləyib. Boyukmillet.com xəbər verir ki, diplomat bu barədə tviterdə paylaşım edib. F.Auld bildirib ki, bir neçə ay əvvəl F.Mustafayla tanış olmaq imkanı olub. “Dünən axşam ona qarşı baş verən silahlı hücum məni çox kədərləndirdi. Bu hadisəni şiddətli şəkildə qınayır və onun tezliklə …
Read More »Xankəndi-Laçın yolunda BQXK-nın avtomobilləri maneəsiz hərəkət ediblər
Bu gün Şuşadan keçən Xankəndi-Laçın yolunda Beynəlxalq Qızıl Xaç Komitəsinə (BQXK) məxsus ümumilikdə 8 avtomobilin hərəkət etməsinə şərait yaradılıb. “Report”un aksiya keçirilən ərazidəki əməkdaşı xəbər verir ki, nəqliyyat vasitələrinin maneəsiz şəkildə hərəkət etməsi təmin olunub. Belə ki, həmin minik avtomobilləri Xankəndidən Laçın istiqamətinə keçid ediblər. Bu, bir daha göstərir ki, humanitar məqsədli maşınların keçidi üçün heç bir məhdudiyyət yoxdur. Xatırladaq …
Read More »Bu gün İsraildə Azərbaycanın səfirliyi açılır
Bu gün İsrailin paytaxtı Təl-Əviv şəhərində Azərbaycan səfirliyinin açılışı olacaq. Boyukmillet.com xəbər verir ki, açılış mərasimində Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov, həmçinin Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov, Azərbaycan-İsrail parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Anatoliy Rafailov, qrupun üzvləri Arzu Nağıyev, Ağalar Vəliyev, Fatma Yıldırım, Elnur Allahverdiyev, Asim Mollazadə və Rasim Musabəyov iştirak edəcəklər. …
Read More »Xankəndi-Laçın yolunda ekofəalların aksiyası 108 gündür davam edir
Azərbaycanın Qarabağ iqtisadi rayonunda faydalı qazıntı yataqlarının qanunsuz istismarına qarşı Xankəndi-Laçın yolunda keçirilən etiraz aksiyası 108 gündür davam edir. “Report”un hazırda ərazidə olan əməkdaşı xəbər verir ki, aksiya iştirakçıları ötən gecə boyu da yüksək fəallıq nümayiş etdiriblər.Təhlükəsizlik qaydalarına yüksək səviyyədə əməl olunan toplanış yerində gecə boyu da heç bir insident baş verməyib.Həmişə olduğu kimi, etirazçılar bu səhəri də Azərbaycan Dövlət …
Read More »Bakıda kafeyə silahlı basqın olub
Bakıda kafeyə silahlı basqın olub. “Report”un xəbərinə görə, hadisə paytaxtın Biləcəri qəsəbəsində yerləşən “Aşıqlar” kafesində qeydə alınıb. Belə ki, həmin kafeyə müştəri qismində gələn 2 nəfər şəxs Məmmədov Səxavət Məhəmməd oğlunun üzərinə bıçaq çəkərək pul tələb edib və kassadan təxminən 40-45 manat məbləğində pul götürüb. Hadisəni törətməkdə şübhəli bilinən 1992-ci il təvəllüdlü Cəfərov Ricat Salman oğlu və 1996-cı il təvəllüdlü …
Read More »DİN deputatın güllələnməsi ilə bağlı əhaliyə müraciət edib
Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin şöbə rəisi, polis polkovnik-leytenantı Elşad Hacıyev Milli Məclisin deputatı Fazil Mustafanın paytaxtın Sabunçu rayonunda yaşadığı evin qarşısında odlu silahdan açılmış atəş nəticəsində xəsarət alması faktı ilə bağlı əhaliyə müraciət edib. Boyukmillet.com xəbər verir ki, müraciətdə deyilir: “Millət vəkili Fazil Mustafaya qarşı törədilən cinayət faktı ilə bağlı rəsmi olaraq təsdiq olunmayan və dəqiqləşdirilməyən məlumatları yaymayın. …
Read More »Rusiya və İran XİN rəhbərləri Cənubi Qafqazdakı vəziyyəti müzakirə edəcəklər
Bu gün Moskva şəhərində Rusiyanın xarici işlər naziri Sergey Lavrov ilə İranın xarici işlər naziri Hüseyn Əmir Abddulahian arasında görüş baş tutacaq. Bu barədə Boyukmillet.com “TASS”a istinadən xəbər verir. Qeyd olunub ki, artıq İranın xarici siyasət idarəsinin rəhbəri Moskvadadır. Nazirlər İranın nüvə proqramı üzrə Birgə Hərtərəfli Fəaliyyət Planının (JCPOA) bərpası məsələlərindən tutmuş Cənubi Qafqazdakı vəziyyəti və digər mövzuları müzakirə edəcəklər. …
Read More »
Boyukmillet.com Biz yanmasaq vətən yanar