Çərşənbə , 8 Aprel 2026

autor

Azərbaycan boksçusu dünya çempionatına qələbə ilə başlayıb

Azərbaycan boksçusu Zeynəb Rəhimova Hindistanın paytaxtı Yeni Dehlidə keçirilən dünya çempionatında ilk döyüşünə çıxıb. Boyukmillet.com xəbər verir ki, 54 kq çəki dərəcəsində mübarizə aparan milli üzvü 1/32 final mərhələsində CAR təmsilçisi Lethokule Sibisi ilə üz-üzə gəlib. Hər 3 raundu aktivinə yazan Rəhimova yekunda 5:0 (30:25, 30:26, 30:26, 30:27, 30:27) hesablı qələbə qazanıb. O, 1/16 finalda ilk mərhələdən azad olan yeni …

Read More »

Şahin Diniyev: “Bir xal bizim üçün qızıla bərabərdir”

“Qələbə bizim üçün çox vacib idi. Amma 1 xal qızıla bərabərdir. Ümid edirəm ki, bu xal may ayında bizə çox lazım olacaq”. Boyukmillet.com xəbər verir ki, bunu “Səbail”in baş məşqçisi Şahin Diniyev evdə “Turan Tovuz”la 1:1 hesablı heç-heçə etdikləri Azərbaycan Premyer Liqasının XXVII tur oyunundan sonra mətbuat konfransında deyib. 57 yaşlı mütəxəssis hər iki komandanın meydana qələbə qazanmaq üçün çıxdığını …

Read More »

“Azərbaycan Dəmir Yolları” bayram günlərində gücləndirilmiş iş rejimində işləyəcək

“Azərbaycan Dəmir Yolları” QSC-nin bütün strukturları bayram günlərində gücləndirilmiş iş rejimində çalışacaq, o cümlədən sərnişindaşıma xidmətinin təhlükəsiz, rahat və vaxtında təmin edilməsi istiqamətində əlavə tədbirlər planı həyata keçiriləcək. Boyukmillet.com xəbər verir ki, Novruz bayramında artan sərnişin tələbatı nəzərə alınaraq, 20, 22, 24 mart tarixlərində Bakı-Qəbələ, 21, 23, 25 mart tarixlərində isə Qəbələ-Bakı istiqamətində reyslərin sayı artırılıb. Bakı-Qəbələ marşrutu üzrə qatar Bakıdan saat 08.00-da yola düşərək mənzil başına saat 11:20-də çatacaq. Qəbələdən Bakıya saat 19:00-da yola düşən qatar isə saat 22:20-də Bakı Dəmiryol …

Read More »

YAP İdarə Heyətinin iclası keçirilib, 38 nəfər partiya sıralarından xaric olunub

Martın 16-da Yeni Azərbaycan Partiyasının (YAP) İdarə Heyətinin videokonfrans formatında iclası keçirilib, 38 nəfər partiya sıralarından xaric olunub. Boyukmillet.com xəbər verir ki, iclasın müzakirəsinə Yeni Azərbaycan Partiyasının 2022-ci il üzrə maliyyə hesabatlarının təsdiq edilməsi, Yeni Azərbaycan Partiyasının üzvlüyündən xaric edilməsi təklif olunan şəxslərlə bağlı YAP rayon (şəhər) təşkilatlarının təqdimatlarına baxılması və cari məsələlər çıxarılıb. YAP Sədrinin müavini-Mərkəzi Aparatın rəhbəri Tahir …

Read More »

Ağdaş sakinlərindən odlu silahlar götürülüb

Ağdaş sakinlərindən qanunsuz saxladıqları odlu silahlar götürülüb. Boyukmillet.com xəbər verir ki, Ağdaş Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyatlar zamanı vətəndaşlardan müxtəlif markalı 7 ədəd müvafiq sənədləri olmayan ov tüfəngi götürülüb. Həmçinin aparılan profilaktiki tədbirlər nəticəsində rayon sakinləri ümumilikdə 5 tüfəngi könüllü olaraq polis şöbəsinə təhvil veriblər. Bu istiqamətdə tədbirlər davam etdirilir.

Read More »

TDT-nin Ankara Bəyannaməsində Azərbaycanın Tehrandakı səfirliyinə hücum qınanılıb

Türk Dövlətləri Təşkilatı (TDT) Azərbaycanın Tehrandakı səfirliyinə hücumu qınayıb. Boyukmillet.com  xəbər verir ki, bu barədə TDT Türk Dövlətləri Təşkilatının Dövlət Başçılarının Fövqəladə Zirvə görüşündə imzalanan Ankara Bəyannaməsində bildirilib. Bəyannamə sənədində vurğulanıb ki, hadisəyə görə məsuliyyət daşıyanlar ədalət qarşısında cavab verməlidirlər.

Read More »

Prezident İlham Əliyev: “Ermənistan Qərbi Azərbaycanda mədəni irsimizi dağıdıb”

Tarixi torpağımız olan Qərbi Zəngəzurun 1920-ci ilin noyabr ayında sovet hökumətinin qərarı ilə Azərbaycandan ayrılıb Ermənistana verilməsi Türk dünyasının coğrafi cəhətdən ayrılmasına səbəb olmuşdur. 1991-ci ilə qədər bütün azərbaycanlılar indiki Ermənistan ərazisindən zorla qovulmuşdur. Boyukmillet.com xəbər verir ki, bu sözləri Azərbaycan Prezidenti İlham Əliyev martın 16-da Ankarada keçirilən Türk Dövlətləri Təşkilatının Dövlət Başçılarının Fövqəladə Zirvə görüşündə çıxışında deyib. “Ermənistan Qarabağda və …

Read More »

TDT-nin növbəti Zirvə görüşü oktyabrda Qazaxıstanda keçiriləcək

Türk Dövlətləri Təşkilatının (TDT) növbəti Zirvə görüşü bu ilin oktyabr ayında Qazaxıstanda keçiriləcək. Boyukmillet.com  xəbər verir ki, Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev martın 16-da Ankarada keçirilən Türk Dövlətləri Təşkilatının Dövlət Başçılarının Fövqəladə Zirvə görüşündə çıxışı zamanı deyib. Onun sözlərinə görə, TDT-nin X sammiti Türküstanda baş tutacaq: “Bu ilin payızında TDT-yə sədrlik Qazaxıstana keçəcək. Bu müddət ərzində bir sıra əlamətdar tədbirlər keçirməyi …

Read More »