Çərşənbə , 8 Aprel 2026

autor

DİM buraxılış imtahanlarında test suallarının yanlış olması ilə bağlı iddialara münasibət bildirilib

Dövlət İmtahan Mərkəzi martın 5 və 12-də keçirilən buraxılış imtahanlarında test suallarının yanlış olması ilə bağlı iddialara münasibət bildirib. Boyukmillet.com xəbər verir ki, son günlər 5 və 12 mart tarixlərində keçirilən tam orta təhsil səviyyəsi üzrə buraxılış imtahanlarından sonra sosial şəbəkələr və ictimaiyyət arasında müəyyən müzakirələr aparılır. Bildirilib ki, buraxılış imtahanları iştirakçıların əhatə dairəsinə görə ən kütləvi imtahanlar hesab olunur, …

Read More »

Paşinyan: “Ermənistan Azərbaycandan sülh müqaviləsi ilə bağlı yeni təkliflər alıb”

“Ermənistan Azərbaycandan sülh müqaviləsi ilə bağlı yeni təkliflər alıb”. Boyukmillet.com “Sputnik Armenia”ya istinadən xəbər verir ki, bunu Ermənistanın baş naziri Nikol Paşinyan parlamentin iclasında deyib. O bildirib ki, müzakirələrin dördüncü mərhələsi başlayıb: “Biz yaxın gələcəkdə öz mövqeyimizi təqdim edəcəyik. Biz sülh perspektivinə sadiqik”.

Read More »

ASAPES və MGİMO-nun ikili diplom proqramının Moskva mərhələsi keçirilir

Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyası (ASAPES) ilə Moskva Dövlət Beynəlxalq Münasibətlər Universitetinin (MGİMO) ikili diplom proqramı çərçivəsində təhsil alan “İdman menecmenti” magistr proqramının Moskva mərhələsi keçirilir. ASAPES-dən “Report”a verilən məlumata görə, Rusiyanın paytaxtında 1-ci kurs tələbələri üçün 4 modul üzrə tədris prosesi davam edir. MGİMO-da tədris proqramının açılışı ilə əlaqədar təşkil olunan tədbirdə ali təhsil ocağının prorektoru Artyom …

Read More »

KİV: “Ermənistanın müdafiə naziri “Artsax Respublikası” ifadəsinin işlədilməsini qadağan edib”

“Ermənistanın müdafiə naziri Suren Papikyan martın 15-də nazirliyin bölmələrində “Artsax (?!) Respublikası” ifadəsinin işlədilməsinin qadağan edilməsi ilə bağlı məxfi əmr imzalayıb”. Boyukmillet.com xəbər verir ki, bunu “Hraparak” qəzeti yazıb. Nəşrin məlumatına görə, nazirin əmrində yazılıb: ““Artsax Respublikası” sözünü leksikondan çıxarmaq, yalnız “Dağlıq Qarabağ” sözlərindən istifadə etmək lazımdır”. Bildirilib ki, S.Papikyanın əmri Müdafiə Nazirliyi sistemində vəzifəyə yeni təyin edilən, eyni zamanda istefada …

Read More »

Ziya Bünyadov prospektindən 20 Yanvar dairəsi istiqamətində hərəkət məhdudlaşdırılacaq

Bakının Nəsimi rayonunun Alı Mustafayev küçəsində (3-cü mikrorayon dairəsi) yerləşən yol ötürücüsündə aparılacaq təmir işləri ilə əlaqədar olaraq Ziya Bünyadov prospektindən 20 Yanvar dairəsi istiqamətində (yalnız yolötürücüsü üzərində) avtonəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılacaq. Boyukmillet.com xəbər verir ki, bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi məlumat yayıb. Bildirilir ki, sözügedən yolötürücüsü üzərində hərəkət intensivliyi nəzərə alınaraq məhdudlaşma qeyri-iş günlərində, mart ayının 24-ü …

Read More »

İranda aksiyalarda saxlanılan uşaqlar fiziki və cinsi zorakılıqlara məruz qalır

İranın kəşfiyyat və təhlükəsizlik xidmətlərinin əməkdaşları ümummilli etirazlarda iştirakı boğmaq üçün 12 yaşlı uşaqlara qarşı döyülmə, şallaqlamaq, elektrşok, zorlama və digər cinsi zorakılıq da daxil olmaqla dəhşətli işgəncələr törədir. Boyukmillet.com xəbər verir ki, bu barədə “Amnesty İnternational” təşkilatı bu gün bildirib. İranda 22 yaşlı Məhsa Əmininin həbsdə öldürülməsinin səbəb olduğu misli görünməmiş xalq üsyanının altı ayını qeyd edən “Amnesty International” …

Read More »

Bayram günlərində polis gücləndirilmiş iş rejimində xidmət aparacaq

Daxili İşlər Nazirliyi Baş Dövlət Yol Polisi İdarəsi qeyri-iş günlərində xidmətin təşkili ilə bağlı əhaliyə müraciət edib. İdarədən bildirilib ki, Novruz bayramı ilə əlaqədar qeyri-iş günlərində polis, o cümlədən Dövlət Yol Polisi gücləndirilmiş iş rejimində xidmət aparacaq. “Qeyri-iş günlərində nəqliyyat vasitələri sahiblərinin və sürücülərin asudə vaxtlarının daha çox olması nəzərə alınaraq, nəqliyyat vasitələrinin texniki baxışdan keçirilməsi üçün paytaxtın Sabunçu və Qaradağ …

Read More »

Ankarada TDT Xarici İşlər Nazirləri Şurasının iclası başlayıb

Türkiyənin paytaxtı Ankara şəhərində Türk Dövlətləri Təşkilatının (TDT) Xarici İşlər Nazirləri Şurasının iclası başlayıb. Boyukmillet.com xəbər verir ki, toplantı TDT-nin “Fəlakət-Fövqəladə Halların İdarə Edilməsi və Humanitar Yardım” mövzusunda bu gün Ankarada keçiriləcək fövqəladə zirvə görüşü çərçivəsində keçirilir.İclası Türkiyənin XİN başçısı Mövlud Çavuşoğlu açıq elan edib.O, zəlzələnin nəticələrinin aradan qaldırılması sahəsində ölkəsinə verdiyi dəstəyə görə TDT-yə üzv dövlətlərə təşəkkür edib.

Read More »

Azərbaycan nefti 7 dollar ucuzlaşıb

Dünya bazarında “Azeri Light” markalı Azərbaycan neftinin 1 barelinin qiyməti 6,99 ABŞ dolları, yaxud 8,59 % azalaraq 74,42 ABŞ dolları təşkil edib. Bu barədə neft bazarındakı mənbə məlumat verib. Dünən hərracların nəticələrinə görə “Brent” markalı neftin may fyuçersləri 74,4 ABŞ dollarına satılıb. Azərbaycanın builki dövlət büdcəsində bir barel neftin orta qiyməti 50 ABŞ dollarından hesablanıb. Xatırladaq ki, “Azeri Light” neftinin ən aşağı qiyməti 2020-ci il aprelin 21-də (15,81 ABŞ dolları), maksimal qiyməti isə …

Read More »

Bu gün Ankarada TDT Dövlət başçılarının Fövqəladə Zirvə Görüşü keçiriləcək

Bu gün Ankarada Türk Dövlətləri Təşkilatının (TDT) Dövlət başçılarının Fövqəladə Zirvə Görüşü keçiriləcək. “Report”un tədbirə ezam olunmuş əməkdaşının xəbərinə görə, Zirvə Görüşündə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan, Azərbaycan Prezidenti İlham Əliyev, Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev, Qırğızıstan Prezidenti Sadır Japarov, Özbəkistan Prezidenti Şavkat Mirziyoyev, müşahidəçi ölkələrin nümayəndələri Şimali Kipr Türk Respublikasının Prezidenti Ersin Tatar, Macarıstanın Baş naziri Viktor Orban və Türkmənistan …

Read More »