Çərşənbə , 8 Aprel 2026

autor

ABŞ Rusiyanın bioloji silah üzərində işlədiyini açıqlayıb

Rusiya bioloji silahlar haqqında Konvensiyaya baxmayaraq, bioloji silahın yaradılması üzərində işləməyə davam edir. Boyukmillet.com xəbər verir ki, bu barədə ABŞ Dövlət Departamentinin sözçüsü Ned Prays brifinqdə deyib. “Birləşmiş Ştatlar hesab edirlər ki, Rusiya bioloji silahlar haqqında Konvensiyadan irəli gələn öhdəlikləri pozaraq hücum xarakterli bioloji silah proqramını dəstəkləməkdə davam edir”, – xarici siyasət idarəsinin nümayəndəsi qeyd edib. Onun sözlərinə görə, Kreml öz təcavüzünə …

Read More »

“Qarabağ” “Qalatasaray”la matça başqa klublardan futbolçu cəlb edə bilər

“Qarabağ” “Qalatasaray”la keçiriləcək yoldaşlıq matçı üçün Premyer Liqamızda çıxış edən digər klublardan oyunçular dəvət edə bilər. Boyukmillet.com xəbər verir ki, bunu “ARB 24”ə açıqlamasında komandanın baş məşqçisi Qurban Qurbanov deyib. O, qeyd edib ki, xeyli futbolçusu milli komandaların düşərgəsində olacağından bu addımı ata bilərlər:  “Oyunçu baxımından bir az ehtiyatlanmaq istəyirəm. Çünki oyunçularımızın sayı yetəri qədər deyil. Cəmi 11-12 futbolçumuz qalacaq. …

Read More »

Pakistanda partlayış olub, ölənlər var

Martın 14-də axşam Pakistanın cənub-qərbindəki Bəlucistan əyalətində baş verən partlayış nəticəsində ən azı iki nəfər ölüb, 8 nəfər yaralanıb. Boyukmillet.com xəbər verir ki, bu barədə polisə istinadən “Dawn” qəzeti məlumat yayıb. Bildirilib ki, olay regionun mərkəzi hissəsində yerləşən Xuzdar şəhərində baş verib. Partlayıcı qurğu maqnitlərlə mülki avtomobilə bərkidilib və uzaqdan işə salınıb. Polisin məlumatına görə, hücumun hədəfi partlayış zamanı avtomobildə olan …

Read More »

Şəmkirdə avtomobil qəzası olub, xəsarət alanlar var

Şəmkir rayonun Könüllü kəndində minik avtomobili yük maşınınla toqquşub, 5 nəfər xəsarət alıb. Boyukmillet.com xəbər verir ki, yol-nəqliyyat hadisəsi zamanı 1970-ci il təvəllüdlü Səidə Hüseynova, onun qızı 1998-ci il təvəllüdlü Pakizə Əhmədova və daha 3 nəfər xəsarət alıb. Onlardan ikisi Şəmkir Mərkəzi Rayon Xəstəxanasına digərləri isə Gəncə şəhərində yerləşən hospitalların birinə yerləşdirilib. Faktla bağlı araşdırma aparılır.

Read More »

Rəşad Məmmədov Anar Bağırovla Türkiyədə keçirilən görüşləri müzakirə ediblər

Azərbaycanın Türkiyədəki Rəşad Məmmədov Vəkillər Kollegiyasının sədri Anar Bağırovun başçılıq etdiyi nümayəndə heyətini səfirlikdə qəbul edib. Boyukmillet.com xəbər verir ki, bu barədə Azərbaycanın Türkiyədəki səfirliyi tviterdə məlumat yayıb. Bildirilib ki, nümayəndə heyətinin Turkiyənin müvafiq dövlət qurumları ilə keçirdiyi səmərəli görüşlərə dair fikir mübadiləsi aparılıb.

Read More »

TDT-nin rəhbəri Türkiyənin XİN başçısı ilə görüşüb

Türk Dövlətləri Təşkilatının (TDT) Baş katibi Kubanıçbek Ömuraliyev Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu ilə görüşüb. Boyukmillet.com xəbər verir ki, bu barədə qurumun Baş katibi tviterdə bildirib. “Bu gün Ankarada Türkiyə xarici işlər naziri cənab Mövlud Çavuşoğlu ilə bir araya gələrək martın 16-da toplanacaq növbədənkənar zirvəmizin son hazırlıqlarını və gündəmini müzakirə etdik”, – K. Ömüraliyev sosial şəbəkədə qeyd edib.

Read More »

Çempionlar Liqası: Daha iki komanda 1/4 finala yüksəlib

UEFA Çempionlar Liqasında (ÇL) 1/8 finalın daha iki cavab oyunu keçirilib. Boyukmillet.com xəbər verir ki, “Mançester Siti” İngiltərədə Almaniya “Leyptsiq”ini qəbul edib. İlk görüşdə 1:1 hesablı heç-heçəyə razılaşan “şəhərlilər” evdə rəqibinə 7 cavabsız qolla qalib gələrək 1/4 finala yüksəlib. Digər matçda isə İtaliya “İnter”i Portuqaliyada “Portu” ilə qolsuz heç-heçə etməklə adını növbəti mərhələyə yazdırıb. Milan təmsilçisi evdəki ilk qarşılaşmada 1:0 …

Read More »

Çili sahilində 5,6 maqnitudalı zəlzələ olub

Çilinin əhalisi 22,3 min olan Lebu şəhərindən 159 km cənub-qərbdə 5,6 maqnitudalı zəlzələ olub. Boyukmillet.com xəbər verir ki, bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi məlumat yayıb. Bildirilib ki, yeraltı təkanların ocağı 10 km dərinlikdə olub. Dağıntı və tələfat barədə məlumat verilməyib.

Read More »

Bakıda yol qəzasında ər-arvad yaralanıb

Bakının Nizami rayonunda yol-nəqliyyat hadisəsi qeydə alınıb. Boyukmillet.com xəbər verir ki, iki avtomobilin toqquşması nəticəsində 1982-ci il təvəllüdlü Nəsibov Anar Qurban oğlu və onun həyat yoldaşı 1989-cu il təvəllüdlü Nəsibova Aysel Zahid qızı müxtəlif dərəcəli xəsarətlərlə xəstəxanaya çatdırılıb. Faktla bağlı araşdırma aparılır.

Read More »