Çərşənbə , 8 Aprel 2026

autor

Ordubadda mənzillərdən oğurluq edən şəxs saxlanılıb

Ordubad rayonunda mənzillərdən oğurluq edən şəxs saxlanılıb. Boyukmillet.com xəbər verir ki, Ordubad Rayon Polis Şöbəsinin əməkdaşları Gənzə kəndindən mənzillərdən birindən qızıl-zinət əşyaları və pul vəsaiti oğurlayan şəxsi müəyyənləşdirərək saxlayıb. Rayon sakini, əvvəllər məhkum olunmuş A.Əliyevin barəsində Azəbaycan Respublikası CM-nin 177.2.2, 177.2.3 və 69.3- cü maddələri ilə cinayət işi açılıb, istintaq hərəkətləri davam edir.

Read More »

Türkiyədə seçkilərdə iştirak edə biləcək partiyaların siyahısı açıqlanıb

Türkiyədə mayın 14-də keçirilməsi nəzərdə tutulan prezident və parlament seçkilərində 36 partiya iştirak edə biləcək. Boyukmillet.com xəbər verir ki, bunu ölkənin Ali Seçki Şurası açıqlayıb. Beləliklə, Şuranın “Resmi gazete”də dərc edilən qərarına Ədalət və Birlik Partiyası, Ədalət Partiyası, Ədalət və İnkişaf Partiyası, Ana Vətən Partiyası, Müstəqil Türkiyə Partiyası, Böyük Birlik Partiyası, Böyük Türkiyə Partiyası, Cümhuriyyət Xalq Partiyası, Demokratiya və Sıçrayış Partiyası, …

Read More »

Təbrizdə güclü partlayış olub, ölənlər və yaralananlar var

Martın 12-də gecə 3 radələrində İranın Şərqi Azərbaycan vilayətinin Təbriz şəhərində yaşayış binasında güclü partlayış olub. Boyukmillet.com  “Mehr“ə istinadən xəbər verir ki, hadisədə 5 nəfər ölüb, 4 nəfər yaralanıb. Bildirilib ki, partlayış 100 evə təsir edib. Şərqi Azərbaycanın Fövqəladə Hallar İdarəsinin rəhbəri Məhəmməd Xanbərar olayda 3 yaşayış evinin tamamilə dağıldığını açıqlayıb.

Read More »

Bakıda “Heydər Əliyev 100: Həyatı və irsi” adlı tədbir keçirilir

Bakıdakı Heydər Əliyev Mərkəzində ümummilli lider Heydər Əliyevin 100 illiyi ilə əlaqədar “Heydər Əliyev 100: Həyatı və irsi” adlı tədbir keçirilir. Boyukmillet.com-un xəbərinə görə, toplantıda X Qlobal Bakı Forumunun iştirakçıları, Milli Məclisin deputatları, dövlət və media nümayəndələri iştirak edirlər. Tədbir çərçivəsində “Qlobal liderlərin Heydər Əliyevin irsinə ehtiramı” və “Milli kimliyin qurulması” adlı panel iclasları keçiriləcək. Toplantıda Albaniya Prezidenti Bayram Beqay …

Read More »

KXDR Cənubi Koreya və ABŞ-a xəbərdarlıq edib

Koreya Xalq Demokratik Respublikası (KXDR) Cənubi Koreya və ABŞ-ın təlimləri öncəsi ölkənin mühafizəsi ilə bağlı bir sıra tədbirlər qəbul edib. Boyukmillet.com xəbər verir ki, bu barədə Koreya Mərkəzi Xəbər Agentliyi məlumat yayıb. Agentlik təsdiq edilmiş tədbirlərin məzmununu açıqlamayıb, lakin ABŞ və Cənubi Koreyanın təxribatlarının qırmızı xəttə çatdığını bildirib. Bundan əvvəl məlum olub ki, Cənubi Koreya və ABŞ gələn həftə başlayacaq …

Read More »

Xankəndi-Laçın yolundan sülhməramlıların iki avtomobili maneəsiz keçib

Şuşadan keçən Xankəndi-Laçın yolunda Rusiya sülhməramlılarına məxsus 2 avtomobilin hərəkət etməsinə şərait yaradılıb. “Report”un aksiya keçirilən ərazidəki əməkdaşı xəbər verir ki, toplanış yerində nəqliyyat vasitələrinin maneəsiz hərəkət etməsi təmin olunub. Belə ki, 2 yük avtomobili Xankəndidən Laçın istiqamətinə maneəsiz hərəkət edib. Bu, bir daha onu sübut edir ki, yol aksiyanın keçirilməsinə baxmayaraq, humanitar məqsədlər üçün açıqdır. Xatırladaq ki, Azərbaycanın Qarabağ …

Read More »

Ağalı kənd tam orta məktəbində ilk dəfə buraxılış imtahanı keçiriləcək

 Bu gün Bakı şəhərinin Nərimanov, Sabunçu, Xəzər, Səbail, Nəsimi, Nizami rayonlarında, Gəncə (II zona), Naxçıvan, Mingəçevir şəhərlərində, Abşeron, Samux, Daşkəsən, Ağstafa, Qazax, Tovuz, Sabirabad, Saatlı, İmişli, Qobustan, Zərdab, Şamaxı, İsmayıllı, Cəlilabad, Yardımlı, Lerik, Biləsuvar, Ağcabədi, Beyləqan, Füzuli, Ağdam, Zəngilan (Ağalı kəndi), Qax, Balakən, Zaqatala, Quba, Şabran, Qusar rayonlarında, həmçinin xüsusi məktəblərdə (internat məktəbləri, cəzaçəkmə müəssisələrində yerləşən məktəblərdə), tədrisi gürcü dilində …

Read More »

“Ekoloji cinayətə son” – Xankəndi-Laçın yolunda etiraz aksiyası 91 gündür davam edir

Azərbaycanın Qarabağ iqtisadi rayonunda faydalı qazıntı yataqlarının qanunsuz istismarına qarşı Xankəndi-Laçın yolunda keçirilən etiraz aksiyası 91 gündür davam edir. “Report”un hazırda ərazidə olan əməkdaşı xəbər verir ki, havanın qarlı və şaxtalı olmasına baxmayaraq, aksiya iştirakçıları ötən gecə boyu da yüksək fəallıq nümayiş etdiriblər. Təhlükəsizlik qaydalarına yüksək səviyyədə əməl olunan toplanış yerində gecə boyu da heç bir insident baş verməyib. Həmişə …

Read More »

ABŞ-ın nüvə bombardmançısı Rusiya sərhədi boyunca uçub

Amerika nüvə bombardmançısı Polşa qırıcılarının müşayiətilə Rusiyanın sərhədi boyunca uçub. Boyukmillet.com xəbər verir ki, bunu Polşa Baş nazirinin müavini Mariuş Blaşak tviter səhifəsində yazıb. Onun sözlərinə görə, Polşa qırıcıları yenidən Amerikanın “B-52” bombardmançı təyyarəsini müşayiət edib. “Bu, qarşılıqlı fəaliyyət üzrə təlimin vacib hissəsidir. Biz birlikdə NATO-nun şərq cinahını təmin edirik”. https://twitter.com/mblaszczak/status/1634619730177736709?ref_src=twsrc%5Etfw%7Ctwcamp%5Etweetembed%7Ctwterm%5E1634619730177736709%7Ctwgr%5E9213e4681996918e9495023a279e60b88152344c%7Ctwcon%5Es1_&ref_url=https%3A%2F%2Freport.az%2Fdiger-olkeler%2Fabs-in-nuve-bombardmancisi-rusiya-serhedi-boyunca-ucub%2F

Read More »

Naxçıvanda Heydər Əliyevin 100 illiyinə həsr olunmuş ağacəkmə aksiyası keçirilib

Bu gün Naxçıvan Muxtar Respublikasında ümummilli lider Heydər Əliyevin 100 illiyinə həsr olunmuş könüllü ağacəkmə aksiyası keçirilib. Boyukmillet.com xəbər verir ki, Azərbaycan Prezidentinin səlahiyyətli nümayəndəsi Fuad Nəcəfli, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin, Nazirlər Kabinetinin, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin kollektivləri, eyni zamanda ekologiya könüllüləri Duzdağ Fizioterapiya Mərkəzinə gedən yolun sol kənarındakı 2 hektar ərazidə keçirilən ağacəkmə aksiyasında iştirak ediblər. Aksiya …

Read More »