“Biz Yunanıstanla münasibətlərdə dialoqun tərəfdarıyıq, bunu qarşı tərəfə çatdırmışıq”. Boyukmillet.com xəbər verir ki, bunu Türkiyənin milli müdafiə naziri ordu generalı Hulusi Akar “CNN Türk”ə müsahibəsində deyib. O bildirib ki, Yunanıstanla konstruktiv müzakirələr davam edir: “Yunanıstanda qatar qəzası oldu. Baş sağlığı verdik. Biz xoş qonşuluq münasibətlərinə uyğun olaraq problemlərin sülh yolu həllinin tərəfdarıyıq”.
Read More »“Minatəmizləməyə dair informasiya sistemi haqqında Əsasnamə” təsdiqlənib
Nazirlər Kabineti “Minatəmizləməyə dair informasiya sistemi haqqında Əsasnamə”ni təsdiqləyib. Boyukmillet.com xəbər verir ki, bununla bağlı qərarı Baş nazir Əli Əsədov imzalayıb. Qərara əsasən Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinə Minatəmizləməyə dair informasiya sistemini mühafizə olunan telekommunikasiya kanalları ilə təmin etsin və həmin sistemin təhlükəsizlik meyarları üzrə monitorinqini həyata keçirmək, Minatəmizləmə Agentliyi ilə birlikdə informasiya sisteminin təhlükəsizliyinin təmin edilməsi məqsədilə zəruri …
Read More »SİMA yeni nəsil rəqəmsal imza “Vergi və Mühasibatlıq Zirvəsi”ndə təqdim edilib
Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində olan “AzInTelecom” MMC tərəfindən yaradılan SİMA yeni nəsil rəqəmsal imza 500-dən çox şirkət əməkdaşının iştirak etdiyi “Vergi və Mühasibatlıq Zirvəsi”nə dəstək göstərir. Bu gün keçirilən tədbirin sərgi hissəsində SİMA yeni nəsil rəqəmsal imza təqdim edilib. Tədbirdə iştirak edən qonaqlara və sərgi iştirakçılarına SİMA rəqəmsal imzanın vətəndaşlar üçün bu günədək təqdim etdiyi xidmətlər barədə ətraflı …
Read More »Premyer Liqa: “Turan Tovuz” və “Qəbələ” start heyətini açıqlayıblar
Azərbaycan Premyer Liqasının XXVI turunda günün ilk oyunu “Turan Tovuz”la “Qəbələ” arasında keçiriləcək. Boyukmillet.com xəbər verir ki, komandalar start “11-lik”lərini açıqlayıblar. “Turan Tovuz”: 85. Kamal Bayramov (k), 4. Şəhriyar Əliyev, 39. Sadiq Quliyev, 8. Şakir Seyidov, 55. Xulu Siyanda, 30. Piruzi Marakvelidze, 17. Natan Oduva, 25. Denis Marandiçi, 19. Runi Eva, 23. Okebuqvu Henri, 11. Ayxan Quseynov Ehtiyat oyunçular: 1. Tərlan Əhmədli, …
Read More »FHN tərəfindən silsilə maarifləndirmə tədbirləri keçirilib
Fövqəladə Hallar Nazirliyinin (FHN) aidiyyəti qurumları tərəfindən fövqəladə hallarla bağlı davranış qaydaları barədə əhalinin maarifləndirilməsi məqsədilə silsilə tədbirlər keçirilib. Boyukmillet.com xəbər verir ki, FHN-in Dövlət Yanğın Nəzarəti Xidmətinin mütəxəssislərinin də iştirakı ilə Bakı Regional Mərkəzi tərəfindən Xəzər rayonu 181 saylı tam orta məktəbində, Sumqayıt Regional Mərkəzi tərəfindən “Səhliyalı” müəssisəsində, Cənub Regional Mərkəzi tərəfindən Astara şəhər Z.Bünyadov adına 2 nömrəli tam …
Read More »Bolqarıstan Prezidenti: “Biz əlavə həcmdə Azərbaycan qazı nəql etməyə hazırıq”
Prezident İlham Əliyevin Sofiyaya səfəri enerji sahəsi ilə yanaşı, Bolqarıstan-Azərbaycan əməkdaşlığının digər çox vacib sahələrini inkişaf etdirmək üçün dönüş nöqtəsi idi. Boyukmillet.com xəbər verir ki, bu fikri Bolqarıstan Prezidenti Rumen Radev Azərbaycan Prezidenti İlham Əliyev ilə videokonfrans formatında görüşdə söyləyib. Bolqarıstanın Azərbaycandan qaz almasından məmnunluğunu bildirən Prezident Rumen Radev deyib: “Bilirsiniz ki, biz daha da irəli getməyə hazırıq. Bizim “Həmrəylik Həlqəsi” …
Read More »BDU-da “Heydər Əliyev və Qərbi Azərbaycan İcması” mövzusunda tədbir keçirilib
Bakı Dövlət Universitetinin (BDU) Tarix fakültəsində “Heydər Əliyev və Qərbi Azərbaycan İcması” mövzusunda tədbir keçirilib. Tədbiri giriş sözü ilə açan Tarix fakültəsinin dekanı, professor İbrahim Zeynalov ermənilərin Azərbaycanın tarixi torpaqlarında deportasiya siyasəti və terror aktlarının tarixindən bəhs edib. Boyukmillet.com xəbər verir ki, Qərbi Azərbaycan İcmasının sədri, millət vəkili Əziz Ələkbərli icmanın fəaliyyəti, gələcək planları barədə geniş məlumat verib. Qeyd edib …
Read More »Bakıda narkotikə görə 7 nəfər saxlanılıb
Sabunçu Rayon Polis İdarəsinin 14-cü Polis Bölməsinin əməkdaşları tərəfindən Maştağa və ətraf qəsəbələrdə narkotik vasitələrin satışını həyata keçirən şəxslərə qarşı xüsusi əməliyyatlar həyata keçirilib, 7 nəfər saxlanılıb. Boyukmillet.com xəbər verir ki, Maştağa qəsəbə sakini Malik Qədimov narkotiklərin satışında şübhəli bilindiyi üçün saxlanılıb. Onun üzərindən və yaşadığı evdən 5 kiloqrama yaxın marixuana aşkar edilib. Qeyd edək ki, Malik Qədimov Maştağa qəsəbəsində …
Read More »Azərbaycan Prezidenti Bolqarıstana rəsmi səfərə dəvət edilib
Bolqarıstan Prezidenti Rumen Radev Azərbaycan Prezidenti İlham Əliyevi ölkəsinə rəsmi səfərə dəvət edib. Boyukmillet.com xəbər verir ki, dəvət Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin martın 11-də Bolqarıstan Respublikasının Prezidenti Rumen Radev ilə videokonfrans formatında görüşü zamanı edilib. Dəvət Azərbaycan Prezidenti tərəfindən minnətdarlıqla qəbul olunub.
Read More »İlham Əliyev Xorvatiyanın sabiq Prezidentini qəbul edib
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev martın 11-də Xorvatiyanın sabiq Prezidenti Kolinda Qrabar-Kitaroviçi qəbul edib. Boyukmillet.com xəbər verir ki, görüşdə X Qlobal Bakı Forumunun əhəmiyyətinə toxunulub, bu tədbirdə iştirak edən nüfuzlu qonaqların sayının ilbəil artdığı vurğulanıb. Dünya gündəmində duran aktual məsələlərin müzakirəsi baxımından bu beynəlxalq platformanın çox mühüm rol oynadığı bildirilib. Söhbət zamanı dövlətimizin başçısı ilə Xorvatiyanın sabiq Prezidentinin görüşləri xatırlanıb, Azərbaycan-Xorvatiya …
Read More »
Boyukmillet.com Biz yanmasaq vətən yanar