Çərşənbə , 8 Aprel 2026

autor

MM sədri: “Ermənistanın təxribatı üçtərəfli bəyanatın qeyd-şərtsiz yerinə yetirilməsi zərurətini bir daha göstərir”

Ermənistan tərəfinin martın 5-də törətdiyi növbəti təxribat Azərbaycan, Ermənistan və Rusiya rəhbərlərinin 2020-ci il noyabrın 10-da imzaladığı üçtərəfli bəyanatın bütün bəndlərinin tamamilə və qeyd-şərtsiz yerinə yetirilməsi zərurətini bir daha göstərir. Boyukmillet.com xəbər verir ki, bunu Milli Məclisin spikeri Sahibə Qafarova parlamentin martın 7-də keçirilən plenar iclasında çıxışı zamanı deyib. “Təxribat zamanı şəhid olan hərbçilərmizə Allah rəhmət, yaralılara tezliklə sağalmalarını arzu …

Read More »

Gəncədə baş həkim vəzifəsindən azad olunub

Gəncə şəhər 2 saylı Birləşmiş Uşaq Xəstəxanasının baş həkimi Hafiz Abdullayev işdən çıxarılıb. Boyukmillet.com xəbər verir ki, o, yaş həddinə görə tutduğu vəzifədən azad olunub. Qeyd edək ki, H.Abdullayev uzun illər həmin xəstəxanda çalışıb. O, bölgə üzrə tanınmış həkimlərdən biridir.

Read More »

Müharibə şəraitində mətbuat sahəsində Ukrayna-Azərbaycan əməkdaşlığı müzakirə olunub

“Müharibə şəraitində mətbuat sahəsində Ukrayna-Azərbaycan əməkdaşlığı” mövzusunda interaktiv mühazirə keçirilib. Boyukmillet.com xəbər verir ki, tanınmış azərbaycanlı jurnalist, Azərbaycanın ən böyük media holdinqi olan “Global Media Group”un media direktoru Həmid Həmidov interaktiv mühazirədə mühazirəçi qonaq qismində iştirak edib. Onlayn görüşün moderatoru Ukrayna-Azərbaycan layihələrinin kuratoru Marina Qonçaruk olub. Mühazirə zamanı Ukrayna və Azərbaycan jurnalistləri arasında əməkdaşlığın inkişafı, onların fəaliyyətinin Ukrayna və Azərbaycan …

Read More »

BMT-nin Baş katibi: “Hər on dəqiqədə bir qadın ailə üzvü və ya sevgilisinin əlindən ölür” 

“Hər on dəqiqədə bir qadın və ya qızı ailə üzvü, sevgilisinin əlindən ölür”. Boyukmillet.com xəbər verir ki, bu barədə BMT-nin Baş katibi Antonio Quterreş 8 mart Beynəlxalq Qadınlar Günü ilə əlaqədar yazdığı məqalədə qeyd olunub. Məqaləni təqdim edirik: “Bütün dünyada qadın hüquqları sahəsində əldə olunmuş irəliləyiş gözümüzün qarşısında yox olmaqdadır. Son proqnozlara görə, hazırkı templə gender bərabərliyinə tam nail olmaq üçün …

Read More »

Fərid Qayıbov: “Klubların sayının artırılması istiqamətində işlərin davam edəcəyinə inanıram”

“Son dönəmlərdə klubların sayı artırılıb. Bu istiqamətdə işlərin davam edəcəyinə inanıram”. Boyukmillet.com xəbər verir ki, bunu gənclər və idman naziri Fərid Qayıbov AFFA-nın Hesabat Konfransında deyib. Nazir Hesabat Konfransının çox yaxşı təşkil olunduğunu bildirib: “Ölkəmizdə idman dövlət siyasətidir. Prezident İlham Əliyevin idmana və futbola sevgisini hamımız bilirik. AFFA-nın keçmiş baş katibi artıq FIFA-da çalışır. Bu, böyük nailiyyətdir. Bizim nümayəndələrin yüksək vəzifələrə …

Read More »

Gədəbəydə güclü külək nəticəsində 92 yaşayış məntəqəsi elektrik enerjisiz qalıb

Ötən gün axşam saatlarından başlayaraq əsən güclü külək Gədəbəy rayonunda bir sıra fəsadlar törədib. Boyukmillet.com xəbər verir ki, küləyin təsirindən Gərgər kəndində 1 ədəd 35 kV-luq və Düzyurd kəndində 6 ədəd 35 kV-luq metal dayaq aşıb. Bu səbəbdən ümumilikdə 92 yaşayış məntəqəsində elektrik enerjisinin verilməsində fasilə yaranıb və hazırda bu məntəqələrin elektrik enerjisinin verilməsi üçün lazımı işlər aparılır. Bundan əlavə, …

Read More »

UEFA-nın 2022-ci ildə Azərbaycan klublarına ödədiyi məbləğ bəlli olub

UEFA-nın 2022-ci ildə Azərbaycan Premyer Liqasında çıxış edən klublara ayırdığı maliyyə vəsaiti bəlli olub. Boyukmillet.com xəbər verir ki, Avropa futbol qurumu 8 kluba 28 milyon 924 min 10 manat ödəyib. Bu, 2021-ci ildə Azərbaycan klublarına ödənilən məbləğdən 12 milyon 627 min 912 manat çoxdur. “Qarabağ”a 24 497 200 manat, “Neftçi”yə 1 635 397 manat, “Zirə”yə 961 395 manat, “Qəbələ”yə 847 …

Read More »

ABŞ Dövlət Departamenti etirazçı iranlı qadınları “Cəsarətli Qadın” Mükafatına layiq görüb

ABŞ Dövlət Departamenti 8 Mart – Beynəlxalq Qadınlar Günü ilə əlaqədar dünyanın müxtəlif yerlərindən olan bir sıra qadınlara, o cümlədən İranda keçirilən etiraz aksiyalarında iştirak etmiş zərif cinsin nümayəndələrinə “Cəsarətli Qadın” Beynəlxalq Mükafatını təqdim edəcəyini açıqlayıb. Boyukmillet.com xəbər verir ki, məlumatı “Amerikanın səsi“ radiosunun farsca redaksiyası yayıb. ABŞ Dövlət Departamentindən verilən açıqlamaya əsasən, fəxri mükafat kollektiv şəkildə iranlı etirazçı qadın …

Read More »

Bakıda sərnişin avtobusu yanıb – VİDEO

Bakıda sərnişin avtobusu yanıb. Boyukmillet.com xəbər verir ki, bu barədə “Report”a Baş Dövlət Yol Polisi İdarəsinin şöbə rəisi Rövşən Tağıyev məlumat verib. O bildirib ki, bu gün saat 07:45 radələrində 596 nömrəli marşrut xətti üzrə Xocəsən dairəsindən “Meyvəli” bazarı istiqamətinə hərəkətdə olan “İveco Otoyol” markalı 90-LR- 327 nömrə nişanlı avtobus ilkin məlumata görə, mühərrikində baş vermiş qısa qapanma səbəbindən alov alaraq …

Read More »