Çərşənbə , 8 Aprel 2026

autor

İranda aksiyalar səngimir, tələbələrin müəmmalı zəhərlənməsi də davam edir

İranın bir sıra şəhərlərində təqaüdçülər və sosial pensiyaçılar hakimiyyətin vətəndaşların tələblərinə hörmətsizlik etməsinə etiraz olaraq yürüş-mitinq keçiriblər. Boyukmillet.com “RadioFarda”ya istinadən xəbər verir ki, Şuş və Əhvaz şəhərlərindəki aksiyada “Yetər vədlər, bizim süfrəmiz boşdur!” şüarı səsləndirilib. Qeyd edək ki, təqaüdçülər müavinətlərinin azlığına və yaşayış şəraitinə etiraz olaraq bir neçə gün əvvəl də aksiya keçirmişdilər. Lakin Tehran hökuməti onların tələblərinə hələ də cavab …

Read More »

Azərbaycan Ordusunun zirehli texnika heyətləri atəş hazırlığı üzrə çalışmalar yerinə yetirib

2023-cü ilin döyüş hazırlığı planına müvafiq olaraq Azərbaycan Ordusunda hərbi qulluqçuların fərdi bacarıqlarının təkmilləşdirilməsi, eləcə də bölmələrin döyüş qabiliyyətinin daha da artırılması məqsədilə təlim və məşğələlər davam etdirilir. Müdafiə Nazirliyindən verilən məlumata görə, plana əsasən piyadaların döyüş maşınları (PDM) ekipajları ilə sürücülük və atəş hazırlığı üzrə praktiki çalışmalar yerinə yetirilib. Keçirilən çalışmalarda əsas diqqət sürücü-mexaniklərin döyüş texnikasını idarəetmə qabiliyyətlərinin, eləcə …

Read More »

Xocalı soyqırımı hər bir xalqın faciəsidir

Bişkekdə fəaliyyət göstərən Heydər Əliyev adına 20 nömrəli məktəb-gimnaziyasının 9 d sinifində “Xocalı soyqırımı hər bir xalqın faciəsidir” adlı tədbir keçirilib. Əvvəlcə məktəbin tarix müəllimi Moldokulova S.K. xəritədə Azərbaycanı, Qarabağı, Xocalını göstərib və Xocalı soyqırımı haqqında şagirdlərə geniş məlumat verib.Tədbirdə məktəbin direktoru Alımkulova Kanıkey Zakonbekovna, müəllimlərdən Kurmanbayeva L.V. Lısenkova L.A., Çolponkulova A. B. və başqaları iştirak ediblər.Sonda Türkdilli dövlətlərin siyasətinə …

Read More »

Allahşükür Paşazadə ABŞ-a gedib

Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadə bu gün Amerika Birləşmiş Ştatlarına səfərə yola düşüb. Bu barədə  İdarədən bildirilib. Belə ki, QMİ sədrinin rəhbərlik etdiyi nümayəndə heyəti İsa Məsih Sonuncu Gün Müqəddəsləri kilsəsinin və Stirlinq Fondunun dəvətilə 28 fevral – 4 mart tarixlərində ABŞ-ın Yuta Ştatının paytaxtı Solt-Leyk-Sitidə səfərdə olacaq. Səfər proqramında Yuta Senatının prezidenti Stüart Adams, Yuta ştatının vitse-qubernatoru …

Read More »

ASAP tərəfindən Xocalı soyqırımının ölkə xaricində tanıdılması istiqamətində silsilə tədbirlər keçirilib

Azərbaycan Respublikası Gənclər Fondunun dəstəyi ilə Azərbaycanlı Tələbələr və Məzunlar Platforması (ASAP) tərəfindən Macarıstan, Estoniya, Avstriya və ABŞ-da Xocalı soyqırımının 31-ci ildönümünə həsr olunmuş silsilə anım günü tədbirləri keçirilib. Tədbirlərdə Xocalı soyqırımı qurbanlarının əziz xatirəsi bir dəqiqəlik sükutla anılıb və tədbirlərin açılışında bildirilib ki, 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Ermənistan silahlı qüvvələri beynəlxalq hüququn norma və prinsiplərini kobudcasına …

Read More »

Baş Dövlət Yol Polisi İdarəsi (BDYPİ) sürücülərə dumanlı hava şəraiti ilə bağlı xəbərdarlıq edib

İdarədən Boyukmillet.com-a daxil olan məlumatda deyilir: Bakıda və Abşeron yarımadasında, Sabirabad, Salyan, Neftçala, Biləsuvar rayonlarında dumanlı hava şəraitinin müşahidə olunması ilə bağlı yollarda görünüş məsafəsi məhdudlaşıb ki, bu da sürücülərə ciddi çətinliklər yaradır.Qeyd olunanları nəzərə alaraq bütün sürücülərdən sürət həddini real vəziyyətə uyğun seçməyi, nasaz nəqliyyat vasitələri ilə yola çıxmaqdan çəkinməyi, eləcə də ötmə və manevr zamanı təhlükəsizlik qaydalarına ciddi …

Read More »

Tağı Əhmədovun “Ə, bir-bir”inə , Abid Şərifovun “Alabala”sına cavab verməyəndə, Bayram Səfərov da “Sa nə var?” deyəcəkdi…

Jurnalistlər qarşısında ilk kobudluğu Bayram Səfərov etdi və “gedin savadlanın”, deməklə onları toplu halında təhqir etmiş oldu. Təəssüf ki, mikrafonlarının loqoları göz deşən, media təmsilçilərindən heç kim ona layiqli cavab verə bilmədi. Əslində, icra başçısl işlədiyi ifadəyə görə elə sərt cavabı da haqq edirdi. Çünki özü zır savadsız ola-ola, bir neçə jurnalisti savadsızlıqda ittiham edirdi. Düzü, mən susan jurnalistlərin kimlər …

Read More »

Şirvanda vətəndaşlara əlillik təqaüdləri düzəldəcəyi vədi ilə aldadan şəxs həbs olunub

Şirvanda dələduzluq edən şəxs saxlanılıb. Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şirvan regional qrupundan verilən məlumata görə, Şirvan Şəhər Polis Şöbəsinin əməkdaşları tərəfindən şəhər ərazisində vətəndaşları dələduzluq yolu ilə aldadan və bununla da zərərçəkənlərin xeyli miqdarda pulunu mənimsəyən şəxsin saxlanılaraq məsuliyyətə cəlb olunması istiqamətində əməliyyat tədbiri həyata keçirilib. Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində şəhər sakini Cavid Astanov saxlanılıb. Araşdırmalar zamanı məlum …

Read More »

Azad edilmiş ərazilərdə ötən həftə daha 14 mina aşkarlanıb

Azərbaycan Minatəmizləmə Agentliyi (ANAMA) işğaldan azad edilmiş ərazilərdə ötən həftə daha 14 mina aşkarlanıb. ANAMA-dan verilən məlumata görə, fevralın 20-dən 25-dək Tərtər, Ağdam, Xocavənd, Füzuli, Şuşa, Qubadlı, Cəbrayıl və Zəngilanda aparılan minatəmizləmə əməliyyatları zamanı piyada əleyhinə 0, tank əleyhinə 14 mina və 443 partlamamış hərbi sursat aşkarlanaraq zərərsizləşdirilib. Nəticədə 384 hektar ərazi mina və partlamamış hərbi sursatlardan təmizlənib.

Read More »

Xankəndi-Laçın yolunda keçirilən etiraz aksiyası 78 gündür davam edir

Azərbaycanın Qarabağ iqtisadi rayonunda faydalı qazıntı yataqlarının qanunsuz istismarına qarşı Xankəndi-Laçın yolunda keçirilən etiraz aksiyası yetmiş səkkiz gündür davam edir. “Report”un hazırda ərazidə olan əməkdaşı xəbər verir ki, havanın qarlı və şaxtalı olmasına baxmayaraq, aksiya iştirakçıları ötən gecə boyu da yüksək fəallıq nümayiş etdiriblər. Təhlükəsizlik qaydalarına yüksək səviyyədə əməl olunan toplanış yerində gecə boyu da heç bir insident baş verməyib. …

Read More »