Cümə axşamı , 9 Aprel 2026

autor

İranın rəhbəri Əli Hüseyni Xamənənin etnik mənsubiyyəti haqqında-VİDEO

Çoxları onu Xamənə təxəllüsünə görə azərbaycanlı hesab edir. Ancaq onun öz rəsmi saytındakı tərcümeyi-hal və şəcərəsi ilə tanış olduqda rəhbərin azərbaycanlı olmadığı üzə çıxır. Yeri gəlmişkən İran rəhbərinin kimlik vəsiqəsində soyadı Hüseyni-xameneyi yox, Hüseyni-Xamənə yazılıb. Rəhbərin rəsmi internet saytı khamenei.ir-dən qardaşının əlyazmalarından, İran dövlətinin başqa rəsmi saytlarından və İran rəhbərinin ofisindən alınan məlumatlardan aydın olur ki, ulu babaları 1050 il bundan …

Read More »

Azərbaycan və Britaniya arasında Orta dəhlizlə bağlı müzakirələr aparılıb

Böyük Britaniyanın Avropa və Şimali Amerika üzrə naziri Leo Dokerti Azərbaycanın rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyevlə Orta dəhliz layihəsini müzakirə edib. Boyukmillet.com xəbər verir ki, bu barədə Britaniyanın Azərbaycandakı səfiri Fergus Auld özünün “Twitter” hesabında yazıb. Görüşdə Britaniyanın Azərbaycandakı səfiri Fergus Auld və Azərbaycanın bu ölkədəki səfiri Elin Süleymanov da iştirak edib. “Orta dəhliz layihəsinin təşəbbüsündə Azərbaycanın xüsusi …

Read More »

Britaniya kəşfiyyatı: “General Rüstəm Muradov ciddi təzyiq altındadır”

“Ukraynadakı döyüşlərə komandanlıq edən generallardan biri – Rüstəm Muradov ciddi təzyiq altındadır”. Boyukmillet.com xəbər verir ki, bu barədə Böyük Britaniya Müdafiə Nazirliyi kəşfiyyat məlumatlarına əsasən bildirib. Qeyd olunub ki, R.Muradov uğursuzluğa düçar olub: “Nəticələri yaxşılaşdırmaq üçün ona təzyiq edilir. Lakin çətin ki, Muradov ciddi uğur əldə edə bilsin”. Məlumatda, həmçinin bildirilib ki, Baxmutda ağır döyüşlər gedir: “Donetsk vilayətinin daha cənubunda, Vuhledar …

Read More »

Özbəkistanda Xocalı soyqırımına həsr olunmuş anım tədbiri keçirilib

Azərbaycanın Özbəkistandakı səfirliyi, səfirliyin nəzdindəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzi ilə birgə Xocalı faciəsi ilə bağlı mərasim keçirib. Tədbirdə Azərbaycanın Özbəkistandakı səfiri Hüseyn Quliyev, Özbəkista-Azərbaycan Dostluq Cəmiyyətinin icraçı katibi professor Erkin Nuriddinov, Özbəkistanın elm, mədəniyyət və incəsənət xadimləri, Daşkənddə yaşayan azərbaycanlılar, tələbə-gənclər, jurnalistlər iştirak ediblər. Tədbir iştirakçıları Xocalı soyqırımı və qardaş Türkiyə Cümhuriyyətində baş vermiş təbii fəlakət zamanı həlak …

Read More »

Britaniyalı nazir Şəhidlər Xiyabanını ziyarət edib

Böyük Britaniyanın Avropa və Şimali Amerika üzrə naziri Leo Dokerti Şəhidlər Xiyabanını ziyarət edib. Boyukmillet.com xəbər verir ki, ziyarətdə Britaniyanın Azərbaycandakı səfiri Fergus Auld da iştirak edib. “1990-cı il yanvarın 20-də Sovet İttifaqı qoşunlarının dinc əhaliyə divan tutması nəticəsində həyatını itirənləri yad etdik. Kreml indi də oxşar hadisələri Ukraynada törədir”, – səfir tviterində yazıb. Qeyd edək ki, L.Dokerti Azərbaycanda səfərdədir.

Read More »

Mikayıl Cabbarov ikinci “Yüksəliş” müsabiqəsinin qaliblərinə təcrübə keçəcək

İqtisadiyyat naziri Mikayıl Cabbarov mentorluq proqramı çərçivəsində ikinci “Yüksəliş” müsabiqəsinin qalibləri Nərgiz Balakişiyeva və Nihad Mənsimzadəyə təcrübə keçəcək. Boyukmillet.com xəbər verir ki, bu barədə İqtisadiyyat Nazirliyi məlumat yayıb. Bildirilir ki, iqtisadiyyat naziri “Yüksəliş” müsabiqəsinin qalibləri ilə görüşüb. Görüşdə M.Cabbarov müsabiqədə qazandıqları uğur münasibətilə qalibləri təbrik edib, müsabiqənin onların gələcək inkişafında önəmini vurğulayıb. Nazir qaliblərin maraq dairəsi barədə fikirlərini dinləyib, mentorluq …

Read More »

Sahib Ələkbərov: “BP ilə Cəbrayılda GES-in tikintisi üzrə danışıqlar yekunlaşır”

Cəbrayılda 240 MVt gücündə günəş elektrik stansiyasının (GES) tikintisi ilə bağlı BP şirkəti ilə danışıqlar başa çatmaq üzrədir. Boyukmillet.com xəbər verir ki, bunu Azərbaycan iqtisadiyyat nazirinin müavini Sahib Ələkbərov “Heydər Əliyevin rəqabətə davamlı iqtisadiyyatın formalaşdırılmasında rolu” mövzusunda elmi konfransda deyib. Onun sözlərinə görə, ölkədə böyük “yaşıl enerji” layihələrin icrasına başlanılıb. S. Ələkbərov bildirib ki, “yaşıl enerji” sahəsində görülən işlər çərçivəsində Birləşmiş Ərəb …

Read More »

İtaliya senatoru: “Xocalı faciəsinin tanınması həyati əhəmiyyət kəsb edir”

“Xocalı faciəsinin tanınması, cəzasızlıq mühitinin qalib gələ bilməyəcəyi, ədalətin qalıcı sülh və sabitliyin yeganə yolu olduğu mesajını vermək üçün həyati əhəmiyyət kəsb edir”. Boyukmillet.com xarici mətbuata istinadən xəbər verir ki, bunu İtaliyada parlamentin yuxarı palatasında Xocalı faciəsinin 31-ci ildönümü ilə bağlı toplantıda Senatın Avropa İttifaqının (Aİ) Siyasət Komissiyasının sədri, senator Culio Terzi deyib. Culio Terzi vurğulayıb ki, Beynəlxalq Cinayət Məhkəməsinin …

Read More »

Azərbaycanda yeni Rəqabət Məcəlləsi hazırlanıb

Rəqabət Məcəlləsi layihəsi Azərbaycanda antiinhisar qanunvericiliyinin təkmilləşdirilməsi məqsədilə bu sahədə mövcud qanunvericilik aktları əsasında, beynəlxalq təcrübə, o cümlədən Avropa, MDB dövlətlərinin təcrübələri öyrənilməklə yeni hazırlanıb. Boyukmillet.com xəbər verir ki, bunu İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarlarına Nəzarət Dövlət Xidmətinin rəisi Məmməd Abbasbəyli “Heydər Əliyevin rəqabətə davamlı iqtisadiyyatın formalaşdırılmasında rolu” mövzusunda elmi konfransda deyib. O, qeyd edib ki, Rəqabət Məcəlləsinin …

Read More »

Türkiyə, İran, Suriya və Rusiya XİN başçılarının dördtərəfli görüşünə hazırlıq aparılır

“Türkiyə, İran, Suriya və Rusiya xarici işlər nazirlərinin dördtərəfli görüşünün mümkünlüyünə hazırlıq işləri görülür”. Boyukmillet.com Rusiya KİV-nə istinadən xəbər verir ki, bunu Rusiya xarici işlər nazirinin müavini Mixail Boqdanov bildirib. Onun sözlərinə görə, İran da danışıqlar prosesinə qoşulmaq arzusunu bəyan edib. Nazir müavini Tehranın Dəməşq, digər tərəfdən isə Ankara ilə üst-üstə düşən münasibətlərinin xarakterini, eləcə də onun Astana formatında iştirakını nəzərə …

Read More »