Azərbaycan Türkiyəyə növbəti dəfə humanitar yardım göndərib. Bu barədə Dövlət Sərhəd Xidmətindən məlumat verilib. Bildirilib ki, Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin tapşırığına uyğun olaraq, Türkiyədə baş vermiş güclü zəlzələdən zərərçəkənlərə dəstək məqsədilə Dövlət Sərhəd Xidməti tərəfindən qardaş ölkəyə növbəti dəfə ərzaq yardımı göndərilib.
Read More »Türkiyədəki xarici tələbələr zəlzələdən zərər çəkənlərə yardım üçün SƏFƏRBƏR OLDU
Əsrin ən böyük fəlakəti ilə üzləşən Türkiyə ən çətin günlərini yaşadığı bir vaxtda xarici tələbələr başda olmaqla, ölkədəki mühacirlər də Türkiyənin köməyinə gəlib. Tarixinin ən böyük təbii fəlakətlərindən biri ilə üzləşən Türkiyə çox çətin bir dövr yaşayır. Bütün dünyanın Türkiyənin yaralarını sağaltmaq üçün səfərbər olduğu bir vaxtda ölkənin bir kəsiminin ksenofobiyanı qızışdırmağa çalışdığı müşahidə olunur. Son bir neçə ildir ölkə …
Read More »İqtisadiyyat nazirinin vətəndaş qəbulunun vaxtı dəyişdirilib
İqtisadiyyat naziri Mikayıl Cabbarovun fevralın 24-də Şirvanda keçirilməsi nəzərdə tutulan vətəndaş qəbulunun vaxtı dəyişdirilib. Boyukmillet.com xəbər verir ki, qəbulun keçiriləcəyi tarix barədə əlavə məlumat veriləcək.
Read More »Bolqarıstanlı mütəxəssislər Şuşa şəhərinin bərpasına təcrübələri ilə töhfə verə bilərlər
Bolqarıstanın Veliko Tırnovo vilayətinin qubernatoru Georgi Ququçkov Azərbaycan Prezidentinin Şuşa rayonunda xüsusi nümayəndəsi Aydın Kərimovun rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüş keçirib. Boyukmillet.com xəbər verir ki, görüş zamanı qubernator Georgi Ququçkov Veliko Tırnovo vilayətinin coğrafi, iqtisadi və ərazi strukturu haqqında qısa təqdimatla çıxış edib. O, Heydər Əliyev Fondunun Veliko Tırnovo şəhəri yaxınlığında yerləşən Trapezitsa qalasının bərpasına xüsusi töhfə verdiyini vurğulayıb. …
Read More »Rəşad Nəbiyev: “Azərbaycan üzərindən tranzit yük daşımalarının həcmi 57 % artıb”
2023-cü ilin yanvar ayı ərzində Azərbaycan üzərindən tranzit yük daşımalarının həcmi 843 min ton olub, bu, ötən ilin müvafiq dövrü ilə müqayisədə 57 % çoxdur. Boyukmillet.com xəbər verir ki, bunu rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev özünün “Twitter” hesabında yazıb. Nazir qeyd edib ki, bu ilin yanvar ayında daşınmış yüklərin həcmi 2022-ci ilin müvafiq dövrü ilə müqayisədə 306 min ton çoxdur: “Daşınan yüklərin 535 min tonu dəmir yolları, 308 min tonu avtomobil …
Read More »Müdafiə Nazirliyi: “Seyfəli poliqonunda döyüş sursatlarının utilizasiyası keçiriləcək”
Azərbaycan Ordusunun bölmələri tərəfindən istismar müddəti başa çatmış və istifadəyə yararsız olan döyüş sursatlarının təhlükəsizlik tədbirlərinə əməl olunmaqla planlı şəkildə utilizasiyası davam etdirilir. Boyukmillet.com xəbər verir ki, döyüş sursatlarının utilizasiya prosesi 25.02.2023-cü il tarixədək Seyfəli poliqonunda həyata keçiriləcək. Aparılan partlayış işləri ilə əlaqədar ictimaiyyətə mütəmadi məlumat veriləcək. “Bir daha əhalini təşvişə düşməməyə çağırır və narahatlığa heç bir əsas olmadığını diqqətə …
Read More »Azərbaycan Dağıstan ilə KOB-lara dəstək mexanizmləri üzrə təcrübə mübadiləsi aparacaq
Azərbaycan Dağıstan ilə KOB-lara dəstək mexanizmləri üzrə təcrübə mübadiləsinin aparılmasını müzakirə edib. Boyukmillet.com xəbər verir ki, bu barədə İqtisadiyyat Nazirliyi yanında Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) İdarə Heyətinin sədri Orxan Məmmədov özünün “Twitter” hesabında yazıb. O. Məmmədov Rusiya Federasiyası Dağıstan Respublikasının Sahibkarlıq və İnvestisiyalar Agentliyinin rəhbəri v.i.e Hüseyn Hüseynov ilə görüşüb. Görüşdə, KOBİA ilə əməkdaşlığın genişləndirilməsi, KOB-lara dəstək mexanizmləri …
Read More »Etibar Mirzəyev: “FHN-in psixoloqları Türkiyədə zərərçəkəkənlərə və xilasedicilərimizə yardımlar göstərirlər”
“Azərbaycanın Fövqəladə Hallar Nazirliyinin (FHN) psixoloqları Türkiyədə xilasedicilərimizə psixoloji yardımlar göstərirlər”. Boyukmillet.com xəbər verir ki, bunu “Report”un Türkiyəyə ezam olunmuş əməkdaşına açıqlamasında Azərbaycanın fövqəladə hallar nazirinin müavini general-leytenant Etibar Mirzəyev deyib Onun sözlərinə görə, Türkiyənin Kahramanmaraş şəhərində fəaliyyət göstərən FHN-in mobil səhra hospitallarına indiyədək 1500-ə yaxın xəstə qəbul edilib: “Eyni zamanda psixoloqlarımız da Kahramanmaraşda fəaliyyətlərini davam etdirirlər. Burada zəlzələdən əziyyət çəkən …
Read More »Mərkəzi Bankın valyutadəyişmə monopoliyası – Paytaxtda niyə yalnız 5 məntəqəyə icazə verilib? – Video
Hazırda paytaxt Bakıda çox az sayda valyutadəyişmə məntəqələri mövcuddur. Qeyd edək ki, valyutyadəyişmə məntəqələrinin fəaliyyətinə 2015-ci ildə baş verən devalvasiyadan sonra qadağa qoyulub. Həmin məntəqlər əvvəl bankların nəzdində idi. Boyukmillet.com Azinforum.az-a istinadən xəbər verir ki, 2017-ci ildə Prezidentin sərəncamı ilə yeni valyutadəyişmə məntəqələrinin açılmasına icazə verildi. Bunun üçün qanunvericiliyə uyğun şərtlər də müəyyənləşib. Belə təyinatda məntəqə açmaq istəyən şəxs : …
Read More »Almaniya Rusiyadakı vətəndaşlarına xəbərdarlıq edib
Almaniya Xarici İşlər Nazirliyi vətəndaşlarına Rusiyaya səfər etməmək barədə xəbərdarlıq edib və Rusiyadakı vətəndaşlarını yaxın günlərdə ehtiyatlı olmağa çağırıb. Boyukmillet.com xəbər verir ki, bu barədə Almaniya XİN-in yaydığı bəyanatda deyilir. Eyni zamanda nazirlik Ukrayna ilə həmsərhəd şəhərlərə səfərlərlə bağlı da xəbərdarlıq edib. Qeyd olunub ki, Belqorod, Kursk, Bryansk, Voronej, Rostov və Krasnodara getmək təhlükəlidir. “2023-cü il fevralın 20-dən fevralın 26-dək …
Read More »
Boyukmillet.com Biz yanmasaq vətən yanar