NATO, Avropa İttifaqı və Ukrayna arasında fevralın 21-də Brüsseldə ilk dəfə üçtəfərli görüş keçiriləcək. Boyukmillet.com xəbər verir ki, NATO-nun Baş katibi Yens Stoltenberq, Avropa İttifaqının xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Jozep Borel və Ukraynanın xarici işlər naziri Dmitro Kuleba görüşəcək. Bildirilib ki, görüşdə tərəfdaşlıq və əməkdaşlığı gücləndirmək yollarının müzakirəsi gözlənilir.
Read More »Azərbaycan millisinin baş məşqçisi: “Qarabağ” “Gent”ə qarşı çox yaxşı oynadı”
“Qarabağ” çox yaxşı çıxış etdi”. Boyukmillet.com xəbər verir ki, bunu “Report”a müsahibəsində Azərbaycan millisinin baş məşqçisi Canni De Byazi “Qarabağ”ın Bakıda Belçika “Gent”inə 1:0 hesabı ilə qalib gəldiyi UEFA Konfrans Liqasının pley-off mərhələsinin ilk oyunu barədə danışarkən deyib. İtaliyalı mütəxəssis bildirib ki, matç ərzində “köhlən atlar”ın qol vurmaq üçün 3-4 real imkanı olub: “Onların yalnız birindən istifadə edə bildilər. Düşünürəm ki, …
Read More »Ukraynadan gətirilən toxumluq kartof yararsız çıxıb
Toxumluq kartof məhsulunda karantin tətbiq edilən orqanizmlər aşkar olunub. Boyukmillet.com xəbər verir ki, nəzarət tədbirləri zamanı fiziki şəxs Süleymanov Ramin Zahid oğlunun Ukrayna Respublikasından idxal etdiyi toxumluq kartof məhsulundan Agentliyin müfəttişləri tərəfindən götürülən nümunələrin müayinəsi nəticəsində məhsul partiyasında karantin tətbiq edilən zərərli orqanizmlər – kartof yumrularında halqavari çürümə və kartof gövdə nematodu aşkar olunub. Aşkar edilmiş faktla bağlı qanunvericiliyə uyğun …
Read More »Bakının əmlak bazarında vətəndaşlarda zəlzələ fobiyası yaranıb
Bakının əmlak bazarında vətəndaşlarda zəlzələ fobiyası yaranması ilə əlaqədar həyəcan hiss olunur. Boyukmillet.com xəbər verir ki, Türkiyədə baş verən zəlzələdən sonra əmlak bazarında yeni tikilmiş binaların satışında durğunluq var. Bunun da səbəbi vətəndaşların yeni tikili binalara etibarsız yanaşmasıdır. “Hazırda hər bir vətəndaş özünü qorumaq məqsədi ilə yeni tikili binaların zəlzələyə dayanaqlılığını araşdırır. Bəzən isə araşdırmadan fobiya yarandığı üçün yeni tikili …
Read More »Üç ölkə Ukraynaya 100-dən çox “Leopard” tankı verəcək
“Niderland Almaniya və Danimarka ilə birlikdə Ukraynaya 100-dən çox “Leopard” tankı verəcək”. Boyukmillet.com xəbər verir ki, bunu Ukraynada səfərdə olan Niderlandın Baş naziri Mark Rutte Prezident Volodimir Zelenski ilə görüşün yekununa dair keçirdiyi mətbuat konfransında bildirib. Onun sözlərinə görə, Ukraynaya “Leopard2” tankları, həmçinin “Patriot” zenit-raket kompleksi və döyüş sursatları təhvil veriləcək. Jurnalistlərin tankın tədarükü ilə bağlı sualına cavab olaraq hökumət …
Read More »XİN: “Türkiyədə zəlzələ bölgəsində olan bir çox Azərbaycan vətəndaşının yeri müəyyənləşdirilib”
Türkiyədə bir çox Azərbaycan vətəndaşlarının olduğu yer müəyyən edilib və onlarla əlaqə saxlanıb. Boyukmillet.com xəbər verir ki, qaynar xətt nömrələrinə daxil olmuş minlərlə müraciət araşdırılıb, haqqında xəbər alına bilməyən Azərbaycan vətəndaşlarının siyahısı hazırlanaraq, onlar haqqında məlumat əldə etmək məqsədilə, Türkiyənin aidiyyəti qurumları ilə birgə müvafiq iş aparılıb. Nəticədə bir çox Azərbaycan vətəndaşlarının olduğu yer müəyyən edilib və onlarla əlaqə saxlanıb. …
Read More »Hatayda yerləşən Koordinasiya Mərkəzində toplantı keçirilib
Hatayda yerləşən Koordinasiya Mərkəzində toplantı keçirilib. Boyukmillet.com xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırığına uyğun olaraq, Türkiyə Respublikasında baş vermiş güclü zəlzələnin fəsadlarının aradan qaldırılması və axtarış-xilasetmə əməliyyatlarına dəstək məqsədilə qardaş ölkədə olan Fövqəladə Hallar Nazirliyinin çevik xilasetmə qüvvələrinin bir qrupu bu gün Hatay bölgəsinə göndərilib. Bu çərçivədə, fövqəladə hallar nazirinin müavini general-leytenant Etibar Mirzəyev Hatayda yerləşən Fövqəladə …
Read More »Türkiyədən 565 nəfər Azərbaycan vətəndaşı təxliyə olunub
Türkiyədə baş vermiş zəlzələdən zərər çəkmiş Azərbaycan Respublikası vətəndaşlarının müəyyən edilməsi və onlara köməklik göstərilməsi istiqamətində işlər davam edir. “Zəlzələ baş vermiş gündən etibarən 565 nəfər Azərbaycan Respublikası vətəndaşı və onların yaxın ailə üzvləri olan xarici ölkə vətəndaşları zəlzələ bölgəsindən təxliyə olunub. Hal-hazırda təxliyə prosesi davam etməkdədir. Türkiyə Respublikasından təxliyəsi həyata keçirilən vətəndaşlarımız və onların ailə üzvlərinə lazımi tibbi, humanitar …
Read More »“Təkzib, cavab və düzəlişin verilməsi medianın mədəni davranış formasıdır” – RƏY
Milli Məclisin bu gün keçirilən iclasında İnzibati Xətalar Məcəlləsinə təklif olunan dəyişikliklər birinci oxunuşda qəbul edilib. Layihəyə əsasən, media subyektləri tərəfindən təkzib, cavab və düzəliş verilməsinin “Media haqqında” qanunla müəyyənləşdirilən qaydalarının pozulmasına görə vəzifəli şəxslər üç yüz manatdan altı yüz manatadək, hüquqi şəxslər min manatdan min beş yüz manatadək məbləğdə cərimə ediləcək. Mətbuat Şurası bir müddət əvvəl bildirmişdi ki, bəzən …
Read More »MONEYVAL Azərbaycanın qiymətləndirilməsinin 5-ci mərhələsinə başlayır
Martın 1-dən 15-dək Avropa Şurasının Pulların Yuyulması və Terrorçuluğun Maliyyələşdirilməsinə Qarşı Tədbirlərin Qiymətləndirilməsi üzrə Ekspertlər Komitəsinin (MONEYVAL) qiymətləndirici missiyası Azərbaycana səfər edəcək. Boyukmillet.com xəbər verir ki, bu barədə Azərbaycanın pulların leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə sisteminin MONEYVAL tərəfindən aparılacaq 5-ci raund qiymətləndirilməsinə hazırlığın təmin edilməsi və digər məsələlərin müzakirəsi məqsədilə Nazirlər Kabinetinin 2020-cü il 21 oktyabr tarixli 404 nömrəli …
Read More »
Boyukmillet.com Biz yanmasaq vətən yanar