“Azərbaycan ilə Litva arasında münasibətlər xoş ənənələrə malikdir və biz bu münasibətlərin inkişafına xüsusi əhəmiyyət veririk”. Boyukmillet.com xəbər verir ki, bu fikirlər Azərbaycan Prezidenti İlham Əliyevin Litva Respublikasının milli bayramı münasibətilə litvalı həmkarı Gitanas Nausedaya ünvanladığı təbrik məktubunda yer alıb. “Keçən ay Sizinlə Davosda keçirdiyimiz görüşü və apardığımız fikir mübadiləsini məmnunluqla xatırlayıram. Hesab edirəm ki, hazırda ölkələrimiz arasında müxtəlif sahələr üzrə …
Read More »Azərbaycan Prezidenti litvalı həmkarını təbrik edib
Azərbaycan Prezidenti İlham Əliyev Litva Respublikasının Prezidenti Gitanas Nausedaya təbrik məktubu ünvanlayıb. Boyukmillet.com xəbər verir ki, məktubda deyilir: “Hörmətli cənab Prezident, Litva Respublikasının milli bayramı münasibətilə Sizə və xalqınıza şəxsən öz adımdan və Azərbaycan xalqı adından ən səmimi təbriklərimi çatdırıram. Azərbaycan ilə Litva arasında münasibətlər xoş ənənələrə malikdir və biz bu münasibətlərin inkişafına xüsusi əhəmiyyət veririk. Keçən ay Sizinlə Davosda …
Read More »Azərbaycan xilasediciləri dağıntılar altından 53 nəfəri sağ, 729 nəfərin cəsədini çıxarıb
Azərbaycan xilasediciləri Türkiyədə zəlzələ bölgəsində dağıntılar altından 53 nəfəri sağ, 729 nəfərin cəsədini çıxarıb. Bu barədə Fövqəladə Hallar Nazirliyindən bildirilib. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırığına əsasən Türkiyədə olan Fövqəladə Hallar Nazirliyinin çevik xilasetmə qüvvələri qardaş ölkədə baş vermiş güclü zəlzələnin fəsadlarının aradan qaldırılması və axtarış-xilasetmə əməliyyatlarını fasiləsiz davam etdirirlər. Belə ki, FHN-in xilasediciləri zəlzələdən ciddi zərər görmüş Kahramanmaraş rayonu ərazisində …
Read More »Qaxda narkotiklərin qanunsuz dövriyyəsi ilə məşğul olan cütlük saxlanılıb
Qax Rayon Polis Şöbəsinin əməkdaşlarının həyata keçirdiyi əməliyyat zamanı narkotik vasitə və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olan şəxslər saxlanılıb. Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupundan verilən məlumata görə, keçirilən əməliyyat nəticəsində əvvəllər Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə bir neçə dəfə məhkum olunmuşlar, rayon sakini Ramazan Balacayev və onunla qeyri-rəsmi münasibətdə yaşayan Şükufə Hacıyeva saxlanılıb. Şəxsi axtarış …
Read More »Cəbrayılda DSX-nin hərbi hissəsində zabit-gizirlər üçün yaşayış binaları xidməti istifadəyə verilib
Cəbrayıl rayonu ərazisində Dövlət Sərhəd Xidmətinin hərbi hissəsində zabit-gizirlər üçün yaşayış binaları xidməti istifadəyə verilib. Bu barədə DSX-nin Mətbuat Mərkəzindən bildirilib. Dövlət Himninin səsləndirilməsi ilə başlayan tədbirdə əvvəlcə Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməsi, torpaqlarımızın işğaldan azad olunması uğrunda canlarını fəda etmiş şəhidlərimizin, eləcə də Türkiyədə baş verən zəlzələ nəticəsində həyatını itirən bacı və qardaşlarımızın əziz xatirəsi bir dəqiqəlik sükutla yad …
Read More »İsveç Ukraynaya 50-dən çox PDM və tank əleyhinə raketlər göndərib
İsveç Ukraynaya əllidən çox “CV-90” piyada döyüş maşını , bir “Archer” özüyeriyən artilleriya qurğusu və “NLAW” daşına bilən tank əleyhinə idarə olunan raketlər təhvil verilib. Boyukmillet.com xarici KİV-ə istinadən xəbər verir ki, bunu İsveçin Baş naziri Ulf Kristersson bildirib. Onun sözlərinə görə, Stokholm müdafiə materialları, innovativ döyüş maşınları və tank əleyhinə robotların alınmasını təşkil etmək niyyətindədir. O, həmçinin əlavə edib …
Read More »“Türkiyə – tək ürək” kampanyası bitib, 115 milyard lirədən çox vəsait toplanıb – YENİLƏNİB
“Türkiyə, tək ürək” adlı yardım kampaniyası çərçivəsində Azərbaycan Televiziyası, Türkiyə, eləcə də Şimali Kiprin televiziya və radio kanallarının iştirakı ilə xeyriyyə məqsədli ortaq yayım bitib. Boyukmillet.com xəbər verir ki, kampaniya çərçivəsində toplanan vəsait 115 milyard 146 milyon 528 min lirə təşkil edib, 9 milyon 10 min SMS göndərilib. Qeyd edək ki, toplanan vəsait AFAD-ın və Qızıl Aypara Cəmiyyətinin hesabına köçürüləcək. …
Read More »Türkiyə səfirliyinin müşaviri zəlzələdə həlak olan azərbaycanlı tələbələrin valideynlərinə başsağlığı verib
“Türkiyədə bu gün etibarı ilə 36 minə yaxın insan zəlzələ nəticəsində dünyasını dəyişib. Onların arasında Azərbaycandan elm üçün yola çıxmış, təhsilini ən gözəl formada tamamlayıb ölkəsinə geri dönərək xalqına xidmət etmək istəyən gənclər də var və bu gün ürək ağrısı ilə onların cənazələrini qarşılayırıq”. Boyukmillet.com xəbər verir ki, bunu Türkiyənin Azərbaycandakı səfirliyinin təhsil müşaviri Ali Rza Altunel deyib. Onun sözlərinə …
Read More »Dünya Bankının prezidenti istefa verib
Dünya Bankının (DB) prezidenti David Malpas iyunun 30-dək vəzifəsini tərk edəcəyi ilə bağlı qərarını açıqlayıb. Boyukmillet.com xəbər verir ki, bu barədə “Bloomberg” David Malpasın bəyanatına istinadən məlumat yayıb. Qeyd olunub ki, bu, 66 yaşlı Malpasın rəsmi müddətinin başa çatmasından təxminən bir il əvvəl, yəni “maliyyə ilinin sonuna qədər”, iyunun 30-dan əvvəl baş verəcək erkən istefa olacaq. Qərarın səbəbi isə açıqlanmır. …
Read More »NATO ölkələri Ukrayna üçün bir neçə tank briqadası yaradacaqlarına ümid edir
NATO ölkələri Ukrayna Silahlı Qüvvələrinin bir neçə tank briqadasını yaratmaq üçün Ukraynaya kifayət qədər tank, o cümlədən “Leopard 2” tankları vermək niyyətindədir. Boyukmillet.com TASS-a istinadən xəbər verir ki, bu barədə Polşa Prezidenti Andjey Duda NATO Baş katibi Yens Stoltenberqlə birgə keçirdiyi mətbuat konfransında bildirib. A.Duda xatırladıb ki, Qərb ölkələri, o cümlədən Böyük Britaniya, Kanada, Polşa müttəfiqlik hərəkətləri çərçivəsində artıq Ukraynaya …
Read More »
Boyukmillet.com Biz yanmasaq vətən yanar