İrandan Azərbaycana qaçaqmalçılıq yolu ilə narkotik gətirməkdə təqsirləndirilən Pərvin Rzayev, gələn Məhəmməd Məmmədov və Süleyman Musazadəyə hökm oxunub. Boyukmillet.com xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Siyavuş Hacıyevin sədrliyi ilə keçirilən prosesdə M.Məmmədov və Süleyman Musazadə 10 il, Pərvin Rzayev isə 8 il 6 ay müddətinə azadlıqdan məhrum edilib. Qeyd edək ki, hər üç şəxs 2021-ci ilin avqustunda Dövlət …
Read More »BMT-nin rezident əlaqələndiricisi Türkiyə səfirliyində matəm kitabına ürək sözlərini yazıb
BMT-nin Azərbaycandakı rezident əlaqələndiricisi Vladanka Andreyeva Türkiyənin Bakıdakı səfirliyində matəm kitabına ürək sözlərini yazıb. Boyukmillet.com xəbər verir ki, o, bu barədə tviter səhifəsində bildirib. “BMT-nin Azərbaycandakı ofisi adından Türkiyə səfirliyində matəm kitabına ürək sözlərimi yazdım. Qəlbimiz çətin durumda olan Türkiyə xalqı ilə döyünür. BMT yardım səylərini dəstəkləməyə tam sadiqdir”, – paylaşımda deyilir.
Read More »NATO-nun Bakıda keçirilən təlim kursu başa çatıb
Azərbaycan Müdafiə Nazirliyinin NATO ilə 2023-cü il üçün Fərdi Tərəfdaşlıq üzrə Əməkdaşlıq Proqramı çərçivəsində NATO-nun Brunssumda yerləşən Birgə Qüvvələr Komandanlığının mobil təlim qrupu tərəfindən Bakıda keçirilən “Operativ səviyyədə əməliyyatın qiymətləndirilməsi” təlim kursu başa çatıb. Əvvəlcə kursun yekunlarına dair brifinq təqdim edilib. Çıxış edənlər Azərbaycan ilə NATO arasında hərbi əməkdaşlığın genişləndirilməsi istiqamətində bu cür kursların əhəmiyyətindən danışıb, kursu müvəffəqiyyətlə bitirən məzunları …
Read More »Naxçıvanda məktəb binasının çökməsi ilə bağlı cinayət işi başlanıb
Naxçıvan Muxtar Respublikasında məktəb binasının çökməsi ilə bağlı cinayət işi başlanıb. Boyukmillet.com xəbər verir ki, Babək rayon Nehrəm kənd 3 saylı tam orta məktəbdə aparılan yenidənqurma işləri zamanı 31 mart 2022-ci il tarixdə binanın bir hissəsinin çökməsi nəticəsində dörd nəfər şəxsin ölməsi, bir nəfərin isə xəsarət alması faktı ilə bağlı rayon prokurorluğunda araşdırma aparılıb. Araşdırmanın nəticəsində cinayət işinin başlanmasının rədd …
Read More »Güney azərbaycanlı şair 92 yaşında vəfat edib
Güney Azərbaycanın Marağa şəhərində yaşayan Mirza Hüseyn Kərimi Marağayi vəfat edib. Boyukmillet.com xəbər verir ki, məlumatı Güney Azərbaycana bağlı informasiya mənbələri yayıb. Bildirilib ki, o, Marağada müalicə olunduğu “Əmir əl-Möminin” xəstəxanasında 92 yaşında ürək çatışmazlığından dünyasını dəyişib. Qeyd edək ki, o, 1931-ci ildə Marağa şəhərində anadan olub. İranda Azərbaycan türkcəsində məktəbin olmamasına baxmayaraq tanınmış satiraçı şeirlərinin demək olar ki, hamısını …
Read More »Azərbaycanın biznes icması Türkiyəyə yardım təşəbbüsü ilə çıxış edib
Zəlzələdən sonra qardaş Türkiyəyə maliyyə dəstəyi göstərmək məqsədilə bütün Azərbaycan xalqı kimi ölkəmizin işgüzar icması da aktivləşib. Boyukmillet.com xəbər verir ki, bu barədə İqtisadiyyat Nazirliyinin İxracın və İnvestisiyaların Təşviqi Agentliyinin (AZPROMO) məlumatında deyilir. Belə ki, bir qrup azərbaycanlı iş adamı qardaş türk xalqına yardım etmək təşəbbüsü və çağırışı ilə çıxış edib. Vəsaitlər AFAD dövlət fonduna göndərilir. Ətraflı: https://en.afad.gov.tr/earthquake-campaign Saytda yerləşdirmək üçün …
Read More »Minimum əmək pensiyalarının 280 manata çatdırılması ilə bağlı hazırlıq işləri başa çatıb
Minimum əmək pensiyalarının 280 manata çatdırılması ilə bağlı hazırlıq işləri başa çatıb. Boyukmillet.com xəbər verir ki, bunu Dövlət Sosial Müdafiə Fondunun Pensiya Təminatı Departamentinin müdiri Eyvaz İsmayılov deyib. O xatırladıb ki, fevral ayı üçün pensiyalar qrafikə uyğun olaraq pensiyaçılara ödəniləcək: “Pensiyaçılara ödənilən pensiyalar ənənəvi olaraq cari aylarda qrafika uyğun olaraq ödənilir”. Qeyd edək ki, Prezident İlham Əliyevin fevralın 8-də təsdiqlədiyi “Əmək …
Read More »Azərbaycan Ordusunun hərbçisi qar uçqununa düşərək həlak olub
Azərbaycan Ordusunun müddətdən artıq hərbi qulluqçusu Hüseynov Savalan Hüseyn oğlu qar uçqununa düşərək həlak olub. Boyukmillet.com xəbər verir ki, “Fevralın 8-i saat 17:00 radələrində xidmət yerini özbaşına tərk edən Azərbaycan Ordusunun hərbi qulluqçusu Hüseynov Savalan Hüseyn oğlunun qar uçqununa düşərək vəfat etməsi ilə bağlı məlumatı təsdiq edirik.Faktla bağlı araşdırma aparılır”, – məlumatda bildirilib. Qeyd edək ki, S.Hüseynov Gədəbəy rayonunun Qalakənd …
Read More »“Azəriqaz”: “Dünən hava şəraitinin kəskin soyuması ilə əlaqədar qaz istehlakı artıb”
Fevralın 9-da ölkədə hava şəraitinin kəskin soyuması ilə əlaqədar olaraq “Azəriqaz”ın boru xətlərinə 42 milyon 271 min kubmetr qaz qəbul edilib. Boyukmillet.com xəbər verir ki, bunu Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyinin Rejimlərə nəzarət və mərkəzi dispetçer şöbəsinin rəisi Rasim Əhmədov bu gün keçirilən “Açıq qapı” aksiyası zamanı bildirib. Onun sözlərinə görə, bu, ötən ilin eyni gününün göstəricisindən …
Read More »Britaniya kəşfiyyatı: “Rus qoşunları Vudledar şəhərində ciddi itki verib, geri çəkiliblər”
“Rusiya qoşunları Donetsk vilayətinin Vuhledar şəhərində ağır itkilər veriblər. Onlar bu uğursuz hücumdan sonra ən azı 30 zirehli texnikanı tərk edərək qaçıblar”. Boyukmillet.com xəbər verir ki, bu barədə Böyük Britaniya Müdafiə Nazirliyi kəşfiyyat məlumatlarına əsasən bildirib. Qeyd olunub ki, Rusiya Silahlı Qüvvələri Baxmut istiqamətində taktiki uğur qazanmağa nail olublar. Məlumatda, xatırladılıb ki, ruslar bu ilin yanvarın sonunda Vuheldar şəhərinin qərb istiqamətində …
Read More »
Boyukmillet.com Biz yanmasaq vətən yanar