Hazırda havanın soyuq və şaxtalı olmasına baxmayaraq, Azərbaycanın Qarabağ iqtisadi rayonunda faydalı qazıntı yataqlarının qanunsuz istismarına qarşı Xankəndi-Laçın yolunda keçirilən etiraz aksiyası axşam saatlarında da davam edir, dinc etirazçılar aksiyanın keçirildiyi ilk gündən etibarən dünya ictimaiyyətini ekologiyanı qorumağa çağırırlar. Boyukmillet.com xəbər verir ki, ekofəallar və gənc könüllülər dəyişməz şüarları ilə Azərbaycan cəmiyyətinin haqlı narazılığını dilə gətirir, ekoloji terrora son qoyulmasını, …
Read More »Rauf Zeyni: “Azərbaycan istəyər ki, orada Türkiyə və ya Pakistan kimi ölkələrin hərbçiləri təhlükəsizliyi qorusun”
Qərbi Azərbaycan İcmasından bildirilib ki, İcma BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığı ilə birlikdə, tətbiq olunması mümkün olan bütün beynəlxalq standartlar əsasında, eləcə də Azərbaycan hökuməti və Ermənistan hökuməti ilə təmaslar şəraitində qayıdışın detallı planını hazırlamağa çalışacaq: “İndiki Ermənistan ərazisindən qovulmuş bütün azərbaycanlılar və onların varislərinin öz vətənlərinə qayıtmaq hüququ var. Bu onların haqqıdır. Son 200 ildə başımıza gələn müsibətlərdən dolayı …
Read More »Ərdoğan: “İsveçin NATO-ya üzvlüyünə icazə verməyəcəyik”
“İsveç Quranın təhqir edilməsinə göz yumduqca bu dövlətin Alyansa üzvlüyünə icazə verilməyəcək” Boyukmillet.com xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Türkiyə Böyük Millət Məclisinin (TBMM) iclasında çıxışı zamanı deyib. Onun sözlərinə görə, İsveç boş yerə çalışmasın: “Finlandiyanın üzvlüyü ilə bağlı mövqeyimiz müsbətdir, amma İsveçə icazə vermərik”.
Read More »Prezident səfirliyimizdə törədilən terror aktının hazırda Azərbaycan tərəfindən hərtərəfli şəkildə araşdırıldığını bildirib
Prezident İlham Əliyev Azərbaycanın İrandakı səfirliyində törədilən terror aktının hazırda Azərbaycan tərəfindən hərtərəfli şəkildə araşdırıldığını diqqətə çatdırıb. Boyukmillet.com xəbər verir ki, bu barədə dövlət başçısı fevralın 1-də Türkiyənin milli təhsil naziri Mahmut Özeri və Türkiyə Böyük Millət Məclisinin (TBMM) bir qrup üzvünü videokonfrans formatında qəbul edərkən deyib. Qeyd edək ki, Prezident İlham Əliyev fevralın 1-də Türkiyənin milli təhsil naziri Mahmut Özeri …
Read More »İlham Əliyev: “Tehranda terror hadisəsi prosesi xeyli vaxt çəkməsinə baxmayaraq, İranın polis və təhlükəsizlik qüvvələri ciddi tədbir görməyib”
Prezident İlham Əliyev bildirib ki, Tehranda terror hadisəsi prosesi xeyli vaxt çəkməsinə baxmayaraq, İranın polis və təhlükəsizlik qüvvələri hər hansı ciddi tədbir görməyib. Boyukmillet.com xəbər verir ki, bu barədə dövlət başçısı fevralın 1-də Türkiyənin milli təhsil naziri Mahmut Özeri və Türkiyə Böyük Millət Məclisinin (TBMM) bir qrup üzvünü videokonfrans formatında qəbul edərkən danışıb. Mahmut Özer Azərbaycan Respublikasının Tehrandakı səfirliyinin binasında …
Read More »MM Azərbaycanda minimum əmək pensiyasının məbləğinin 280 manat olmasını təsdiqləyib
Milli Məclis Azərbaycanda minimum əmək pensiyasının məbləğinin artırılması ilə bağlı dəyişiklik layihəsini təsdiqləyib. Boyukmillet.com xəbər verir ki, parlamentin bugünkü plenar iclasında “Əmək pensiyaları haqqında” qanuna dəyişiklik layihəsi müzakirəyə çıxarılıb. Bildirilib ki, əmək pensiyasının minimum məbləği 40 manat artırılaraq 240 manatdan 280 manata qaldırılır. Qanun layihəsi 2023-cü ilin fevralın 1-dən qüvvəyə minəcək. Bu artım təxminən 100 min pensiyaçını əhatə edəcək.
Read More »VHP-dən nəqliyyatda qiymət artımına etiraz
Vətəndaş Həmrəyliyi Partiyasının metroda və digər ictimai nəqliyyat vasitələrində gediş haqlarının qiymət artımı ilə bağlı bəyanat yayıb. Boyukmillet.com xəbər verir ki, bəyanatda deyilir:” Tarif (qiymət) Şurasının 31 yanvar 2023-cü il tarixində keçirilən növbəti iclasında daşıyıcı şirkətlərin müraciətlərinə baxılmış və ictimai nəqliyyatda sərnişindaşıma xidmətləri üzrə qiymətləri artırmışdır.Vətəndaş Həmrəyliyi Partiyası Tarif Şurasının bu qərarını qəti şəkildə pisləyərək bildirir ki, metroda və ictimai …
Read More »İrandan Azərbaycana narkotik keçirilməsinin qarşısı alınıb
İrandan Azərbaycana narkotik keçirilməsinin qarşısı alınıb. Bu barədə Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzindən məlumat verilib. Dövlət sərhədinin etibarlı mühafizəsinin təmin edilməsi, narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə tədbirləri çərçivəsində Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının “Horadiz” sərhəd dəstəsinin əməkdaşları tərəfindən 20 kiloqram 400 qram narkotik vasitənin və 300 ədəd psixotrop tərkibli həblərin qaçaqmalçılıq yolu ilə İrandan Azərbaycana keçirilməsinin qarşısı alınıb. Yanvar …
Read More »Milli Məclisdə Heydər Əliyev İli ilə bağlı xüsusi iclas keçiriləcək
Milli Məclisdə Heydər Əliyev İli ilə bağlı xüsusi iclas keçiriləcək. Boyukmillet.com xəbər verir ki, bu barədə Milli Məclisin sədri Sahibə Qafarova parlamentin fevralın 1-də keçirilən yaz sessiyasının ilk plenar iclasında çıxışı zamanı məlumat verib. Onun sözlərinə görə, yaz sessiyası dövründə parlamentin fəaliyyətinin ən mühüm mövzusu ümummilli lider Heydər Əliyevin anadan olmasının 100 illiyi ilə bağlı tədbirlər olacaq: “Milli Məclisin və …
Read More »Zakir Həsənovla İsrailin yeni müdafiə naziri arasında telefon danışığı olub
Fevralın 1-də Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənovla İsrailin müdafiə naziri Yoav Qallantın təşəbbüsü ilə telefon danışığı olub. Bu barədə Azərbaycanın Müdafiə Nazirliyindən məlumat verilib. Azərbaycan-İsrail əlaqələrinin dostluq və qarşılıqlı etimada əsaslandığını vurğulayan Y.Qallant ölkələrimiz arasında mövcud münasibətlərdən məmnunluğunu ifadə edib. General-polkovnik Z.Həsənov Y.Qallantı İsrail Dövlətinin müdafiə naziri təyin olunması münasibətilə təbrik edərək ölkələrimiz arasında hərbi sahədə əməkdaşlığın genişlənəcəyinə əminliyini …
Read More »
Boyukmillet.com Biz yanmasaq vətən yanar