Avropa İttifaqının (Aİ) Ermənistandakı missiyası mülki deyil, hərbi kontingentə bənzəyir. Boyukmillet.com xəbər verir ki, missiyanın rəhbəri 2020-ci ildən Ştutqart Şəhər Polis İdarəsinin rəisi vəzifəsində çalışan almaniyalı Markus Ritter olacaq. Bildirilib ki, xidmət etdiyi qurumlar onun polis deyil, daha çox hərbçi olduğunu göstərir. Belə ki, M.Ritter Aİ-nin İraqdakı konsultasiya missiyasına rəhbərlik edib, Cənubi Sudan, Gürcüstan və Kosovoda Aİ və BMT missiyalarında …
Read More »Mirzoyanla Borel Ermənistanın Azərbaycan və Türkiyə ilə münasibətlərini müzakirə edib
Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan Brüsseldə Avropa İttifaqının xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Cozef Borellə regional məsələləri müzakirə ediblər. Boyukmillet.com xəbər verir ki, bu barədə Ermənistan Xarici İşlər Nazirliyinin mətbuat xidməti məlumat yayıb. Bildirilib ki, görüş zamanı tərəflər regional təhlükəsizlik və sabitlik məsələləri ətrafında fikir mübadiləsi aparıblar. Mirzoyanla Borel Ermənistan-Azərbaycan münasibətlərinin normallaşması prosesi ətrafında cərəyan edən …
Read More »Azərbaycan XİN Ermənistanın xarici işlər nazirinə cavab verib
24 yanvar tarixində Ermənistan xarici işlər naziri Ararat Mirzoyanın Avropa İttifaqı Parlamentinin Xarici Əlaqələr Komitəsində çıxışı zamanı səsləndirdiyi fikirlər riyakarlığın bariz nümunəsidir. Boyukmillet.com xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin bəyanatında deyilir. Qeyd olunub ki, Ermənistan xarici işlər nazirinin Laçın yolu ətrafında yaranmış vəziyyətin müharibə yolu ilə həll edilməsi təklifi ciddi təhdiddir. “Ermənistan rəhbərləri tərəfindən müharibəyə çağırış ideyalarının …
Read More »Naxçıvan Dövlət Şəhərsalma və Arxitektura Komitəsinə yeni sədr təyin olunub
Naxçıvan Muxtar Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinə yeni sədr təyin olunub. Boyukmillet.com xəbər verir ki, bununla bağlı müvafiq sərəncam imzalanıb. Sərəncama əsasən, İlqar Hacıbala oğlu Sadıqov Dövlət Komitəsinə sədr təyin edilib. Azərbaycan Prezidentinin Naxçıvanda səlahiyyətli nümayəndəsi Fuad Nəcəfli, Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Anar Quliyev və Naxçıvan Ali Məclisi sədrinin birinci müavini Azər Zeynalov bu gün İ.Sadıqovu kollektivə …
Read More »KİV: “Finlandiya Türkiyəyə silah ixracına lisenziya verib”
Finlandiya Türkiyəyə silah ixracına lisenziya verib. Bu da 2019-cu ildən bəri ilk haldır. Boyukmillet.com xəbər verir ki, bu barədə “Hufvudstadsbladet” nəşri məlumat yayıb. Bildirilib ki, ixrac icazəsi Finlandiyanın “Miilux” polad şirkətinə verilib. Bu şirkət Türkiyəyə hərbi texnika üçün 12 min ton zireh tədarük etmək niyyətindədir.
Read More »Erkin Qədirlinin qalmaqallı açıqlamasına – Adil Əliyevdən cavab
Millət vəkili Erkin Qədirlinin bloqer Mehman Hüseynovla mini müsahibəsi müzakirələrə səbəb olub. Bloqer deputata cəmi bir sual ünvanlayıb: “Mənə Milli Məclisdən bir deputatın adını çəkin ki, həqiqətən də xalqın səsini qazanıb və parlamentdə oturub”. Erkin Qədirli isə “Vallah heç onu özüm barədə də deyə bilmirəm. Demokratik seçki olsa, onda əminliklə demək olardı. Amma bizdə demokratik seçki yoxdur axı” cavabını verib. …
Read More »Azərbaycan və Türkmənistan Xəzər dənizinin dibinin bölünməsi məsələlərini müzakirə edib
Yanvarın 24-25-də Aşqabadda Azərbaycan və Türkmənistan arasında Xəzər dənizinin dibinin bölünməsi məsələləri üzrə Birgə İşçi Qrupun növbəti iclası keçirilib. Boyukmillet.com xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyindən bildirilib. Qeyd olunub ki, Azərbaycan nümayəndə heyətinə xarici işlər nazirinin müavini, Prezidentin sərhəd və Xəzər dənizi məsələləri üzrə xüsusi nümayəndəsi Xələf Xələfov, Türkmənistan nümayəndə heyətinə isə Xəzər dənizi İnstitutunun direktoru, Xəzər …
Read More »Avropa klubları Azərbaycan millisinin futbolçusu ilə maraqlanır
Gənclərdən ibarət Azərbaycan millisinin futbolçusu Abdulla Rzayev Avropa klublarının maraq dairəsindədir. Boyukmillet.com xəbər verir ki, qış fasiləsində “Sabah”dan “Kəpəz”ə icarəyə verilən 21 yaşlı müdafiəçi Türkiyədəki təlim-məşq toplanışı zamanı bir neçə komandanın diqqətini çəkib: “Antalyada olanda bir neçə xarici menecer onunla maraqlandı. Türkiyə, Slovakiya və Macarıstan klubları Abdulla barədə məndən məlumat istədilər. “Kəpəz”in çempionatda dünən “Qəbələ” ilə keçirdiyi matçda da 90 …
Read More »Avropa Gəncləri Qış Olimpiya Festivalı: Azərbaycan idmançısı qısa proqramda 10-cu olub
Azərbaycanın fiqurlu konkisürəni Səbinə Əliyeva İtaliyanın Friuli Venesiya Culiya bölgəsində keçirilən Avropa Gəncləri Qış Olimpiya Festivalında ilk çıxışını edib. Boyukmillet.com xəbər verir ki, o, qısa proqramda hakimlərdən 45.27 xal alıb. Yığmanın ən gənc atleti 30 ölkənin iştirakçısı arasında 10-cu yeri tutub. Səbinə Əliyevanın növbəti çıxışı yanvarın 27-də baş tutacaq. İdmançı sərbəst proqramda yüksək nəticə uğrunda mübarizə aparacaq.
Read More »Ceyhun Bayramov İƏT-in Baş katibi ilə telefonla danışıb
Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovun İslam Əməkdaşlıq Təşkilatının (İƏT) Baş katibi Hissein Brahim Taha ilə telefon danışığı baş tutub. Boyukmillet.com xəbər verir ki, telefon danışığı zamanı Azərbaycan və İƏT arasında mövcud əməkdaşlıq, təşkilatın gündəliyində duran aktual məsələlər və gələcək planlar müzakirə mövzusu olub. C.Bayramov Azərbaycan ilə İƏT arasında müxtəlif sahələrdə, o cümlədən siyasi, iqtisadi, mədəni, təhsil və s. istiqamətlərdə …
Read More »
Boyukmillet.com Biz yanmasaq vətən yanar