Cümə axşamı , 9 Aprel 2026

autor

Azərbaycan Ordusunun əsgəri özünü güllələyərək öldürüb

Azərbaycan Ordusunun əsgəri özünü güllələyərək öldürüb. Boyukmillet.com xəbər verir ki, bu barədə “Report”a Hərbi prokurorun böyük köməkçisi – Hərbi Prokurorluğun Mətbuat Xidmətinin rəhbəri, baş ədliyyə müşaviri Firad Əliyev deyib. Bildirilib ki, Müdafiə Nazirliyinin N saylı hərbi hissəsinin hərbi qulluqçusu, əsgər Salahov Əkram Asim oğlunun 2023-cü il yanvarın 24-də odlu silahdan atəş açmaqla özünü öldürməsi barədə Qubadlı Hərbi Prokurorluğuna məlumat daxil olub. …

Read More »

Azərbaycan Ombudsmanı Ermənistanın müharibə və ekoloji cinayətləri ilə bağlı beynəlxalq təşkilatlara növbəti dəfə müraciət edib

Azərbaycanın İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyeva Ermənistanın Azərbaycana qarşı törətdiyi müharibə və ekoloji cinayətlərlə bağlı beynəlxalq insan hüquqları təşkilatlarına növbəti dəfə müraciət edib. Boyukmillet.com xəbər verir ki, müraciətdə deyilir: “Ermənistan tərəfindən Azərbaycana qarşı uzun illər ərzində əsassız ərazi iddiaları irəli sürülməklə bərabər, həm də kəskin milli, irqi və dini nifrət zəmnində işğalçılıq, etnik təmizləmə, soyqırımı, terrorçuluq siyasəti həyata …

Read More »

Azərbaycan Memarlıq və İnşaat Universitetində imtahan prosesi izlənilib

Azərbaycan Memarlıq və İnşaat Universitetində (AzMİU) imtahan prosesi izlənilib. Boyukmillet.com xəbər verir ki, görüşdə Elm və Təhsil Nazirliyinin İctimai Şurasının üzvü Mirzə Cəfərzadə, Mətbuat Şurasının sədri Rəşad Məcid, “Korrupsiyaya Qarşı Mübarizə Mərkəzi” İctimai Birliyinin sədri Anar Sarıyev, Milli Məclisin deputatları Aydın Mirzəzadə, Ceyhun Məmmədov, təhsil eksperti Şahlar Əsgərov və başqaları iştirak ediblər. Tədbir çərçivəsində əvvəlcə iştirakçılarla AzMİU rəhbərliyinin görüşü keçirilib. …

Read More »

Deputat: “Rayonlarda narkotik problemi böyük fəlakətdir”

Deputat Jalə Əhmədova rayonlarda narkotik probleminin böyük fəlakət olduğunu bildirib. Boyukmillet.com xəbər verir ki, deputat bunu Milli Məclisin Gənclər və idman komitəsinin iclasında deyib. “Rayonlarda savadsız və təhsilsiz gənclər kütləsi var. Həmin kütlə də axışıb şəhərə gəlir. Burada fəhlə işində çalışıb aldıqları pul da onları qane etmir. Həmin gənclər sonra yenidən rayona qayıdaraq özlərini tapa bilmirlər. Təhsili olmayan cavanlar üçün …

Read More »

Deputat: “Son vaxtlar idmançılar arasında həbslərin olması cəmiyyəti düşündürür”

“Biz daha çox gənclərimizin yanında olmalıyıq. Onların problemlərinin həll olunması üçün işlər görməliyik. Son vaxtlar idmançılar arasında həbslərin olması cəmiyyəti düşündürür. Bir neçə belə faktlar oldu. Biz də bunu qınayırıq”. Boyukmillet.com xəbər verir ki, bunu Milli Məclisin Gənclər və idman komitəsinin üzvü Vüqar İskəndərov komitənin bugünkü iclasında çıxışı zamanı deyib. “Yeniyetmələr və gənclər əsasən vətənpərvərlik ruhunda inkişaf edirlər. Lakin təəssüf ki, …

Read More »

Azərbaycanla Rusiya arasında terrorçuluqla mübarizədə əməkdaşlıq haqqında saziş təsdiqlənib

Azərbaycanla Rusiya arasında terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə sahəsində informasiya əməkdaşlığı haqqında saziş təsdiq edilib. Boyukmillet.com xəbər verir ki, Prezident İlham Əliyev “Azərbaycan Respublikası Hökuməti ilə Rusiya Federasiyası Hökuməti arasında fiziki şəxslər tərəfindən nağd pul vəsaitinin və (və ya) pul alətlərinin transsərhəd hərəkəti zamanı cinayət yolu ilə əldə edilmiş gəlirlərin leqallaşdırılmasına (yuyulmasına) və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə sahəsində informasiya əməkdaşlığı haqqında Saziş”in …

Read More »

Azərbaycanla Rusiya arasında beynəlxalq tibbi sanitariya qaydalarının tətbiqi ilə bağlı saziş təsdiqlənib

Azərbaycanla Rusiya arasında beynəlxalq tibbi sanitariya qaydalarının tətbiqi ilə bağlı saziş təsdiqlənib. Boyukmillet.com xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı Fərman imzalayıb. Fərmana əsasən, 2022-ci il noyabrın 17-də Bakı şəhərində imzalanmış “Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi və İstehlakçıların Hüquqlarının Müdafiəsi və İnsan Rifahı sahəsində Nəzarət üzrə Federal Xidmət (Rusiya Federasiyası) arasında Beynəlxalq tibbi sanitariya qaydalarının (2005-ci il) tətbiqi sahəsində əməkdaşlıq …

Read More »

Azərbaycanla Rusiya sərhəd buraxılış məntəqələrinin əlaqələndirilmiş inkişafı məqsədilə əməkdaşlıq edəcək

Azərbaycanla Rusiya dövlət sərhədindən buraxılış məntəqələrinin və onlara nəqliyyat giriş yollarının əlaqələndirilmiş inkişafı məqsədilə əməkdaşlıq və qarşılıqlı fəaliyyət aparacaq. Boyukmillet.com xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı Fərman imzalayıb. Fərmana əsasən, 2022-ci il noyabrın 17-də Bakı şəhərində imzalanmış “Azərbaycan Respublikası Hökuməti ilə Rusiya Federasiyası Hökuməti arasında Azərbaycan Respublikası və Rusiya Federasiyası arasında dövlət sərhədindən buraxılış məntəqələrinin və onlara nəqliyyat giriş …

Read More »

AQC və ABA rəhbərləri görüşdülər – İşçi Qrupu yaradılacaq

Azərbaycan Banklar Assosiasiyasının (ABA) icraçı direktoru Yunus Abdullayev və Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin (AQC) sədri Vüqar Oruc arasında görüş keçirilib. Görüşdə Azərbaycan Banklar Assosiasiyasının (ABA) Hüquq departamentinin rəhbəri Qorxmaz Ağayev, layihələr üzrə menecer Elçin Həsənov, Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin (AQC) sədr müavinləri – Zamin Hüseynov, Fərid Rüstəmov və Hüquq departamentinin rəhbəri Şükür Hüseynov iştirak ediblər. Boyukmillet.com xəbər verir ki, qonaqları salamlayan Azərbaycan …

Read More »

Agentlik “Şuşa İli”nə həsr olunmuş qrant müsabiqəsinin yekunlarına dair mətbuat konfransı keçirib

Yanvarın 24-də Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi “Şuşa İli”nə həsr olunmuş qrant müsabiqəsinin yekunlarına dair mətbuat konfransı keçirib. Boyukmillet.com xəbər verir ki, konfransda Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Qeyri-hökumət təşkilatları ilə iş və kommunikasiya şöbəsinin məsul əməkdaşı Rahu Şirinova, Agentliyin icraçı direktoru Aygün Əliyeva, Qarabağ Dirçəliş Fondunun Fandreyzinq və Kommunikasiya şöbəsinin müdiri Pərvin Məmmədova, “Şuşa İli”nə həsr olunmuş xüsusi qrant müsabiqəsinin …

Read More »