Cümə axşamı , 9 Aprel 2026

autor

Azərbaycan hökuməti Ermənistanla bağlı iddia sənədini Beynəlxalq Ədalət Məhkəməsinə təqdim edib

Azərbaycan hökuməti əsas iddia sənədini Beynəlxalq Ədalət Məhkəməsinə təqdim edib. Bu barədə Xarici İşlər Nazirliyindən məlumat verilib. Bildirilib ki, bu, İrqi Ayrı-seçkiliyin Bütün Formalarının Ləğv edilməsi haqqında Konvensiyaya uyğun olaraq ölkəmizin Ermənistana qarşı qaldırdığı beynəlxalq məhkəmə proseslərində mühüm inkişafdır. Qeyd olunub ki, məhkəməyə təqdim edilmiş əsas iddia sənədi otuz illik ədalətsizliyi qeydə alan minlərlə səhifəlik dəlillərə əsaslanır. Sənəd, Ermənistan tərəfindən …

Read More »

Azərbaycan XİN Aİ Şurasının Ermənistanda missiya yaratmasına münasibət bildirib

Avropa İttifaqı missiyasının mövcudluğunun hazırkı dialoq mexanizmlərinə qarşı sui-istifadəsi təhlükəlidir və bundan çəkinilməlidir”. Boyukmillet.com xəbər verir ki, bu fikirlər Azərbaycan Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsinin Avropa İttifaqı (Aİ) Şurasının Ermənistanda monitorinq missiyasının yaradılması ilə bağlı qərarına dair şərhində əksini tapıb. Qeyd olunub ki, Azərbaycan, Aİ Şurasının Ermənistanda Aİ-nin mülki missiyasının yaradılması ilə bağlı qəbul etdiyi qərarı qeydə alır. Bildirilib …

Read More »

Xankəndi-Laçın yolunda aksiya 44 gündür davam edir

Havanın soyuq və şaxtalı olmasına baxmayaraq, Azərbaycanın Qarabağ iqtisadi rayonunda faydalı yataqların qanunsuz istismarı əleyhinə Xankəndi-Laçın yolunda keçirilən etiraz aksiyası qırx dörd gündür davam edir, gənc aktivistlər gün ərzində olduğu kimi, yüksək fəallıq göstərirlər. “Report”un aksiyanı işıqlandıran əməkdaşı xəbər verir ki, 2022-ci il dekabrın 12-də səhər saatlarından başlayan aksiya ötən gecə boyu da davam edib. Təhlükəsizlik qaydalarına yüksək səviyyədə əməl …

Read More »

Türkiyə səfiri Qərbi Azərbaycan İcmasının yeni binasında olub

Türkiyənin Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Cahit Bağçının rəhbərlik etdiyi nümayəndə heyəti Qərbi Azərbaycan İcmasının yeni binasında yaradılan şəraitlə tanış olub. Boyukmillet.com xəbər verir ki, səfir Cahit Bağçı İcmanın İdarə Heyətinin sədri Əziz Ələkbərli və İcmanın əsas orqanlarının rəhbərləri ilə görüşüb. Türk diplomata İcmanın nizamnaməsi, strukturu və fəaliyyəti haqqında məlumat verilib.Qərbi Azərbaycan İcmasının İdarə Heyətinin sədri Əziz Ələkbərli İcmanı ziyarət …

Read More »

İSBAM dəvət etdi, “ASİMDER” təşkilatının rəsmiləri Azərbaycana gəldi – Qərbi Azərbaycan İcması ilə protokol imzalanıb (FOTOLAR)

İctimai Siyasi Proseslər Beynəlxalq Araşdırmalar Mərkəzinin (İSBAM) dəvəti ilə Türkiyədə fəaliyyət göstərən ASİMDER təşkilatının nümayəndə heyəti ölkəmizə səfər edib. Boyukmillet.com xəbər verir ki, səfər çərçivəsində qonaqların iştirakı ilə Bakı, Bərdə və Tərtərdə bir sıra görüşlər keçirilib. Bundan başqa, qonaqlar Qərbi Azərbaycan İcmasında olub, burada icma rəhbəri, millət vəkili Əziz Ələkbərli ilə görüşüblər. Görüşdə icmanın sədri, millət vəkili Əziz Ələkbərli fəaliyyətləri haqqında qonaqlara geniş …

Read More »

Azadlıq prospektinin bir hissəsində aparılan təmir işləri yekunlaşıb

Azadlıq prospektinin Füzuli küçəsindən Dilarə Əliyeva küçəsinədək olan 133 metrlik hissəsində təmir işləri yekunlaşdırılıb. Boyukmillet.com xəbər verir ki, sözügedən ərazilərdə qum əsası üzərində düzülmüş kiçik ölçülü qranit daşlarının çox hissəsinin deformasiyaya uğradığı və bu səbəbdən yaranmış qüsurların nəqliyyat və piyadaların hərəkətinə ciddi maneə yaratdığı müəyyən edilib. Nəqliyyat və piyadaların çox hərəkət etdiyi sözügedən prospekt və küçənin kiçik bir hissəsinin təmiri və saxlanılmasında …

Read More »

“Buta Airways” Bakıdan Volqoqrada uçuşlar həyata keçirəcək

“Azərbaycan Hava Yolları” QSC-nin (AZAL) aşağı büdcəli törəməsi – “Buta Airways” Bakıdan Volqoqrada yeni istiqamət açır. Uçuşlar martın 16-dan etibarən həftədə üç dəfə həyata keçiriləcək. Uçuşlar Bakıdan həftənin çərşənbə axşamı, cümə və şənbə günləri, Volqoqraddan isə çərşənbə, şənbə və bazar günləri həyata keçiriləcək. Biletləri aviadaşıyıcının www.butaairways.az saytında (“Büdcə”, “Standart” və “Super” tarifləri üzrə), həmçinin aviaşirkətin akkreditə olunmuş agentliklərində (yalnız “Super” tarifi üzrə) …

Read More »

“Neftçi” qanalı hücumçunun göndərilməsinə münasibət bildirib

“Neftçi” futbolçusu Qodsvey Donyonun Kiprin “Apollon” (Limassol) klubuna keçəcəyi ilə bağlı xəbərlərə münasibət bildirib. Paytaxt təmsilçisinin Media, Marketinq və İctimaiyyətlə Əlaqələr Departamentinin rəisi Rüstəm Allahverdiyev “Report”a açıqlamasında belə məsələnin gündəmdə olduğunu, lakin prosesin tam yekunlaşmadığını deyib. Klub rəsmisi Yaponiyanın “Cef Yunayted İtixara Tiba” klubunun braziliyalı hücumçusu Matheus Saldanyanın transferi üçün isə danışıqların davam etdiyini söyləyib. Qeyd edək ki, Qodsvey Donyo …

Read More »

Kreml: “Rusiya ilə Ukrayna arasında danışıqlar üçün heç bir şərait yoxdur”

“Hazırda Rusiya ilə Ukrayna arasında nə de-fakto, nə de-yure danışıqlar üçün heç bir şərait yoxdur”. Boyukmillet.com xəbər verir ki, bunu Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov deyib. Jurnalistlərin sualını cavablandıran Peskov bildirib ki, Rusiya Prezidenti Vladimir Putinin imzaladığı “Qismən səfərbərlik haqqında” fərman təkcə lazımi sayda vətəndaşların çağırışını nəzərdə tutmadığından hələ də qüvvədədir. “Qismən səfərbərlik çərçivəsində çağırış müəyyən edilmiş saya çatana qədər …

Read More »