Şuşadan keçən Xankəndi-Laçın yolunda Rusiya sülhməramlılarına məxsus daha 9 avtomobilin hərəkət etməsinə növbəti dəfə şərait yaradılıb. Boyukmillet.com xəbər verir ki, toplanış yerində nəqliyyat vasitələrinin maneəsiz şəkildə hərəkət etməsi təmin olunub. Belə ki, 1 minik, 8 yük maşını Xankəndidən Laçın istiqamətinə keçid edib. Bu, bir daha onu sübut edir ki, yol aksiyanın keçirilməsinə baxmayaraq, humanitar məqsədlər üçün açıqdır. Xatırladaq ki, Qarabağda …
Read More »Ararat Mirzoyan ATƏT-in Baş katibi ilə İrəvanın Azərbaycan və Türkiyə ilə əlaqələrinin normallaşmasını müzakirə edib
Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan Vyanada ATƏT-in Baş katibi Helqa Şmidtlə görüşdə İrəvanın Azərbaycan və Türkiyə ilə əlaqələrinin normallaşması məsələsini müzakirə edib. Boyukmillet.com xəbər verir ki, bu barədə Ermənistan XİN məlumat yayıb. A.Mirzoyan və H.Şmidt ikitərəfli və regional məsələlər barədə danışıblar. Ermənistanın XİN başçısı vurğulayıb ki, ATƏT öz strukturları vasitəsilə regionda sülhün əldə edilməsinə və qorunmasına töhfə verməlidir.
Read More »Bakı metrosunun bəzi stansiyaları 20 yanvarda iş rejimini dəyişəcək
20 yanvar faciəsinin 33-cü ildönümündə “Bakı Metropoliteni” QSC-nin “20 Yanvar”, eləcə də Şəhidlər xiyabanını ziyarət edənlərin daha çox istifadə etdiyi “İçərişəhər” və “Elmlər Akademiyası” stansiyalarında gücləndirilmiş iş rejimi tətbiq olunacaq. Boyukmillet.com xəbər verir ki, həmin gün qeyri-iş günü olsa da, ehtiyat qatarlar xüsusi qaydada nəzərdə tutulacaq və zərurət yaransa xəttə veriləcək. Bundan başqa, hər il olduğu kimi bu il də …
Read More »Prezident İlham Əliyev Davosda “The Goldman Sachs Group Inc.” şirkətinin qlobal məsələlər üzrə prezidenti ilə görüşüb
Yanvarın 18-də Azərbaycan Prezidenti İlham Əliyev Davosda “The Goldman Sachs Group Inc.” şirkətinin qlobal məsələlər üzrə prezidenti Cared Kohen ilə görüşüb. Boyukmillet.com xəbər verir ki, görüşdə “The Goldman Sachs Group Inc.” şirkətinin Azərbaycan Mərkəzi Bankı və Dövlət Neft Fondu ilə uğurlu əməkdaşlığının davam etdiyi qeyd olunub.
Read More »İsveçdə yaşayan güney azərbaycanlı jurnalist Şuşaya səfər edib
İsveçdə yaşayan Ərdəbildən olan jurnalist Stokholmdakı “Azərbaycan səsi” radiosunun rəhbəri, “Tribun” jurnalının baş redaktoru, “Azərbaycan Tribunu” saytının direktoru, Güney Azərbaycan Milli Demokratik Birliyi təşkilatının sözçüsü Əlirza Ərdəbili Şuşa şəhərinə səfər edib. Boyukmillet.com xəbər verir ki, qonaq Şuşada “Güllələnmiş heykəllər”i, “Saray kompleksi”ni, Üzeyir Hacıbəylinin heykəlini ziyarət edib, Şuşa qalasında və Cıdır düzündə olub. Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsinin rəsmisi tərəfindən Ə.Ərdəbiliyə …
Read More »Tərtər sakini əlində qumbara kafeyə və evə hücum edib
Tərtər sakini əlində qumbara kafeyə və evə hücum edib. Boyukmillet.com xəbər verir ki, yanvarın 17-də gecə saatlarında Tərtər şəhəri ərazisində bir nəfərin əlində qumbara ilə kafelərin birində əşyaları və pəncərələrinin şüşələrini, sonradan bir evin həyətinə gedərək evin pəncərələrini və həyətdə olan avtomobilin şüşələrini sındırması barədə polisə məlumat daxil olub. Tərtər Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən dərhal müvafiq tədbirlər həyata keçirilib …
Read More »Ukraynada Ümummilli Lider Heydər Əliyev haqqında kitab nəşr olunub
Ukraynada müasir Azərbaycan dövlətinin qurucusu, Ümummilli Lider Heydər Əliyevin fəaliyyətinə dair “Millətin atası” (Отец нации) adlı kitab nəşr olunub. Boyukmillet.com AZƏRTAC-a istinadən xəbər verir ki, kitabın müəllifi “Ukrayna Azərbaycanlıları Alimlər Şurası” İctimai Təşkilatının sədri, hüquq elmləri doktoru, professor, Ukraynanın Əməkdar təhsil işçisi, Ukrayna Ali Təhsil Elmlər Akademiyasının akademiki Arif Quliyevdir. Rus dilində dərc edilən kitabda Ulu Öndərin fəaliyyəti geniş təhlil …
Read More »Azərbaycan-Birləşmiş Ərəb Əmirlikləri münasibətləri strateji tərəfdaşlıq mərhələsinə qədəm qoyub
Xəbər verildiyi kimi, yanvarın 16-da Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Əbu-Dabidə Dayanıqlılıq Həftəsinin (ADSW) rəsmi açılış mərasimi keçirilib. Mərasimdə fəxri qonaq kimi iştirak edən Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev də tədbirdə çıxış edib. Əbu-Dabi Dayanıqlılıq Həftəsinin açılış mərasimi dünyanın davamlılıq ictimaiyyətini bir araya gətirir və bu, müzakirələr, debatlar üçün gündəliyi müəyyən edir. Bu mötəbər tədbirdə dünya liderlərindən və yüksək səviyyəli siyasətçilərdən …
Read More »Samir Adıgözəlli: “…Ermənilərlə fransızlar eyni xalq olmadıqları kimi, eyni sivilizasiyaya da aid deyillər”
Ermənilərlə fransızların “bacı” olduqlarını bilirdik. Bunu dünyada bilməyən yoxdur ki, Fransa Ermənistanın “böyük bacısıdır”, Ermənistan da özünü onun “kiçik bacısı” adılandırır. Son bir neçə ildə bu cüt bacının Azərbaycana qarşı tutduqları birgə mövqe də bəllidir. Bu barədə çox danışılıb, çox yazılıb. Ermənistanla Fransa, ermənilərlə fransızlar bir-birinə yaxın olduqlarını sübut etmək üçün hər vasitəyə əl atırlar. İndi də onlar özlərindən yeni …
Read More »QHT Agentliyi yaxın günlərdə konfrans keçirməyi planlaşdırır – AYGÜN ƏLİYEVA
“Agentlik olaraq QHT-lərin beynəlxalq əlaqələrinin gücləndirilməsi bizim üçün çox önəmlidir və bununla bağlı yaxın günlərdə konfransının keçirilməsi planlaşdırılır.” Boyukmillet.com xəbər verir ki, bu fikirləri mətbuata açıqlamasında QHT-lərə Dövlət Dəstəyi Agentliyinin İcraçı direktoru Aygün Əliyeva bildirib. “Qeyd etdiyiniz kimi Agentliyin qrant müsabiqələrindən biri də məhz “Səfər qrantlarıdır”. Bu müsabiqə digər müsabiqələrdən fərqli olaraq bütün il boyu aktiv olur. Bu müsabiqənin təşkilində …
Read More »
Boyukmillet.com Biz yanmasaq vətən yanar