Cümə axşamı , 9 Aprel 2026

autor

Azərbaycan, Türkiyə və İran parlamentinin sədrləri regional problemləri müzakirə edib

“Üç qardaş ölkənin parlament sədrləri kimi görüşməyimiz regionumuzda sülhün, sabitliyin və əmin-amanlığın möhkəmləndirilməsi üçün ümumi iradəyə malik olduğumuzun göstəricisidir”. Boyukmillet.com xəbər verir ki, bunu Türkiyə Böyük Millət Məclisinin sədri Mustafa Şentop Azərbaycan Milli Məclisinin sədri Sahibə Qafarova və İran İslam Şurası Məclisinin sədri Məhəmməd Baqer Qalibafla üçtərəfli görüş zamanı deyib. Onun sözlərinə görə, hər üç ölkə regional və qlobal sülhün …

Read More »

BMT İran rəhbərliyini ölüm hökmünə son qoymağa çağırıb

Birləşmiş Millətlər Təşkilatının (BMT) İnsan Haqları üzrə Ali Komissarlığının İdarəsi İran hakimiyyətini etirazçıları edam etməyi dayandırmağa və müvafiq praktikanı ləğv etməyə çağırıb. Boyukmillet.com xəbər verir ki, bu barədə idarənin tviterində yazılıb. Qurum açıqlamasında İranda etiraz aksiyaları zamanı həbs olunan Məhəmməd Qobadlu və Məhəmməd Boruqaninin gözlənilən edamından narahat olduğunu bildirib. Beynəlxalq təşkilat bəyan edib ki, İran hakimiyyəti bütün edamları dərhal dayandırmalıdır. …

Read More »

SABİR RÜSTƏMXANLI SÖHBƏTLƏRİ: DİLİMİZİN İŞĞALI VƏ “XIRDA MƏSƏLƏLƏR” – VİDEO

“Yeni ildəki ilk görüşümüzdə mən çoxlarının xırda saydığı 2 məsələyə toxunmaq istəyirəm. Bunları Milli Məclisin ötənilki axırıncı iclasında da dilə gətirdim və müəyyən anlaşılmaz reaksiyalar doğurdu”. Bu fikirləri Xalq şairi, Vətəndaş Həmrəyliyi Partiyasının sədri, millət vəkili Sabir Rüstəmxanlı Bakupost.az saytının “Sabir Rüstəmxanlı söhbətləri” verilişində deyib. Millət vəkilinin sözlərinə görə, Milli Məclisin son iclasında 2023-cü ilin ilk günündən doğulan uşaqların soyadlarının milli olması təklifi ilə …

Read More »

“Sədərək”dəki yanğından ziyan çəkən sahibkarlara KOMPENSASİYA veriləcək  – AÇIQLAMA 

Yanvarın 8-də Bakı şəhərinin Qaradağ rayonunda yerləşən “Sədərək” Ticarət Mərkəzində baş verən yanğında ziyan çəkən sahibkarların bundan sonrakı durumu aktuallaşıb.  Qeyd edək ki, yanğın nəticəsində ümumi sahəsi, təxminən, 10 ha olan “Sədərək” Ticarət Mərkəzinin ərazisində yerləşən “Şirniyyat” bazarında ümumi sahəsi 1700m² olan bir-birinə bitişik 20 müxtəlif təyinatlı mağaza yanıb və yüzlərlə insan iş yerini itirib.  Məlumat üçün bildirək ki,  ötən …

Read More »

Ekspert vərəmlə mübarizədə QHT və medianın rolundan danışıb

Səhiyyə TV-də vərəm xəstəliyindn danışılıb. Boyukmillet.com xəbər verir ki, verlişdə qonaq olan “İnformasiya Təşəbbüslrinə Dəstək” İB-nin sədri, QHT.az saytının rəhbəri Cəsarət Hüseynzadə Vərəmlə mübarizədə QHT və Medianın rolu, QHT-lərin həyata keçirdiyi ictimai kampaniyalar, təbliğat prosesində innovativ alətlərdən istifadənin vacibliyi, Medianın sosial layihələrə dəstək verməsinin vacibliyi və digər vacib məqamlarla toxunub…

Read More »

“Tarixi torpaqlarımıza – Qərbi Azərbaycana qayıdış bizim təbii hüququmuzdur” – RƏY

“Tarixi torpaqlarımıza – Qərbi Azərbaycana qayıdış bizim təbii hüququmuzdur”. Bunu “Report”a Milli Məclisin deputatı Vüqar İskəndərov deyib. Onun sözlərinə görə, hazırda yaranmış yeni reallıqlar kontekstində xalqımızın qarşısında duran ən mühüm strateji vəzifələrdən biri tarixi torpaqlarımıza, Qərbi Azərbaycana qayıtmaqdır: “Tarixdən də bəlli olduğu kimi, XIX əsrdə Çar Rusiyası tərəfindən Osmanlı və İran ərazisindən ermənilərin kütləvi şəkildə Cənubi Qafqaza köçürülməsi ilə azərbaycanlıların öz …

Read More »

Azərbaycan və Türkiyə parlamentlərinin sədrləri görüşüb

Azərbaycan Milli Məclisinin sədri Sahibə Qafarova və Türkiyə Böyük Millət Məclisinin (TBMM) sədri Mustafa Şəntop arasında görüş olub. Boyukmillet.com xəbər verir ki, bunu M.Şəntop tviterdə yazıb. O bildirib ki, görüşdə qarşılıqlı əməkdaşlığı gələcəkdə də davam etdirmək barədə razılığa gəliblər. Qeyd edək ki. S.Qafarova Türkiyədə səfərdədir. O, Asiya Parlament Assambleyasının Türkiyənin Antalya şəhərində keçirilən XIII plenar iclasında iştirak edir.

Read More »

Hulusi Akar: “Qafqazda sülh və sabitliyə töhfə verməyə davam edəcəyik”

“Türkiyə Orta Şərqdən Balkanlara, Afrikadan Qafqaza kimi geniş bir ərazidə təhlükəsizliyi təmin edən ölkə kimi sülh və sabitliyə töhfə vermək üçün səylərini davam etdirir”. Boyukmillet.com xəbər verir ki, bunu Türkiyənin milli müdafiə naziri, ordu generalı Hulusi Akar “Fırtına” yeni nəsil haubitsalarının təqdimat mərasimində çıxışı zamanı deyib. Onun sözlərinə görə, bu gün Türkiyə Silahlı Qüvvələri dünyanın sayılıb-seçilən ordularından biridir: “Müstəqillik və …

Read More »

Biləsuvar sakini tüfəngdən açılan atəş nəticəsində ölüb

Biləsuvar sakini tüfəngdən açılan atəş nəticəsində ölüb. Boyukmillet.com xəbər verir ki, yanvarın 9-da saat 17 radələrində Biləsuvar rayonunda 1967-ci il təvəllüdlü Zakir Tağıyevin başından aldığı qırma xəsarətlərindən ölməsi barədə polisə məlumat daxil olub. DİN-in Mətbuat Xidmətindən bildirilib ki, ölüm faktlı ilə bağlı araşdırma aparılır.

Read More »

“Neftçi”nin sabiq baş məşqçisi yenidən “Şerif”in sükanı arxasına keçib

Moldova “Şerif”inin yeni baş məşqçisi bəlli olub. Boyukmillet.com xəbər verir ki, bu vəzifəyə Roberto Bordin təyin edilib. İtaliyalı mütəxəssislə imzalanmış müqavilənin detalları açıqlanmayıb. 58 yaşlı baş məşqçi Tiraspol təmsilçisinin sükanı arxasında Stepan Toması əvəzləyib. Qeyd edək ki, Roberto Bordin 2017-2018-ci illərdə də “Şerif”ə rəhbərlik edib. O, 2018-ci ilin iyulundan 2020-ci ilin yanvarınadək “Neftçi”nin baş məşqçisi olub.

Read More »